Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Babasil xəstəliyinin müalicə üsulları
Babasil xəstəliyini konservativ (əməliyyatsız) və ya əməliyyatla müalicə etmək olar.
Hemorroidlərin əməliyyatsız müalicəsi üçün aşağıdakılar edilir:
1. Qəbizlik verməyən qidaların qəbulu
2. İlıq vannalar. Xəstə gündə 2-3 dəfə 10-15 dəqiqə olmaqla ilıq su vannasına oturur. Böyük bayıra çıxmamışdan əvvə ve sonra da bunu etmək məsləhətdir.
3. Anal nahiyəni təmiz saxlamaq lazımdır
4. Quru tualet kağızlarından istifadə etmək olmaz
5. Bəzən anal nahiyədəki şişkinliyi azaltmaq üçün soyuq kompreslərdən istifadə etmək lazım gəlir.
6. Ağrıkəsici tabletkalar qəbul edilə bilər. Bu məqsədlə iburofen, paracetamol istifadə edilir.
7. Yerli kremlərdən və şamlardan istifadə edilir. Bu krem və şamların tərkibində adətən hidrokortizon və lidokain olur.

Əməliyyatla müalicə üsulları aşağıdakılardır
1. Xarici hemorroid düyününün trombektomiyası. Bəzən xarici babasil düyününün içində qan laxtalanaraq tromb əmələ gətirir. Bu çox ağrılı olur. Bu tromb sadə bir kəsiklə çıxarılaraq xəstənin ağrıları azaldıla bilər.
2. Rezin band liqasiyası. Qanayan və ya ağrılı olan babasil düyününün damaqr ayaqcığına iki ədəd kiçik rezin band atılır və düyünün qan təhcizatı bağlanır. Bir çox xəstələrdə bu yetərli olur.
3. Skleroterapiya. Babasil düyününün əsasına sklerozlaşdıran kimyəvi maddə yeridilməklə edilir.
4. Fotokoaqulyasiya. Düyünlərin əsası infraqırmızı şüalarla, isti ilə və lazerlə koaqulyasiya edilir. Bu üsuldan sonra babasilin daha çox təkrar olmaq riski var.
5. Hemorroid düyünlərinin çıxarılması. Konservativ və digər müalicə üsulları effekt vermədikdə cərrahi əməliyyat təklif edilir. Cərrahi əməliyyat yerli, spinal və ya ümumi anesteziya altında icra edilə bilər. Babasil düyünlərnin çıxarılması əməliyyatı hemorroidektomiya əməliyyatı adlanır. Müxtəlif əməliyyat üsulları mövcuddur. Bunlardan Milliqan Morqan və Ferquson üsulları daha geniş yayılıb. Hal hazırda liqaşurla hemorroidektomiya əməliyyatı daha tez tez icra edilir.
6. Stapler hemorroidopeksiya. Nisbətən yeni üsuldur. Xəstələr tərəfindən daha rahat qəbul edilsə də babasilin təkrar olma ehtimalı hemorroidektomiya əməliyyatından daha çoxdur.
Bunlar da maraqlı ola bilər