Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Qarın boşluğunda maye toplanmasına assit deyilir. Assit mayesinin müxtəlif səbəbləri ola bilər.
- Assit əmələ gəlməsinin ən çox yayılmış səbəbi qaraciyər xəstəliyidir. Bunun mexanizmi tam şəkildə öyrənilməsə də iki əsas faktorun böyük rol oynadığı aydındır. Bunlardan biri portal hipertenziya, digəri qanda albuminin miqdarının azalmasıdır. Portal hipertenziya dedikdə qaraciyərin qan dövranında təzyiqin artması nəzərdə tutulur. Digər faktor isə bu vəziyyətdə olan orqanizmin böyrəklərinin dövran edən mayenin miqdarını az kimi hiss etməsidir ki, bu da kompensator olaraq böyrəklərdə düzün və mayenin reabsorbsiyasına (bədəndə saxlanılmasına) səbəb olur. Artıq maye də yenidən qarında toplanır.

- Durğunluq yaradan ürək xəstəlikləri. Bunun da əmələ gəlmə mexanizmi təzyiq qradientinin dəyişməsidir.
- İrəliləmiş böyrək çatışmazlığı. Artıq mayenin orqanizmdə toplanmasına səbəb olur.
- Qaraciyər sirrozu olmadan portal sistemdə tezyiqin yüksəlməsi assit yarada bilər. Portal damarlara həm kənardan şiş və ya başqa bir təsirlər damar mənfəzini daraltmaqla, ya da damar daxilində qanın laxtalanaraq keçiriciliyi azalmtması (portal tromboz) ilə portal hipertenziya yarada bilər. Qaraciyər venalarının da trombozu (Baddi Çiari sindromu) son nəhayətdə portal təzyiqin artmasına səbəb olur.
- Assit həm də xərcəng xəstəliyinin bir əlaməti olaraq üzə çıxa bilər. Bağırsaq, mədə, mədəaltı vəzi, limfoma, yumurtalıq və sairə orqanların irəliləmiş vəziyyətdə olan xərcəngləri assit yarada bilərlər.
- Assitin yaranmasının digər səbəblərindən biri də iltihabi xəstəliklərdir. Mədəaltı vəzin iltihabi xəstəlikləri (pankreatit) buna misal ola bilər.

Bunlar da maraqlı ola bilər.
- Potal vena trombozu http://virtualklinika365.com/portal-vena-trombozu/
- Kimlərdə hepatit C xəstəliyinin olması ehtimalı daha yüksəkdir (Dr. Rəna Əliyeva) http://virtualklinika365.com/http-virtualklinika365-com-p455/
- 363 canlı qaraciyər və böyrək donorlarının nəticələri http://virtualklinika365.com/356/
- Kəskin qaraciyər çatışmazlığı, səbəbləri, ağırlaşmaları və müalicəsi http://virtualklinika365.com/http-virtualklinika365-com-p330/