Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Hemorroid əməliyyatından sonra xəstənin bərpa olunma dövrü 1-3 həftə çəkə bilər. Bu müddətin uzunluğu müalicənin tipindən, xəstəliyin ağırlıq dərəcəsindən, çıxardılmış babasil düyünlərinin sayından asılı ola bilər.

Adətən əməliyyatdan sonra xəstələr ağrılardan şikayətlənirlər. Xəstələrdə qəbizlik müşahidə edildikdə bu ağrılar daha da qüvvətli ola bilər. Ona görə də müalicə müddətində qəbizliyin aradan qaldırılmasına çalışmaq lazımdır. Əməliyyat olunan xəstələrdə ağrılar skleroterapiya, fotokoaqulyasiya və liqatura üsulu ilə müalicə alan xəstələrdən daha çox olur. Müxtəlif ağrıkəsicilərin təyin olunması, dietin uyğunlaşdırılması, çoxlu maye qəbul edilməsi və nəcis yumşaldıcı dərmanların istifadə olunması ilə ağrı müəyyən qədər aradan qaldırıla bilər. İlıq vannalar da bu periodu ağrısız keçirməyə kömək edir.
Nəcis saxlaya bilməmək hemorroidektomiya əməliyyatından sonra rast gəlinə bilinən ağırlaşmalardandır. Bu adətən əməliyyatdan sonra qısa müddətdə rast gəlinin və 1 həftədən sonra keçir. Əgər bu əlamətlər daha uzun müddət müşahidə olunursa bu zaman anusun sfinkterinin zədələnməsi səbəbindən ola bilər.
Qaşınma əməliyyatdan sonra ilıq vannalarla və müxtəlif kremlərlə aradan qaldırıla bilər.
Qanaxma babasil əməliyyatlarından sonra heç də az rast gəlinmir. Az miqdarda qanın gəlməsi əməliyyatdan sonra rast gəlinə bilər. Lakin axan qanın miqdarı çox olduqda yenidən klinikaya müraciət etmək lazımdır. Qanaxma adətən 3 günə qədər baş verir. Bəzən təkrar müdaxiləyə ehtiyac olur.
Əməliyyat nahiyəsinin infeksiyalaşması nəcisin yaranı bulaşdırması nəticəsində olur. Hərarətin yüksəlməsi yaranın infeksiyalaşmasına işarə ola bilər.
Əməliyyatın uzun dönəm ağırlaşmaların isə təkrar babasil düyünlərinin əmələ gəlməsi və anus kanalının daralmasıdır. Əməliyyat üsulundan asılı olaraq hemorroid düyünləri müxtəliq tezlikdə yenidən əmələ gələ bilərlər. Buna xəstədə babasil yaranmasına səbəb olan şərtlərin hələ də qalması səbəb olur.
Anu kanalının stenozu adətən çoxlu sayda xarici babasilin kəsilib çıxarılmasından sonra yaranan çapıq nəticəsində olur. Keçiriciliyi bərpa etmək üçün təkrar rekonstruktiv əməliyyat etmək lazım gəlir.
Bunlar da maraqlı ola bilər.
- Yoğun bağırsaq şişlərinin əlamətləri
- Yoğun bağırsaq xərcənginin cərrahi müalicəsinin təməl prinsipləri
- Pilonidal sinus (yanlış adı dermoid sist)
- Düz bağırsaq xərcəngi. Mezorektal eksiziya niyə lazımdır?
- Babasil xəstəliyi haqqında