Meyitdən orqan donorluğu haqda qısa sual cavab

orqan transplantasiyası
Kamran Beydullayev, ümumi və transplant cərrah                                                                                                                                                                                                                                                                                            Kim  donor ola bilər?
Qeydiyyatdan keçmiş hər kəs donor ola bilər. Yaş limiti yoxdur. Donor komandası namizəd donorun anamnezini araşdırır və kliniki müayinədən keçirərək donorluq üçün yararlı olub olmamasını müəyyən edir.
Donor olmaq istəsəm və qeydiyyatdan keçsəm xəstələnən zaman həkimlər mənim həyatımı xilas etməyə çalışacaqlarmı?
Əlbətdə. Donor olmaq haqqında proses yalnız ölüm elan ediləndən sonra başlayır.
Adam donor kimi qeydiyyatdan keçmədiyi təqdirdə beyin ölümü baş verəndən sonra onun donor olması haqqında qərarı kim verir?
Qeydiyyatdan keçmədiyiniz halda beyin ölümü baş verərsə bu zaman donorluq haqqında qərarı sizin ən yaxın adamınız verir.
Donor orqanlarının götürülməsi zamanı donorun bədəni eybecər hala salınırmı?
Donor orqanları cərrahiyyə əməliyyatı vasitəsi ilə götürülür.  Əməliyyatdan sonra  qarın və döş boşluğu tikilib bağlanır.
Donorluq yas mərasiminin ləngiməsinə səbəb olurmu?
Xeyr. Donor olmaq yas mərasiminin ləngiməsinə səbəb olmur
Donor olan zaman ailə müayinələrə əlavə pul xərcləyirmi?
Xeyr. Donorun müayinələrini xəstəxana qarşılayır, yas mərasimi isə ailə təşkil edir.
Hansı din mənsublarına donorluq etmək olmaz?
Demək olar ki, bütün böyük dinlərdə organ transplantasiyasına mane olmurlar.                                                                                                                                                                                                                                    Bunlar da maraqlı ola bilər                                                                                                                                        1.Beyin ölümü olan donorun müayinəsi
2.Beyin ölümünün patofiziologiyası
3. Kadavradan orqan çıxarılması və bu prosesin koordinasiyası
4. Beyin ölümü nədir və necə təyin edilir?
5. Laparoskopik donor əməliyyatı
6. Reportaj MİR TV
7. Ürək əməliyyatı və qaraciyər transplantasiyası eyni vaxtda

 

 

Kadavra donorları haqqında miflər

Dr. Kamran Beydullayev, ümumi və transplant cərrah, 

orqan transplantasiyası
 Orqan donorluğu dedikdə orqanın və ya toxumanın bir şəxsdən cərrahi yolla çıxarılaraq digər şəxsə (resipientə) köçürülməsinə (transplantasiya olunması) deyilir.  Transplantasiya o kəslərə edilir ki, onların hansısa orqanı xəstəlikdən öz funksiyasını yerinə yetirə bilmir.
Orqan transplantasiyası müasir təbabətin çox böyük bir nəaliyyətidir. Təəsüf ki, orqan donorlarına ehtiyac icra edilən əməliyyatlardan çoxdur.  ABŞ da 120 min adam 2019 cı ilin statistikasına görə orqan gözləyir.
Hansı orqanlar və toxumalar transplantasiya oluna bilər?
Qaraciyər
Böyrək
Pankreas
Ürək
Ağciyər
Bağırsaq
Kornea
Orta qulaq
Dəri
Sümük
Sümük iliyi
Ürək qapaqları
Birləşdirici toxuma
Donorluq haqqında cəmiyyətdə bəzi miflər də dolaşır. İnsanlarda yanlış fikirlər də dolaşır. Bunlara aşağıdakılar aid ola bilər.
 1. Əgər donor olsam reanimasiya şöbəsində tibb işçiləri mənə yetərincə uyğun yardım göstərməyəcəklər.                                                                                                                                                      Siz xəstə olan zaman tibb işçiləri sizin sağlamlığınız üzərində fokuslanır və başqa neç nə haqqında düşünülmür.  Həm də sizin müalicənizlə məşğul olan adamların orqan transplantasiyası ilə heç bir əlaqəsi yoxdur. 
 2. Mən ölüm sertifikatı verərkən mən həqiqətən də ölmüş olmaram. Yəni həkimlər beyin ölümü diaqnozunu səhv qoya bilərlər.                                                                                           Bu diaqnozu qoymaq üçün bir neçə ekspertdən ibarət komanda bir neçə ayrı epizodda birgə işləyir. Orqan donorluğu kartı olan adamlarda bu daha diqqətlə edilir. Bu ekspertlərin də transplantasiya komandasının üzvləri olması yasaqdır.
 3. Orqan donorluğu mənim dinimlə uyğun gəlməyir.                                                                    Əslində donorluq bütün böyük dinlərin ideologiyasına zidd deyil və çox təriqətlər bu işə öz xeyir duasını verib.
 4.     18 yaşından aşağı insanlar donorluğa qərar verə bilməzlər.                                             Əslində çox ölkələrdə uşaqların da bu cür qərarlar vermilməsində iştirak etməsi təmin edilir. Burda söhbət kadavra donorluğundan gedir. Uşaqlar da ölərkən orqanlarından istifadə edilir. Həm də bəzən uşaqlara böyük adamların orqanları yaramır.
 5. Orqan donorluğu zamanı donorun bədəni eybəcər hala salınır.                                         Orqanların çıxarılması bir cərrahi əməliyyatdır və orqanlar çıxarılan zaman yaralar əməliyyatda olduğu kimi səliqə ilə tikilir.
 5. Donor olmaq üçün çox qocayam.                                                                                                           Donorun yaşı deyil, orqanın sağlamlığı daha önəmlidir. Əməliyyatdan öncə donor lazım olan bütün müayinələrdən keçir və orqanın yararlığı yoxlanılır.
 6. Səhhətim donor olmaq üçün yararlı deyil.                                                                                   Orqanlar donorluqdan əvvəl yoxlanılır
 7. Varlı və imkanlı adamlar gözləmə siyahısında önə keçəcəklər.                                             Orqan transplantasiyası zamanı bu cür insanlara prioritet verilmir. Bu insanların əməliyyatları zamanı da çoxsaylı media yazıları bunu nəzarətdə saxlamağa imkan verir. Həm də gözləmə siyahısı komisiya tərəfindən nəzarətdə saxlanılır.
 8. Mən donor olsam ailəm donor müayinələri və əməliyyatı üçün pul ödəyəcək. Donorluq zamanı bütün maliyyə məsələləri dövlət tərəfindən qarşılanır.
Dünya üzrə təqribən 145 000 000  adam orqan donorluğu üçün qeydiyyatdan keçmişdir. Amma 1000 nəfər qeydiyyatdan keçmiş adamdan yalnız 3 nəfəri orqan donorları ola bilirlər.
Bəzi orqanlar yalnız meyitdən götürülə bildiyi halda bir qism orqanlar canlı donorlardan da alına bilər.
Qeydiyyatdan keçmiş donorlarla orqan gözləyən xəstələr arasında böyük fərq var və bu fərq artmaqdadır.
Canlı donordan orqan transplantasiyası ilk dəfə 1954 Lee Herrik tərəfindən ekiz qardaşlar arasında böyrək transplantasiyası ilə baş tutmuşdur. Ən gənc donor anensefaliya ilə doğulmuş və cəmi saat yarım yaşamış uşaq olmuşdur. Ən yaşlı donor Sotlandiyada 107 yaşlı qadın öldükdən sonra korneaları istifadə edilmişdir. Ən yaşlı daxili orqan donoru isə 92 yaşlı Texas sakini olmuşdur. Ən yaşlı alturistik donor 85 yaşında Britaniyalı olur.
 Bunları da oxumaq maraqlı ola bilər
1.Beyin ölümü olan donorun müayinəsi
2.Beyin ölümünün patofiziologiyası
3. Kadavradan orqan çıxarılması və bu prosesin koordinasiyası
4. Beyin ölümü nədir və necə təyin edilir?
5. Laparoskopik donor əməliyyatı
6. Reportaj MİR TV
7. Ürək əməliyyatı və qaraciyər transplantasiyası eyni vaxtda

 

 

 

 

6.

Dr. Kamran Beydullayevlə müsahibə

AZƏRBAYCAN » CƏMİYYƏT

Kamran Beydullayev: İnsanlar daha rasional düşünməli və vaxtında peyvənd olunmalıdırlar

06 Noyabr 2019, 11:25 (GMT +4)

Bakı, 6 noyabr, SalamNews. Yer üzündə hər gün yüzlərlə xəstə insana orqan köçürülərək həyata qaytarılır. Müalicəsi başqa yolla mümkün olmayan xəstələrin həyatda qalması üçün yeganə çıxış yolu orqan transplantasiyasıdır. Bu gün transplantologiya – müasir elmin ən mühüm nailiyyətlərindən biridir, tibb sahəsində əldə edilən ən yüksək zirvədir.

Əgər bir vaxtlar orqan transplantasiyası elmi fantastika sahəsinə aid edilirdisə, bu gün belə əməliyyatların həyata keçirilməsi nəticəsində yüzlərlə insanın həyata qaytarılması reallığa çevrilib.

Transplantologiya perspektiv sahə olub, şübhəsiz ki, nə vaxtsa insanlar tərəfindən adi tibbi əməliyyat kimi qəbul olunacaq, hələlik isə bu sahədə təcrübəli və peşəkar həkimlər sayladır. Belə həkimlərdən biri Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, cərrah-transplantoloq Kamran Beydullayevdir.

Dr.Kamran Beydullayev 1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra cərrahiyyə üzrə internatura təhsili almış və 2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışmışdır. 2007-ci ildə İngiltərə Kral Cərrahlar Kollecinin imtahanlarını keçərək ümumi cərrahiyyə diplomunu almışdır. 2008-2009-cu illərdə Türkiyənin İzmir şəhərində orqan transplantasiyası üzrə təlim keçmişdir. Dr.Kamran Beydullayev müxtəlif elmi konfranslarda posterlərlə, elmi çıxışlarla iştirak edib və 12-yə yaxın elmi məqalənin müəllifidir. Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür.

Dr.Kamran Beydullayevlə müsahibəni diqqətinizə çatdırırıq:

-Doktor, Siz artıq 23 ildir ki, cərrah işləyirsiniz, 10 ildir ki, orqan transplantasiyası əməliyyatlarıda həyata keçirirsiniz. Təcrübənizdə daha çox hansı əməliyyatlar olub? Ən çox hansı orqan transplantasiyası əməliyyatı icra etmisiniz?

-Bəli, mən son 10 ildə ümumi cərrahiyyə əməliyyatları ilə yanaşı, orqan transplantasiyası əməliyyatlarını da icra edirəm. Bunlara qaraciyər və böyrək transplantasiyası əməliyyatları daxildir. Ümumi cərrahiyyə əməliyyatlarına isə seçim qoymuruq, bütün cərrahi əməliyyatları – qida borusundan başlamış mədə, mədəaltı vəzi, bağırsaqlar, öd yolları, dalaq və s. – hamısını icra edirik. Ümumi cərrahiyyə əməliyyatlarında statistika aparmamışıq, amma yəqin ki, bu statistika digər böyük ümumi cərrahiyyə mərkəzlərinin statistikasından çox da fərqlənməz. Qaraciyər transplantasiyası ilə bağlı olaraq bu sahənin əməliyyatlarında daha dərin biliyə və vərdişlərə malik olduğumuz üçün hepatobiliar əməliyyatlarla bir az daha çox rastlaşırıq. Qaraciyər, öd yolları, mədəaltı vəzi xəstəlikləri ilə bağlı müraciətlər çox olur.

Mən fəaliyyətimin son 10 ilində 550-dən çox böyrək transplantasiyası, 180-dən çox qaraciyər transplantasiyası əməliyyatlarında iştirak etmişəm. Qeyd edim ki, Azərbaycan üçün bu rəqəm yetərincə böyük rəqəmdir və mən bu rəqəmi söyləməkdən qürur duyuram.

-Müalicəsi yalnız orqan transplantasiyası olan bəzi xəstəliklərə yoluxmamaq üçün peyvəndlər mövcuddur. Bu xəstəliklərə qarşı peyvənd olunmaqla, qarşısını almaq mümkündürmü?

-Burada söhbət yəqin ki, hepatit B virusundan gedir, çünki qaraciyər sirrozuna gətirib çıxaran xəstəliklərdən yalnız hepatit B-yə qarşı peyvənd mövcuddur. Hepatit C-yə qarşı peyvənd hal-hazırda təəssüf ki, mövcud deyil. Situasiya belədir ki, biz adətən son dönəm qaraciyər xəstəlikləri ilə qarşılaşırıq, onların yeganə yolu transplantasiya qalır ki, biz də onu icra edirik. Son dönəm qaraciyər xəstəliyinə – sirroza qədər qaraciyər uzun müddət xəstə vəziyyətdə olur. Onu xəstələndirən səbəblər çoxdur, bunların böyük bir hissəsini də virus hepatitləri təşkil edir. Virus hepatitlərinə hepatit A, hepatit B, hepatit C, hepatit D və hepatit E aiddir.

Hepatit A virusuna qarşı peyvənd var. Amma hepatit A virusunun özünün xroniki qaraciyər xəstəliyi yaratması çox nadir halda rast gəlinə bilir. Daha doğrusu, nadir hallarda hepatit A virusu qaraciyər sirrozuna gətirib çıxara bilər. Yalnız kəskin qaraciyər çatışmazlığı dövründə hepatit A-ya görə qaraciyər transplantasiyası edilməsi mümkündür.

Hepartit C üçün vaksin mövcud deyil. Hepatit B-nin isə qarşısını almaq mümkündür. Hazırda dövlət tərəfindən hepatit B-yə qarşı doğum evlərində bütün uşaqlara ilk peyvəndlər vurulur, müəyyən fasilələrlə – 2 aydan, 6 aydan sonra növbəti dozalar vurulur. Həqiqətən, bu peyvəndlər vurulan insanlar hepatit B virusundan tam immun oluna bilir.
Qeyd etmək istəyirəm ki, son vaxtlar sosial mediada peyvəndlərin əleyhinə olan fikirlərə tez-tez rast gəlirik. Bəzən ajiotajmı yaratmaq üçün, populizm xatirinəmi, yoxsa başqa bir səbəbdənmi, tanınmış adamlar və ya həkimlər çalışırlar ki, peyvəndləri pisləsinlər, müxtəlif əlavə təsirləri olduğu haqda miflər uydururlar. Mən burdan insanlara səslənirəm ki, daha rasional düşünsünlər və vaxtında peyvənd olunsunlar.

-Dediniz ki, uşaqların peyvənd olunması vacibdir. Bəs böyüklərdə necə olmalıdır? Onlar da peyvənd olunmalıdırlar?

– Yaşın fərqi yoxdur, əgər uşaq vaxtı kimsə peyvənd olunmayıbsa, onların immun vəziyyəti yoxlanılır, bu vaxta qədər bu xəstəliyə yoluxub-yoluxmamaları aşkarlanır, immun statusları müəyyən edilir. Yəni bəzən olur ki, peyvənd olunmadan hepatit B virusu ilə qarşılaşırlar, xəstələnib sağalırlar. Böyüklərdə 18 yaşdan sonra təqribən 40-50 %-i hepatit B virusuna yoluxduqdan sonra virusundan tam təmizlənirlər. Həmin xəstələrdə təbii immunitet olur, onlarda vaksinasiyaya ehtiyac yoxdur. Ona görə də analiz verib immun statusunu yoxlayırlar. Əgər hepatit B-yə qarşı immunitet yoxdursa, vaksin oluna bilərlər. Onlar da eyni qaydada vaksinasiya olunmalıdırlar. Vaksinasiya olunublarsa, amma immun statusları zəifdirsə, bonus doza vaksinasiya ala bilərlər. Uşaq vaxtı hepatitə yoluxanlarda 95% xəstəlik xroniki qalır.

-Vaxtında hepatitlərə qarşı peyvəndlər edilərsə, mütəmadi olaraq analizlər verdikdə qaraciyəri bu xəstəliklərdən sığortalamaq mümkündürmü?

-İnsanlar hepatit B virusundan tam profilaktika oluna bilərlər, belə ki, peyvəndlə yetərincə yüksək immunitet yarada bilərlər. Biz hamımız, həkimlər və tibb bacıları immunizasiya olmuşuq, biz hepatitli xəstələrlə işləyirik, onlarla kontaktda oluruq, olur ki, iynə batır, gözümüzə qan sıçrayır, amma biz yoluxmuruq, çünki yetərin qədər immunitetimiz yüksəkdir. Təəssüf ki, hepatit C-yə qarşı peyvənd yoxdur.

-Əksər hallarda insanlar hər hansı xəstəliyə yoluxduqdan sonra həkimlərin dedikləri analizləri verir və gözləmədiyi, heç bir ağrı onları narahat etmədən hepatit virusunun daşıyıcısı olduqları məlum olur. Hepatiti vaxtında aşkarlamaq üçün nə etmək lazımdır? Bu xəstəliyə tutularkən hansı əlamətlər özünü göstərir? Analiz vermədən hepatitə yoluxmağı necə bilmək olar?

-Hepatit olub-olmamağını bilməyin ən düzgün, etibarlı yolu tibb müəsisəsinə gedib analiz verməkdir. Burada xroniki qaraciyər xəstəliyi törədən hepatit B və hepatit C-dən söhbət gedirsə, onların B-də 20%-i kəskin formada keçir, yəni saralma ilə müşahidə olunur, C-də isə saralma hallarına daha az rast gəlinir. Digər hallarda hepatitə yoluxma hiss olunmur, yuxarı tənəffüs yollarımın katarı kimi, qrip kimi qısa xəstəlik əlamətləri müşahidə olunur, bunlar qeyri-spesifik əlamətlərdir. Ona görə də yeganə yol analiz verməkdir. Bütün əməliyyat olunan, doğuşa gedən, stasionarda olan xəstələr məcburi yoxlanır, analiz verir, bilmədən bu virus daşıyıcısı olduğu məlum olur.

-İnsanların hepatit viruslarına daha çox hansı səbəblərdən yoluxma ehtimalı var?

-Mən qeyd etmək istəyirəm ki, aşkar etdiyimiz hepatit B və hepatit C virusları daşıyıcalırının çoxu yoluxmalarının hər hansı stomatoloji klinikalarda olduğunu söyləyirlər. Biz özümüz də bir neçə diş klinikasına müraciət edib söhbət edəndə məlum olub ki, həkimlərin böyük əksəriyyəti aseptika, antiseptika qaydalarını bilmir, bir qismi də bu qaydalara laqeyd yanaşır. Onların fikri, diqqəti virusa yoluxmaq təhlükəsizliyindən çox, dişin müalicəsində konsentrasiya olunur. Nəzərə almır ki, xəstəni virusa yoluxdurmaqla bu xəstəyə ömürlük bəla gətirə bilər. Biz tez-tez virusa yoluxmuş xəstənin somatik, psixoloji və maliyyə problemləri yaşadığını görürük, bu tək onun özü üçün yox, bütün ailəsi üçün böyük bir sarsıntıdır. Bəzi ailələr bu xəbərdən şoka düşmüş olur. Bu işin ciddiliyinin prioritet olmasına çalışmalıyıq. Diş klinikalarında həkimlər bəzən tibb bacılarının iştirakı olmadan proseduralar edirlər ki, bu zaman da ümumi setin alətlərinin bulaşması qaçılmaz olur. Diş həkimləri alətlərə, aksessuarlara sadəcə antiseptik məhlullar püskürtməklə kifayətlənirlər, halbuki, hər xəstə üçün bunlar dəyişilməlidir.

-Son vaxtlar tez-tez cavan insanlarda və xüsusən də, uşaqlarda qaraciyər sirrozu, hepatitlər, böyrək çatışmazlığı və s. aşkarlanır. Adətən eşitmişik ki, belə xəstəliklər pis vərdişlərdən əmələ gəlir. Maraqlıdır, erkən yaşlarda bu xəstəliklər necə yaranır? Bundan qorunmaq üçün hansı tədbirləri görməliyik?

-Uşaq vaxtı yaranan sirrozların çoxu irsi, genetik xəstəliklərlə bağlı ola bilər. Onların qarşısını almaq mümkün olmur, yalnız yaranan zaman müalicə etmək mümkün olur. Təbii ki, pis vərdişlərdən bu xəstəlik yarana bilər, məsələn, alkoqollu içkilərə aludəçilik qaraciyər sirrozuna gətirib çıxarır. Necə edək ki, xəstələnməyək? Sağlam həyat tərzi, düzgün qidalanma, gigiyena, hər bir insana lazım olan normal həyat tərzi. Qorunmaq üçün bundan artıq heç nə lazım deyil. Mütəmadi tibbi müayinədən keçmək, analizlər verib yoxlanmaq, vaxtında peyvənd olunmaq lazımdır. Bəzən xəstəliyin ilk əlamətləri əmələ gələndə insanlar gözləyirlər ki, bəlkə keçdi, bəlkə sağaldı, amma yaxşı olar ki, elə o müddətdə də həkimə müraciət etsinlər, xəstəlik vaxtında aşkar edilərsə daha effektli müalicə edilməklə müsbət nəticə əldə etmək olar.

-Orqan transplantasiyası zəruri olan xəstəliyə məruz qalmış insan üçün donor tapmaq nə qədər çətin prosesdir? İdeal donor necə olmalıdır? Donora qarşı tələblər hansılardır?

-Mən hazırda transplantasiya komandasında donorlarla daha çox məşğul oluram. Donor üçün ilk tələbimiz – qan qrupunun xəstənin qan qrupuna uyğun olmasıdır, qaraciyər transplantasiyası üçün yaşı 18-dən 55- qədər, böyrək transplantasiyası üçün isə 18 yaşdan başlayaraq yuxarı yaş həddi qoymamışıq, hətta 78 yaşında da donorumuz olub, dünyada 84 yaşında böyrək donoru var.

İkincisi, könüllü, təmənnasız qaraciyərinin bir parçasını verən insanlar, bu, ilk növbədə, qohumlardır, emosional və ya genetik bağlılığı olan insanlar ola bilər. Bunlar ilkin seçim üçün şərtlərdir. Donorlar gətiriləndən sonra biz onları kliniki, instrumental, laborator müayinə edirik. Belə ki, donor özü də sağlam olmalıdır, çünki o da böyük əməliyyata məruz qalır. Riskləri artıra biləcək xəstəliyi olmamalıdır, viruslu olmamalıdır. Sağlam olmalıdır ki, xəstəyə əlavə xəstəlik keçirməsin.

Üçüncü şərt əməliyyatın texniki icrasının mümkünlüyünü aydınlaşdırmaqdır. Başqa müayinələrdə (kompüter tomoqrafiyası və digər müayinələr) qaraciyərin həcminin yetərin qədər olması, xəstəyə bir parça verəndən sonra özünə qalan hissənin yetərli qədər olması, damarlarının bu əməliyyatı icra etməyə imkan verməsi və s., böyrək transplantasiyasında da eyni şəkildə.
Bəzən elə olur ki, bir xəstə üçün bir donor tapmaq kifayət edir və əməliyyat icra olunur. Elə hallar da olur ki, 10 namizəd donor kimi yoxlanılır, heç biri uyğun gəlmir…
Hazırda bütün dünyada donor qıtlığı var, bu səbəbdən də marjinal donorlar istifadə olunur. Dünyada KADAVRA proqramı var. Bizim ölkəmizdə bu istiqamətdə iş gedir. Əgər bu proqramı qurmaq mümkün olarsa, bunun hesabına müəyyən mənada donor qıtlığı məsələsi həll edilmiş olar.

-Həkim-transplantoloq kimi xəstələrinizə orqan köçürdükdən sonra keçirdiyiniz hisslər barədə nə deyə bilərsiniz? Bir insan həyatını xilas etmək, bir insanı yenidən yaşatmaq Sizin üçün nə deməkdir?

-Həqiqət budur ki, biz bunu adi, gündəlik bir iş kimi qəbul edirik. Bəlkə də karyeramın ilk illərində hər uğurlu əməliyyatdan sonra qürur kimi bir hiss yaşayırdım. Professional vərdişdənmi irəli gəlir, – deyə bilmərəm, hazırda elə bir xüsusi hiss keçirmirəm. Qəribə görünsə də, deyərdim ki, bəlkə də bu bir tərəfdən yaxşıdır, o mənada ki, emosiyalar sənin qərar verməyinə təsir etmir. Əslində kənardan görünən odur ki, orqan transplantasiyasına gəlmiş xəstələr çox üzülmüş vəziyyətdə olurlar, görünüşləri acınacaqlı olur. Təsəvvür edin, həyatının son günlərinii sayan bir insan əməliyyatdan sonra özünü yenidən həyata qayıtmış insan kimi hiss edir, görünüşləri tam dəyişir. Kənardan bu möcüzə kimi görünə bilər, amma mən bu prosesdə özümü qəhrəman saymıram.

-Maraqlı müsahibəyə görə Sizə təşəkkür edirik. Sizə bu məsuliyyətli işinizdə uğurlar arzulayırıq.

Очередной успех Центрального таможенного госпиталя

“На днях врачами отделения трансплантологии Центрального таможенного госпиталя была проведена уникальная операция, которая ознаменовала очередной успех не только госпиталя, но и медицины в Азербайджане. Благодаря высокому профессионализму трансплантологов отделения в процессе пересадки впервые изъятие печени у живого донора было произведенo лапароскопическим методом. В Азербайджане такая сложная и уникальная донорская операция на печени проведена впервые.”

В увлекательном интервью с хирургом-трансплантологом Кямраном Бейдуллаевым мы поговорили о данной операции и донорстве.  

-Доктор Кямран, в чем заключается особенность проведенной Вами операции

-Мы впервые в Азербайджане во время трансплантации печени провели полностью лапароскопическую операцию живому донору по изъятию органа. С технической точки зрения данная операция является одной из самых сложных и требует высоких навыков и знаний.

Успешное проведение данной операции в отделении трансплантологии Центрального таможенного госпиталя можно считать большим достижением. Донорские операции имеют свои особенности. В течение всей операции извлекаемый для пересадки орган или его фрагмент должны быть защищены от механических, термических и ишемических повреждений.

До момента завершения операции артерии и вены пересаживаемого органа не должны быть повреждены или отрезаны, а затем должны быть отрезаны в нужный момент предельно осторожно для  того, чтобы не создать технические проблемы реципиенту в процессе пересадки. В любом случае приоритетом для врачей остается сохранение здоровья донора. По этой причине изъятие органа или его фрагмента при трансплантации у донора или же при какой-либо патологии у пациента – это две совершенно разные операции.

Учитывать все эти нюансы в процессе лапароскопической операции возможно лишь при наличии специальных технических навыков. Но у лапароскопической хирургии есть свои преимущества. Такие операции выгодны с косметической точки зрения, так как проводятся при помощи маленьких надрезов (не остается больших шрамов), и менее болезненны. Пациенты после лапароскопии быстрее возвращаются к активной жизни, сокращается лежачий режим и им выписывается намного меньше болеутоляющих таблеток.

Принимая во внимание все вышесказанное, данный вид хирургии можно считать несущей наименее тяжелые последствия. Однако, лапароскопическая хирургия в отличие от традиционной открытой требует специальные технические навыки.

Богатый опыт, полученный нами при операциях по пересадке печени, позволил нам сегодня выполнить донорскую операцию полностью лапароскопическим методом. В дальнейшем мы планируем проводить лапароскопические операции донорам печени на регулярной основе.

Отмечу, что при всех операциях по трансплантации почек донорские операции у нас проводятся лапароскопическим путем. Это является техническим достижением нашего госпиталя. После таких операций доноры быстрее выздоравливают и выписываются.

Для сравнения отмечу, что впервые при трансплантации печени лапароскопическое изъятие органа у донора было осуществлено в Турции всего 10 месяцами ранее, чем в Азербайджане, несмотря на давние сложившиеся там традиции трансплантологии.

– Как давно Вы работаете именно в области трансплантационной хирургии?

– Как известно, впервые операции по пересадке печени были проведены в Азербайджане в 2008 году известным хирургом Мирджалалом Кязыми. И с того же времени уже 11 лет я работаю в этой команде. На сегодняшний день нами было проведено около 600 операций по пересадке почки и 200 – по пересадке печени. Сегодня в данной команде я управляю именно донорскими операциями.

– Сам факт проведения таких крупных и сложных операций в Азербайджане вызывает гордость. Но насколько трудно завоевать доверие пациентов для проведения подобных операций?

– Такого рода сложности были актуальны 10 лет назад. Беспрерывная деятельность и наш многолетний опыт давно оставили позади подобные сложности. Сегодня большинство граждан предпочитает обращаться для трансплантации к врачам нашего отделения трансплантологии, а не выезжать на операцию за рубеж, как это было раньше.

Успешные результаты достигаются не только благодаря тяжелому труду нашего медицинского персонала. В этом большая заслуга и руководства Центрального таможенного госпиталя, и материально-технической базы. Руководство оказывает нам колоссальную моральную поддержку и оперативно разрешает любые возникающие в процессе деятельности госпиталя проблемы, а отделение трансплантологии госпиталя оснащено лучшим передовым оборудованием. Если бы не все эти вышеперечисленные мною преимущества вкупе, может быть мы и не смогли бы достигнуть таких успешных результатов и завоевать доверие пациентов…

 Расскажите пожалуйста подробнее о донорских операциях.

– Трансплантация органа состоит из двух разных операций: операция на доноре (изъятие) и на реципиенте (имплантация).  Они проводятся двумя разными командами врачей в разных палатах. Каждая из этих операций имеет свои особенности и сложности. Доноры проходят детальное предоперационное обследование на наличие или отсутствие противопоказаний к операции. Доноров почки мы оперируем только лапароскопическим методом в течение 1-1,5 часов. При трансплантации печени донорские операции бывают трех видов. У взрослых проводится изъятие правой доли печени, у подростков и доноров с недобором веса – левой доли, у детей – левого латерального сектора (то есть 20 %-тов печени бывает достаточно).

Во время уникальной операции мы применили лапароскопическое изъятие левого латерального сектора печени, что будем делать и впредь. В донорских операциях приоритетом является здоровье донора. При любой спорной ситуации, возникшей в процессе операции, ситуация решается в пользу донора. Наряду с этим изъятый орган или его фрагмент должны быть полностью пригодными для реципиента. В связи с этим, донорская операция должна проводиться очень аккуратно с учетом всех анатомических тонкостей. Проведение лапароскопической донорской операции позволяет донорам быстрее возвращаться к активной жизни и легче переносить реабилитационный период. При нормальном протекании операции и послеоперационного периода донор до конца жизни не испытывает каких-либо проблем, это не влияет на продолжительность его жизни и не влечет за собой инвалидность. Все доноры, которых мы оперировали, сегодня вполне здоровы. Тем не менее у нас были доноры, у которых возникали осложнения во время операций, которые мы устраняли, приложив дополнительные усилия. Мы демонстрировали наши результаты в различных журналах и на конференциях международного и локального уровня.

– Ощущается ли в Азербайджане недостаток в донорских органах?

– Не только в Азербайджане, но и во всем мире наблюдается дефицит донорских органов. На самом деле трансплантация органов живых доноров и была внедрена в практику для устранения этого дефицита. В западных странах эта проблема решается путем изъятия органов у доноров-трупов. В Азербайджане на данный момент предпринимаются меры для внедрения данной практики и, я надеюсь, что применение обязательного медицинского страхования лишь ускорит этот процесс. Изъятие органа у живого и мертвого доноров имеют свои плюсы и минусы. Подытожу, что развитие в Азербайджане программы трансплантации органов умерших доноров крайне важно и для этого отрасль здравоохранения в стране располагает всевозможными условиями.

Интервью провела Диляра Заманова, PR-специалист Центрального таможенного госпиталя

Koronovirus haqqında epidemiyanın əvvəlində deyilən

Koronovirus haqqında
Koronovirus haqqında epidemiyanın əvvəlində

Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar. Həyatını oyun stoluna qoyub, zər atmaqdansa bir-iki ay sosial təcrid qaydalarına uymaq daha məntiqlidir.

Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin həkimi Kamran Beydullayev dünyanı təşvişə salan yeni koronavirusu (COVID-19)-un yaratdığı təhlükə və ona qarşı mübarizə üsulları ilə bağlı Trend-in suallarını cavablandırıb. Müsahibəni oxuculara təqdim edirik.

– Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq bir neçə aydır ki, dünyanı təşvişə salan yeni koronavirusu (COVID-19) pandemiya elan edib. Dünya mediyasının səhərdən axşama qədər bundan bəhs etdiyi bir zamanda hələ də mətbuatda bütün bu baş verənlərin şişirdilmiş bir hadisə olduğunu iddia edən insanlar var. Sizcə, bu panika realdır, yoxsa doğrudan da təlaşa ehtiyac yoxdur?

– Hazırkı yaranmış vəziyyətdən istifadə edib, qeyri-adi fikir yürütməklə fərqlənməyə çalışmaq bir az da dəb halını alıb. Elə insanlar var ki, hətta panikanın təsiri altında özünü inandırmaqla bəzi yanlışların düzgün olmasını sübut etmək istəyir, bəziləri isə günahkar axtarır, amma fakt faktlığında qalır. Koronavirus səbəbindən bəzi dövlətlərdə fəlakət yaşanır. Dünya qorxu içərisindədir. Zəruri olan sahələrdən başqa hər şey az qala dayanmış vəziyyətdədir. “Adi qripdən də adamlar ölür”, “İtaliyada hər gün koronavirus olmadan da 700 nəfər ölürdü”, “ancaq qocalar ölür”, “laboratoriyada hazırlanan bioloji silahdır” və s. bu kimi mövzular cəmiyyəti hazırkı durumda etməli olduqları əsas tələblərdən bir qədər yayındırır.

– Cəmiyyətin, vətəndaşlarımızın əsas bilməsi və əməl etməsi vacib qaydalar, tələblər hansılardır?

– Hər kəs bilməlidir ki, bu virus insanlar üçün yenidir, sürətlə yayılmağa meyillidir və yoluxanların bir qismi həyatını itirə bilər. COVID-19-un özünü necə aparacağı, nə qədər insana yoluxacağı və öldürəcəyi bilinmir. Amma, artıq çoxsaylı sağalan xəstələrin olması, bir müddət əvvəl epidemik olan bəzi yerlərdə vəziyyətin tam nəzarət altında olması kimi yaxşı xəbərlər də var. Adi insanların bu vəziyyətdə gün ərzində mediyada səslənən sosial təcrid və gigiyena qaydalarına tam əməl etməlidir. Bunlara riayət etməklə insanlar liderlərə və alimlərə bu vəziyyətdən çıxış yolu tapmaq üçün vaxt qazandırmış olurlar. Əks halda, dünya ölkələrinin hamısının səhiyyə sisteminin xəstəlik qarşısında çökməsini, insanların az qala vəhşi təbii seçmə qanunlarına buraxılmasını seyr etməli olacağıq. “Evdə, divanda oturub, çay içərək bəşəriyyəti xilas edə bilmək” zarafatında əslində kifayət qədər həqiqət var.

– Azərbaycandakı vəziyyəti necə qiymətləndirirsiniz?

– Hal-hazırda yaranmış durumla bağlı Azərbaycan dövlətinin göstərdiyi qətiyyət vəziyyəti dərk edən bütün insanları qane edir. Vətəndaşlarımızın böyük əksəriyyətinin anlayış göstərdiyini sosial mediyadan da izləmək mümkündür. Amma, sosial məsuliyyəti az və informasiyası qıt olan bəzi insanlar ucbatından daha ciddi tədbirlərin görülməsinə ehtiyac olacağını düşünürəm. Hesab edirəm ki, bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına atmaq olar. Hazırda xəstəliyin partlayış həddində olduğu İtaliya və İspaniya kimi ölkələrdə də 20 gün əvvəl xəstə sayı bizdəki qədər olub. Hadisələr əvvəlcə çox yavaş gedir və qəfildən inanılmaz sürət alır. Dünyada koronavirus xəstələrinin sayının 100 minə çatmasına 3 ay vaxt lazım oldu, 200 min say isə bundan cəmi 12 gün sonra oldu, daha 4 gün bəs elədi ki, bu hədd 300 minə çatsın, 1 gündən sonra isə bu rəqəm 400 min oldu. Aprel ayında Azərbaycanda xəstə sayının kəskin artacağını güman edirəm. Hazırda bu hadisələri tam ağırlığı ilə yaşayan ölkələrdən üstünlüyümüz ondadır ki, daha erkən admnistrativ addımlar atdıq. Xəstəlik epidemiya halına gəldikdə bu tibbi problem olmaqdan çıxır, ona görə də onun həlli məsələsi daha çox cəmiyyət qanunlarının tənzimlənməsi ilə olur. Söhbətin əvvəlinə qayıdıram. Hadisələrin necə olacağını heç kəs bilmir. Ümüd edirəm ki, biz hadisələri bir addım əvvəldən önləməyi bacararıq.

– Statistikaya istinad etsək rəqəmlər daha nə söyləyir?

– Çinin Vuhan bölgəsində 73 min xəstəliyə yoluxmuş insan tam sağalıb. 3 min 200 xəstə isə vəfat edib. Bu, artıq nəticələri olan xəstələrin 4 faizini təşkil edir və əslində kiçik rəqəm deyil. Dünya əhalisini və infeksiyanın yayılma tempini nəzərə alsaq qısa zamanda milyonlarla ölçülə bilən rəqəmlərdən danışacağıq. Qərbi Avropada isə ölənlər faiz etibari ilə daha çoxdur. Bu səbəbdən də Çində və Qərbi Avropada xəstəliyi virusun iki ayrı mutasiya olmuş növlərinin törətdiyi ehtimalları da var. Ölüm halları 60 yaşdan yuxarı kəskin artır, 1 yaşa qədər uşaqlar xəstələnmir. İtaliyada və İspaniyada yoluxanların 10 faizi tibb işçiləridir. Ölənlərin demək olar ki, 99 faizində yanaşı xəstəliklər olub. 50 faizində hətta 3 yanaşı xəstəlik olub. Hazırda karantin tədbirləri ilə əlaqədar dünya əhalisinin 1 miliyard nəfəri evə qapanmış (lockdown) vəziyyətdədir. Bu rəqəmlər hamısı statistikadır. Bunlarla yanaşı kifayət qədər istisnalar da var. Ölənlər arasında uşaq, gənc, heç bir xəstəliyi olmayan, təkrar xəstələnən də var. Bəzən bu statistika bəzi sağlam gənc insanlarda karantin tədbirlərinə əməl etməmək üçün arxayınçılıq və zəmin yaradır. Demək istəyirəm ki, heç kəsin bu xəstəlikdən ölməyəcəyinə zəmanət yoxdur. Həyatını oyun stoluna qoyub, zər atmaqdansa bir-iki ay sosial təcrid qaydalarına uymaq daha məntiqlidir. Əgər koronavirusa yoluxub sağalmaq kimin üçünsə bir oyundursa, amma onun yoluxdurduğu yüzlərlə insandan kimlər üçünsə ölüm-qalım məsələsi ola bilər. Ona görə də sosial məsuliyyət dediyimiz bu terminin altında bir də hüquqi məsuliyyət yatır.

– Koronavirusla bağlı yaxşı nə xəbər söyləmək olar?

– Yuxarıda söylədiyim bəzi faktlar əslində olduqca xoş xəbərlərdir, biz sadəcə pandemiya fonunda bunları görmürük. Məsələn, sağalan insanların olması. Təsəvvür edin ki, koronavirusun bəzi viruslar kimi orqanizmdən çıxması mümkün olmasaydı vəziyyət necə olardı? Və yaxud təkcə immuniteti zəif insanlara deyil, uşaqlara da ölümcül təsir etsəydi? Yoluxan insanların xəstəliyə immuniteti çox qısa müddətli olsaydı? Ümumiyyətlə, xəstəlik törədicisinin belə tez aşkarlanıb elmi araşdırmalar üçün verilməsi özü təqdirəlayiqdir. İndi nə ilə savaş apardığımızın fərqindəyik. Amma, düşünün, bilinməyən yeni bir virus olsaydı, necə olardı? Çində xəstəliyin nəzarət altına alınması faktı özü çox ümidverici bir xəbərdir. Əgər, virusun mutasiya olunması sübut olunarsa, peyvənd hazırlanmasına olan ümidlər puça çıxacaq. Hələ bu barədə dəqiq bir fikir yoxdur. İlk peyvəndlərin artıq sınaqdan çıxarılmağa başlanması şad xəbərdir. Əvvəllər başqa xəstəliklərdə istifadə olunan dərmanlardan bəzilərinin müalicədə müəyyən qədər effektli olması da müsbət qarşılanmalıdır. Epidemiyanın nəticələrinin verdiyi bəzi müsbət hallar da vardır. Doğrudur, minlərlə insanın ölümü fonunda bəlkə də bundan danışmaq düzgün olmaz. Təbiətin insanların əlindən bir balaca nəfəs alması da baş verdi. Son illərdə dünya ölkələri sənaye yarışına girərək təbiətin ortaq qorunmasında heç cür razılığa gələ bilmirdilər. Bu, bəlkə də bir siqnaldır ki, ana təbiət bizi hər an cəzalandıra bilər. Vəhşi təbiətdə də belə bir tarazlıq var. Bu tarazlıq pozulanda komponentlər elə dəyişir ki, yenə də eyni nisbətə gətirib çıxarır. İnsan özünü dünyanın sahibi hesab edərək bu tarazlığı kobud şəkildə pozmaqdadır. Bəlkə də bu virus yer kürəsinin bir ağrı hissiyatıdır. Bəlkə nə vaxtsa pandemiyanın qarşısını alıb qurtarsaq bu barədə də oturub düşünmək lazım gələcək.

– Ümumiyyətlə, başqa hansı nəticələr çıxartmalı olacağıq və bu pandemiya ilə bağlı proqnozunuz nədir?

– Proqnoz budur ki, hər şeyin əvvəli və sonu var. Pandemiyanın da sonu olacaq. Amma, hər bir böhranın bir dibi var. Böhran dibə dəyməmiş geri qayıtmaz. Bu böhranın dibinin nə qədər dərin olduğunu demək çətindir. Bir ölkə daxilində çox zərər görmədən virusun yayılmasının qarşısını almaq mümkün ola bilər. Bunun üçün admnistrativ tədbirlərə daha çox ehtiyac var. Məsələn, koronavirusun dərmanının tapılmasından ümid gözlədiyimiz bir vaxtda digər xilas yolu xəstəliyin diaqnozunun vaxtında qoyulması ola bilər. Xəstəliyin vaxtında, digərlərini yoluxdurmağa başlamazdan əvvəl diaqnozunun qoyula bilməsi və bu müayinələrin kütləvi şəkildə tətbiq olunması ölkədaxili epidemiyanı sürətli şəkildə nəzarət altına ala bilər. Hesab edirəm ki, İtaliyada yaşananlar səhiyyə sisteminin qüsuru deyil, ölkə rəsmilərinin problemidir. Vaxtında gördüyümüz tədbirlərin fonunda bizim eyni aqibəti yaşamayacağımızı ümüd edirəm. Çıxarılacaq nəticələr barədə danışmaq bir qədər tezdir.

Bir lətifə var. Biri hündürlükdən yıxılır. Aşağı getdikcə öz-özünə deyir:
– Ey Allah, sağ qalım evimi satıb, kasıblara paylayacağam, çoxlu xeyirxah əməllər edəcəyəm.
Yerə dəyir, sağ qalır. Qalxıb üst başını təmizləyə-təmizləyə deyir:
– Adam göydə olanda başına min cür axmaq fikirlər gəlir.

Yəqin ki, bir necə ildən sonra dünyanın bu pandemiya qarşısında əsməyi heç yadına da düşməyəcək, yenə də hər şey öz axarında davam edəcək. İndidən dünyanın siyasi xəritəsinin, güc mərkəzinin dəyişməsindən və s. danışılır. Bəzi məsələlərə yenidən baxılacağı labüddür. Səhiyyə sisteminə diqqətin artırılacağına ümid edirəm. Bu gün tibb işçilərini qəhrəman adlandırırlar, onlar həmişə qəhrəman olub. İnsanları ölümdən qurtarmağın başqa adı ola bilməz. Ölkələrin bioloji silahlara qarşı strategiyası və təhlükəsizliyinə yenidən baxılacaq. Bəzi elm sahələrinə maraq çoxalacaq. Məsələn, oğluma gen mühəndisi olmağı məsləhət görürdük, ola bilər ki, bu hadisələrdən sonra bu seçimə daha çox diqqət ayıraq.

Koronovirus haqqında
Koronovirus haqqında epidemiyanın əvvəlində

Qaraciyər transplantasiyasında donor əməliyyatı (şəkillərdə)

Op.Dr.Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, Əlaqə nömrəsi 0504063853

Donorun əməliyyat stolunda vəziyyəti.
CUSA cihazı parenximanın disseksiyasında istifadə edilir.
İnstrumentlər stolu
Sağ tərəfli hepatektomiya üçün kəsik

2.5 dəfə böyüdücü luplar daha dəqiq görüntü verir
Falciform və Coranal bağlar kəsilir.
Qaraciyərlə aşağı boş vena arasındakı kiçik qaraciyər venaları bağlanır, kəsilir
Makuçi liqamenti kiçik gloverlərlə tutulub kəsilir və tikilir.
Sağ hepatik vena asqıya alınmaq üçün dissektorla dönülür
Sağ hepatik vena penrose asqısı ilə asılıb. daha aşağda 6 cı seqmenti drenaj edən aksesuar vena görsənir. Bu vena əməliyyatın axırına qədər saxlanırv və qorunur. Resipient tərəfdə bu vena da anastomoz ediləcək.
Qaraciyər qapısı disseksiya edilir. Şəkildəki öd kisəsi arteriyasıdır.
Öd kisəsi axarı da asqıya alınıb
Sağ qaraciyər arteriyası dissektorla dönülüb. Fərqli olan tərəfi sağ qaraciyər arteriyasının xoledoxun önündən keçməsidir. Bu tez tez rast gəlinən variasiya deyil.
Sağ portal vena asqıya alınır
Sağ portal vena və arteriya sıxıldıqda qaraciyərin səthinə demarkasiya xətti alınır. parenxima bu xətt boyunca disseksiya edilir.
Parenxim disseksiyası
Parenxim daxilindəki xırda damarları bağlaamaq üçün metal kliplərdən istifadə edilə bilər
Parenximanı disseksiya etmək üçün Clamp Crush üsulundan və ya CUSA dan istifadə etmək olar. Şəkildə Kelli alətinin köməyi ilə parenxima əzilir.
CUSA
Parenxim disseksiyası sağ öd yolları yatağına çatdıqda yataq sağ arter və portal vena ilə bərabər dönülərək penrose rezin önə tərəfə keçilir. Bu manevr sağ qaraciyər elementlərini qorumaqla parenxim disseksiyasını bitirməyə imkan verir.
Penrose asqı parenximanın aşağı boş venadan aralanmasına şərait yaradır və bu da ikincinin disseksiya zamanı zədələnməsinə mane olur.
Parenxim disseksiyası bitdikdən sonra öd kisəsi axarı kanyulasiya edilir və əməliyyatdaxili xolangioqrafiya üçün hazırlanır.
Kəsik xəttini ayarlamaq üçün sağ öd yolları yatağına iri kliplər qoyulur. Xolangioqrafiyada bu kliplər haradan kəsməli olduğumuzu göstərəcək
Xolangioqrafiya üçün C-arm rentgen cihazından istifadə edilir.
Bu şəkildən kəsəciyimiz xətti təsvir edə bilərik
Sağ öd yolları kəsilir
Sağ arter kəsilir
Sağ porta Pott sıxıcıları ilə tutulur və kəsilir
Aksesuar qaraciyər venası və Sağ qaraciyər venası glover sıxıcıları ilə tutularaq kəsilir
Resipient tərəfə verilməzdən öncə orqan tərəzidə çəkilir
Damarların və öd yollarının güdülü növbə ilə tikilir
Daha bir əməliyyatı uğurla başa vurmuş donor komandası

Qida borusu xərcəngi əməliyyatı

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi cərrah, Cərrah Transplantoloq, əlaqə 0504063853

Dr. Kamran Bbeydullayev
Op. Dr. Kamran Beydullayev

Qida borusu xərcəngi Azərbaycan ərazisində çox rast gəlinən şişlərdən hesab edilir. Ona görə də bu xəstəliyin müalicəsi aktual hesab edilir. Əməliyyat qida borusu şişlərində yeganə radikal müalicə hesab edilə bilər. Qida borusunun şiş ilə kəsilib çıxarılması və mədənin döş qəfəsinə qaldırılaraq qida borusu ilə anastomoz qoyulması əməliyyatın əsas prinsipidir.

Qida borusu əməliyyatının həm döş qəfəsində olan, həm də qarında olan kəsiklə icra edilməsini ilk dəfə  1946 cı ildə İngiltərə Kral Cərrahlar Kollecində İvor Levis tərəfindən təklif edilmişdir. O zamanlar bu əməliyyat iki mərhələdə aparılırdı. Birinci qarın boşluğu açılırdı, mədə mobilizasiya edilirdi. İkinci mərhələ isə 15 gün sonra aparılırdı və döş boşluğu açılaraq qida borusu çıxarılırdı və anastomoz qoyulurdu. Sonralar bu əməliyyat bir etapda aparılmağa başlandı və hal hazırda qida borusu şişinə görə icra edilən ən populyar əməliyyatdır.

Qida borusu əməliyyatı
Qida borusu əməliyyatı cərrahiyyənin çətin əməliyyatlarından hesab edilsə də komanda güclü olduqda bu söhbət mövzusu deyil

İvor Leus əməliyyatı adətən qida borusunun aşağı hissəsində və mədə qida borusu birləşməsində yaranan bədxassəli şişlər üçün daha uyğundur. Karina səviyyəsindən yuxarıda yerləşən şişlər üçün isə adətən Mc Keovn əməliyyatı təklif edilir.

Mədənin döş qəfəsinə qaldırılması zamanı mədəni qidalandıracaq sağ qastroepiploik arteriya

İvor Levis əməliyyatının üstünlüyü ondan ibarətdir ki, bu əməliyyat zamanı qida borusunu bütün əməliyyat sahəsi boyu sərbəst görə bilirsən, iki sahədə ( döş qəfəsi və qarın boşluğu) limfadisseksiya etmək mümkündür, anastomoz qaçağı daha az ehtimallıdır və qayıdan qırtlaq siniri zədələnməsi daha az rast gəlinir. Çatışmayan cəhəti döş qəfəsindəki yaranın kəskin ağrılı olması, ağciyər tərəfdən ağırlaşmaların yaranması ehtimalı, anastomoz qaçağı zamanı yüksək toksikliyin olmasıdır.

Qarın boşluğundakı əməliyyat zamanı piloroplastika

İvor Levis əməliyyatının ümumi prinsipləri eyni olsa də bəzi xüsusiyyətləri cərrahdan cərraha dəyişir. Məsələn mədənin 12 barmaq bağırsağa drenajını yüngülləşdirmək üçün aparılan əməliyyatlar piloroplastika, pilorusun miotomiyası, botulin toksininin vurulması ola bilər, və yaxud pilorusun drenajı üçün heç bir əməliyyat aparılmaya bilər. Eləcə də qidalandırıcı yeyunostomiyanın qoyulması bəzi cərrahlar üçün rutin icra edilir, digərləri isə yalnız ehtiyac olduqda icra edirlər. Anastomozun qoyulması da bəzi cərrahlar tərəfindən əl ilə, digərləri tərəfindən isə sirkulyar stapler ilə aparılır. Biz adətən ehtiyac olmadıqca yeyunostomiya qoymuruq və drenaj üçün piloroplastika icra edirik. Anastomoz isə sirkulyar stapler ilə qoyulur.

D2 limfodisseksiya
D2 səviyyədə limfa düyünlərinin disseksiyası

Əməliyyatdan sonra isə bu xəstələrdə diqqət yetiriləsi əsas məqamlar ağciyər ağırlaşmalarının qarşısını almaq, ağrıları kontrol etmək, xəstənin qidalanmasına nəzarət etməkdir.

Bunlar da maraqlı ola bilər.

Dalağın exinokokk xəstəliyi

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi cərrah, Cərrah Transplantoloq, əlaqə 0504063853

dalağın exinokokk xəstəliyi
Dalaq exinokokku

Heyvandarlıqla məşğul olunan rayonlarda exinokok xəstəliyi geniş yayılmış olur. Exinokokk sisti üçün xarakterik olan orqanlar adətən qaraciyərdir. Bundan başqa exinokokk sistinə ağciyərdə, böyrəkdə, sümük və beyində rast gəlmək olur. Dalaq exinokokk sistinin nisbətən daha az rast gəlinən nahiyəsidir. Qaraın boşluğunda olan exinokokk sistərinin ancaq 4%-i dalaqda olur. Bəzi tədqiqatlarda dalaq exinokok sistinin rast gəlinməsinə görə 3 cü yerdədir.

Dalağın exinokokk sistinin KT görüntüsü

Dalaqda yerləşən exinokokk sistləri adətən əlamətsiz keçir. Adətən xəstələr digər səbəblərdən müayinə olunduqları zaman aşkar edilir. USM və KT müayinələrinin geniş yayılması onların daha tez tez tapılmasına səbəb olur. Vaxtında aşkar edilmədikdə dalağın exinokokk sisti böyük ölçülərə qədər gəlib çıxa bilər. Böyük ölçülərdə dalaq exinokokku adətən sağ qabırğaltı nahiyədə ağrılarla müşahidə edilir. Dalaq exinokokunun digər əlamətləri onun böyrək arteriyasını sıxması ilə bağlı hipertoniyaya səbəb olması və yaxud sistin digər orqanlara açılması və ya çırılaraq qarın boşluğuna tökülməsi ilə əlaqədar ola bilər. Dalaq exinokokunun radioloji görüntüsü adətən xarakterik olur, lakin bəzən onu digər dalaq sistləri ilə differensiasiya etmək lazım gəlir ( dalaq psevdosisti, epidermoid sist, dalağın bədxassəli törəməsi, dalaq absesi, dalağın hematoması və s.).

lapatoskopik əməliyyatda dalaq exinokokk sistinin görünüşü

Qaraciyər exinokokk sistindən fərqli olaraq dalaq sistləri zamanı xəstələrə konservativ müalicə seçimi və ya müşahidə seçimi çox az hallarda təklif edilir. Çünki dalaq sistlərinin travmatik cırılma riski çox yüksəkdir. Bu səbəbdən də dalağın exinokokk sistləri zamanı əməliyyat göstərişdir. Bu  zaman hissəvi və ya tam splenektomiya əməliyyatı icra edilir. Dalaq exinokokk sistlərini də qaraciyərdə olduğu kimi punksiya edib boşaltmaq olar. Lakin dalaqda asanlıqla çıxartmaq mümkün olduğu üçün ideal exinokokkektomiyaya (sistin tam çıxarılmasına) daha çox üstünlük verilir. Bəzən sist çox böyük olduqda splenektomiyadan əvvəl sistin drenaj olunmasına ehtiyac olur. Əməliyyatdan əvvəl və sonra xəstələrə albendazol verilməsinin faydası olur.

Mərkəzimizdə dalağın exinokokk sistinə görə bütün əməliyyatlar aparılır. Dalağın tam çıxarılması və ya hissəvi rezeksiyasının açıq və laparoskopik üsulla əməliyyat olunması üçün mərkəzimizə müraciət edə bilərsiniz.

Bunlar da maraqlı ola bilər.

Qaraciyər sistlərinin bədxassəli olma ehtimalı

Exinokokk xəstəliyinə necə yoluxulur

Sağ tərəfli laparoskopik adrenalektomiya

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi cərrah, Cərrah Transplantoloq, əlaqə 0504063853

Dr. Kamran Beydullayev

İcra etdiyimiz əməliyyatların videoları

Sağ tərəflilaparoskopik adrenalektomiya zamanı adətən 4 portdan istifadə edilir. Göbəkdən2 sm yuxarıda və düz əzələ yatağının lateral kənarına yaxın 10mm lik kameraportunu giririk. Pnevmoperitoneum yaradıldıqdan sonra kamera daxil edilir vədigər portlar kameranın müşahidəsi ilə daxil edilir. 5mm lik port orta xətdəksifosternumdan 1sm aşağıdan daxil edilir. Bu port bir qədər sol tərəfdən dədaxil edilə bilər ki, işçi portla kəsişməsin. Daxil edilən bu portdanlaparoskopik qaraciyər retraktorları daxil edilir. Bu retraktorlar qaraciyəriqaldırmaq üçün istifadə edilir. Bu ekartryorların qaz ayağı şəklində olan 1 və0.5 sm lik növləri var.

Sağ tərəfli laparoskopik adrenalektomiyada xəstənin əməliyyat stolundakı vəziyyəti

Bundan başqa 0.5 sm lik qatlanaraq üçbucaq şəkli alanqaraciyər retraktorları da mövcuddur. Xüsusi hazırlanmış qaraciyərretraktorları olmadıqda isə adi tutucu aləti bu portdan daxil etməklə qaraciyərinaltından keçirib qarının lateral yan divarının peritonunu və ya diafraqmanıtutmaqla qaraciyəri qaldırmaq olur. Əsas işçi port ksifosternumdan 5-6 smaşağıda düz əzələ yatağının medial kənaırına yaxın yerləşdirilir. Kamera vəretraktor portlarının arasında yerləşdirilən bu portun ölçüsü istəyinizdənasılı olaraq 0.5 və ya 1.2 sm ola bilər. Əgər çıxaraçağınız böyrəküstü vəzinibu portun yerindən çıxarmaq nəzərdə tutursunuzsa və yaxud böyrəküstü vəzivenanı staplerlə tikmək istəyirsinizsə bu port  12 mm lik port olmalıdıdr. Hem-o-lock və metalkliplər üçün də port böyük olmalıdır. Ona görə də bu portu adətən 12 mm likseçirirk. 4 cü port qrasper (tutucu instrument) üçün nəzərdə tutulur vəqabırğaaltı nahiyədə ön qoltuqaltı xəttə yaxın yerləşdirilir.

Sağ tərəfli laparoskopik adrenalektomiya zamanı portların yerləşdirilməsi

İlk olaraq üçbucaq bağ və tac bağın aşağı shifəsi kəsilir və beləliklə qaraciyərinçılpaq sahəsi  (bare area) qarındivarından qismən uzaqlaşdırılır. Bu proses qaraciyərin aşağı səthində aşağıboş venadan laterala doğru periton səhifəsinin kəsilməsindən ibarətdir. Sağadrenalektomiya zamanı soldan fərqli olaraq kolonun mobilizasiyasına çox daehtiyac olmur. Lakin aşağı boş venanın üzərindəki periton kəsilir və iş aşağıdoğru aparılaraq on iki barmaq bağırsağın əməliyyat sahəsindən bir qədəruzaqlaşdırılmasına çalışılır. Peritonun aşağıya doğru kəsilməsi böyrəkvenasının yuxarı kənarına qədər aparılır. Qaraciyər altında periton kəsildikdənsonra böyrəküstü vəzi adətən görünür. Peritonun və digər toxumaların kəsilməsiliqaşur, ultrasəs kəsicisi və ya qarmaqla (hook) aparıla bilər. Bu nahiyələrçox da damarlı olmadığından internetdə çoxsaylı videolarda bu qarmaq vasitəsiilə həyata keçirilir. Həm də port yaxın olduqda liqaşurun istiqaməti peritonüçün uyğun olmaya bilər, amma qarmaq üçün bu rahat olur. Qarmaq həm də çoxkiçik olduğu üçün incə disseksiyaya da imkan verir. Lakin böyük damarlarınyananda iti bir alətlə işləmək o qədər də təhlükəsiz sayılmaz. Bəzən iri şişlərdəperiton damarlı olur və qarmaq bu damarları yandırmaq üçün çox da yetərliolmur. Biz burada ümumilikdə liqaşur istifadə edirik. 0.5 sm lik liqaşurunMeriland adlanan opsiyası həm incə olur, zirvəsinin əyri olması manipulyasiyayaimkan verir və etibarlılığı təmin edir. Liqaşurun köməkliyi ilə böyrəküstü vəziqaraciyərdən və aşağı böş venadan uzaqlaşdırılır. Bu zaman böyrəküstü vəzinvenası görsənir. Bu vena vəzin patalogiyasından asılı olaraq müxtəlif endə vəuzunluqda ola bilər. Venin disseksiyası çox ehtiyatlı aparılmalıdır, təkcəbunun birbaşa aşağı boş venaya açılması bu ehtiyatlılığa yetərincə səbəbdir .İri venalara stapler qoymaq olar. Daha kiçik olanlara hemolock klipler və yaadi metal kliplər qoyaraq kəsmək olar. Bu venin kəsilməsi bu əməliyyatın əsasnöqtəsi sayılır. Vena kəsildikdən sonra vəz aşağı boş venadan uzaqlaşır. Bundansonra vəzin aşağı və aşağı medial hissəsinin disseksiyası aparılır. Buradaçalışıb böyrək venasına və bu venadan bir qədər geridə və yuxarıda olan böyrəkarteriyasına zərər verməməyə çalışmaq lazımdır. Bu nahiyənin disseksiyasızamanı aşağı böyrəküstü vəzi arteriyasına rast gəlinir. Arteriya kliplənibliqaşurla yandırıla bilər. Bundan sonra əməliyyat düzxətlidir, vəz böyrəkdənayrılaraq çıxarılır. Preparat çox böyük olduqda aşağıda Pfanşteyn kəsiyi iləçıxarıla bilər, kiçik olduqda isə portların birinin yerindən çıxarıla bilər. Buzaman orqan çıxarıcı qablardan istifadə etmək lazımdır.   

Sağ tərəfli laparoskopik adrenalektomiya ilə çıxarılmış böyrəküstü vəzi

Bunlar da maraqlı ola bilər

  1. Böyrəküstü vəzi xəstəlikləri haqqında qısa
  2. Böyrəküstü vəz törəməsi nə qədər qorxuludur?

Kəskin qaraciyər çatışmazlığının müalicəsi

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Op. Dr. Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Kəskin qaraciyər çatışmazlığı qısa müddət ərzində ( bir neçə gün və ya həftə) qaraciyərin funksiyalarının kəskin pozulmasına deyilir. Qaraciyərin sintetik və detoksikasiya funksiyalarının pozulması sarılıq, ensefalopatiya, koaqulopatiya və multiorqan çatışmazlığına gətirib çıxarır. Kəskin qaraciyər çatışmazlığı olan xəstələrdə ölüm 40-50% təşkil edir. Ölümə səbəb adətən beyin ödemi və ya multiorqan çatışmazlığı olur.
Kəskiin qaraciyər çatışmazlığı zamanı müalicənin 3 əsas istiqaməti vardır: ümumi dəstəkverici terapiya, xəstəliyi yaradan səbəbin müalicə edilməsi və qaraciyər transplantasiyasına uyğun xəstələrin erkən aşkar edilməsi. Müalicə prosesi zamanı koma vəziyyətinə nəzarətə, maye balansının uyğunluluğuna, infeksiya kontrolunun ciddiliyinə və hemodinamik parametrlərin stabilliyinə yaxından diqqət yetirmək lazımdır. Koaqulyasiya profili, qanın ümumi analizi, qan qazları və metabolik göstəricilər davamlı monitor olunmalıdır. Sistem perfuziyasını və damardaxili mayeni normal saxlamaq mümkün olduqda multiorqan çatışmazlığın maye köçürülməsinə baxmayaraq təzyiqi aşağı olan xəstələrə vazopressor dərmanlarla kömək etmək olar. 3-cü v 4-cü dərərcədə koma vəziyyətində olan xəstələr intubasiya olunmalıdır. Kəskin qaraciyər çatışmazlığı olan xəstələrdə immunitet kəskin aşağı olur və onlar infeksiyaya qarşı həssas olurlar. Bu səbəbdən də yüksək səviyyədə infeksiya nəzarəti olmalıdır. Qan, bəlğəm, sidik təkrar təkrar əkilməyə göndərilməlidir və geniş tərkibli antibiotiklər təyin edilməlidir. Koaqulopatiyaya qarşı plazma və koaqulyasiya fakotrları qanaxma olmadıqca və ya hansısa invaziv prosedura planlaşdırılmırsa adətən təyin edilmir.
Xəstəliyin səbəbindən asılı olaraq spesifik müalicə effektli ola bilər və mümkün qədər erkən başlanmalıdır. Xəstəliyin inkişafı da diqqətlə izlənilməlidir ki, qaraciyər transplantasiyasının zamanı gecikdirilməsin. Paraçetamol zəhərlənmələri zamanı N asetil sistein maddəsinin təyini qaraciyərin zədələnməsini azalda bilər. Son tədqiqatlar digər səbəbli kəskin qaraciyər çatışmazlıqlarında da N asetil sisteinin köməyi olduğunu göstərir. Autoimmun səbəbli kəskin qaraciyər çatışmazlıqlarında kortikosteroidlərin təyin edilməsi fayda verir. Hepatit B xəstələrdə antiviral dərmanların faydalı olduğu göstərilir. Amanit Phalloides göbələyi ilə zəhərlənmə zamanı aktiv kömürün təyin olunması qana sorulan zəhərin azalmasına səbəb olur. Hamiləliklə bağlı kəskin qaraciyər çatışmazlığında hamiləlik dayandırmalıdır.

Bunlar da maraqlı ola bilər