Həkim xəstəyə faydalı bir şey edə bilmirsə o zaman ona ziyan verməkdən özünü saxlamalıdır.
Hippokrat
Sağlamlıq sərvətdir
MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853
1973 cü ildə anadan olmuşdur. 1990 cı ildə orta məktəbi qızıl medalla, 1996-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1996 -1997 ci illərdə Sumqayıt TTYX –da cərrahiyyə üzrə internatura keçmişdir və həmin xəstəxanada həkim cərrah işləmişdir. 2002-2007-ci il tarixdə Səudiyyə Ərəbistanında rezidentura keçmişdir. 2007-ci ildə İngiltərə Kral Cərrahlar Kolleginin imtahanlarını müvəffəqiyyətlə keçərək İngiltərə Kral Cərrahlar Kollecinin üzvlüyünə qəbul edilmiş və ümumi cərrahiyyə diplomunu almışdır (MRCS England). 2008-2009 cu illərdə Türkiyənin İzmir şəhərində Orqan Transplantasiyası üzrə treyning keçmişdir. 2007-2008 ci il tarixində N. Tusi adına klinikada ümumi cərrah, 2009-2018 ci illərdə isə Mərkəzi Neftçilər Xəstəxanasının Organ Transplantasiya şöbəsində həkim cərrah işləmişdir. Hal hazırd Mərkəzi Gömrük Xəstəxanasında ümumi cərrah və cərrah transplantoloq vəzifəsində çalışır. Dr. K.Beydullayevin iştirakı ilə indiyə qədər Azərbaycanda 800 dən çox orqan transplantasiya (qaraciyər və böyrək) əməliyyatı icra edilmiş və onun başçılığı ilə demək olar ki, bütün həcmdə açıq və laparoskopik ümumi cərrahiyyə əməliyyatları olunmuşdur. Çoxlu elmi məqalələri yerli və xarici jurnallarda dərc edilmişdir.
Dr. Kamran Beydullayev, ümumi və transplant cərrah, 6.
AZƏRBAYCAN » CƏMİYYƏT Kamran Beydullayev: İnsanlar daha rasional düşünməli və vaxtında peyvənd olunmalıdırlar 06 Noyabr 2019, 11:25 (GMT +4) Bakı, 6 noyabr, SalamNews. Yer üzündə hər gün yüzlərlə xəstə insana orqan köçürülərək həyata qaytarılır. Müalicəsi başqa yolla mümkün olmayan xəstələrin həyatda qalması üçün yeganə çıxış yolu orqan transplantasiyasıdır. Bu gün transplantologiya – müasir elmin ən mühüm nailiyyətlərindən …