Qaraciyər transplantasiyasında donor əməliyyatı (şəkillərdə)

Op.Dr.Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, Əlaqə nömrəsi 0504063853

Donorun əməliyyat stolunda vəziyyəti.
CUSA cihazı parenximanın disseksiyasında istifadə edilir.
İnstrumentlər stolu
Sağ tərəfli hepatektomiya üçün kəsik

2.5 dəfə böyüdücü luplar daha dəqiq görüntü verir
Falciform və Coranal bağlar kəsilir.
Qaraciyərlə aşağı boş vena arasındakı kiçik qaraciyər venaları bağlanır, kəsilir
Makuçi liqamenti kiçik gloverlərlə tutulub kəsilir və tikilir.
Sağ hepatik vena asqıya alınmaq üçün dissektorla dönülür
Sağ hepatik vena penrose asqısı ilə asılıb. daha aşağda 6 cı seqmenti drenaj edən aksesuar vena görsənir. Bu vena əməliyyatın axırına qədər saxlanırv və qorunur. Resipient tərəfdə bu vena da anastomoz ediləcək.
Qaraciyər qapısı disseksiya edilir. Şəkildəki öd kisəsi arteriyasıdır.
Öd kisəsi axarı da asqıya alınıb
Sağ qaraciyər arteriyası dissektorla dönülüb. Fərqli olan tərəfi sağ qaraciyər arteriyasının xoledoxun önündən keçməsidir. Bu tez tez rast gəlinən variasiya deyil.
Sağ portal vena asqıya alınır
Sağ portal vena və arteriya sıxıldıqda qaraciyərin səthinə demarkasiya xətti alınır. parenxima bu xətt boyunca disseksiya edilir.
Parenxim disseksiyası
Parenxim daxilindəki xırda damarları bağlaamaq üçün metal kliplərdən istifadə edilə bilər
Parenximanı disseksiya etmək üçün Clamp Crush üsulundan və ya CUSA dan istifadə etmək olar. Şəkildə Kelli alətinin köməyi ilə parenxima əzilir.
CUSA
Parenxim disseksiyası sağ öd yolları yatağına çatdıqda yataq sağ arter və portal vena ilə bərabər dönülərək penrose rezin önə tərəfə keçilir. Bu manevr sağ qaraciyər elementlərini qorumaqla parenxim disseksiyasını bitirməyə imkan verir.
Penrose asqı parenximanın aşağı boş venadan aralanmasına şərait yaradır və bu da ikincinin disseksiya zamanı zədələnməsinə mane olur.
Parenxim disseksiyası bitdikdən sonra öd kisəsi axarı kanyulasiya edilir və əməliyyatdaxili xolangioqrafiya üçün hazırlanır.
Kəsik xəttini ayarlamaq üçün sağ öd yolları yatağına iri kliplər qoyulur. Xolangioqrafiyada bu kliplər haradan kəsməli olduğumuzu göstərəcək
Xolangioqrafiya üçün C-arm rentgen cihazından istifadə edilir.
Bu şəkildən kəsəciyimiz xətti təsvir edə bilərik
Sağ öd yolları kəsilir
Sağ arter kəsilir
Sağ porta Pott sıxıcıları ilə tutulur və kəsilir
Aksesuar qaraciyər venası və Sağ qaraciyər venası glover sıxıcıları ilə tutularaq kəsilir
Resipient tərəfə verilməzdən öncə orqan tərəzidə çəkilir
Damarların və öd yollarının güdülü növbə ilə tikilir
Daha bir əməliyyatı uğurla başa vurmuş donor komandası

Qida borusu xərcəngi əməliyyatı

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi cərrah, Cərrah Transplantoloq, əlaqə 0504063853

Dr. Kamran Bbeydullayev
Op. Dr. Kamran Beydullayev

Qida borusu xərcəngi Azərbaycan ərazisində çox rast gəlinən şişlərdən hesab edilir. Ona görə də bu xəstəliyin müalicəsi aktual hesab edilir. Əməliyyat qida borusu şişlərində yeganə radikal müalicə hesab edilə bilər. Qida borusunun şiş ilə kəsilib çıxarılması və mədənin döş qəfəsinə qaldırılaraq qida borusu ilə anastomoz qoyulması əməliyyatın əsas prinsipidir.

Qida borusu əməliyyatının həm döş qəfəsində olan, həm də qarında olan kəsiklə icra edilməsini ilk dəfə  1946 cı ildə İngiltərə Kral Cərrahlar Kollecində İvor Levis tərəfindən təklif edilmişdir. O zamanlar bu əməliyyat iki mərhələdə aparılırdı. Birinci qarın boşluğu açılırdı, mədə mobilizasiya edilirdi. İkinci mərhələ isə 15 gün sonra aparılırdı və döş boşluğu açılaraq qida borusu çıxarılırdı və anastomoz qoyulurdu. Sonralar bu əməliyyat bir etapda aparılmağa başlandı və hal hazırda qida borusu şişinə görə icra edilən ən populyar əməliyyatdır.

Qida borusu əməliyyatı
Qida borusu əməliyyatı cərrahiyyənin çətin əməliyyatlarından hesab edilsə də komanda güclü olduqda bu söhbət mövzusu deyil

İvor Leus əməliyyatı adətən qida borusunun aşağı hissəsində və mədə qida borusu birləşməsində yaranan bədxassəli şişlər üçün daha uyğundur. Karina səviyyəsindən yuxarıda yerləşən şişlər üçün isə adətən Mc Keovn əməliyyatı təklif edilir.

Mədənin döş qəfəsinə qaldırılması zamanı mədəni qidalandıracaq sağ qastroepiploik arteriya

İvor Levis əməliyyatının üstünlüyü ondan ibarətdir ki, bu əməliyyat zamanı qida borusunu bütün əməliyyat sahəsi boyu sərbəst görə bilirsən, iki sahədə ( döş qəfəsi və qarın boşluğu) limfadisseksiya etmək mümkündür, anastomoz qaçağı daha az ehtimallıdır və qayıdan qırtlaq siniri zədələnməsi daha az rast gəlinir. Çatışmayan cəhəti döş qəfəsindəki yaranın kəskin ağrılı olması, ağciyər tərəfdən ağırlaşmaların yaranması ehtimalı, anastomoz qaçağı zamanı yüksək toksikliyin olmasıdır.

Qarın boşluğundakı əməliyyat zamanı piloroplastika

İvor Levis əməliyyatının ümumi prinsipləri eyni olsa də bəzi xüsusiyyətləri cərrahdan cərraha dəyişir. Məsələn mədənin 12 barmaq bağırsağa drenajını yüngülləşdirmək üçün aparılan əməliyyatlar piloroplastika, pilorusun miotomiyası, botulin toksininin vurulması ola bilər, və yaxud pilorusun drenajı üçün heç bir əməliyyat aparılmaya bilər. Eləcə də qidalandırıcı yeyunostomiyanın qoyulması bəzi cərrahlar üçün rutin icra edilir, digərləri isə yalnız ehtiyac olduqda icra edirlər. Anastomozun qoyulması da bəzi cərrahlar tərəfindən əl ilə, digərləri tərəfindən isə sirkulyar stapler ilə aparılır. Biz adətən ehtiyac olmadıqca yeyunostomiya qoymuruq və drenaj üçün piloroplastika icra edirik. Anastomoz isə sirkulyar stapler ilə qoyulur.

D2 limfodisseksiya
D2 səviyyədə limfa düyünlərinin disseksiyası

Əməliyyatdan sonra isə bu xəstələrdə diqqət yetiriləsi əsas məqamlar ağciyər ağırlaşmalarının qarşısını almaq, ağrıları kontrol etmək, xəstənin qidalanmasına nəzarət etməkdir.

Bunlar da maraqlı ola bilər.

Dalağın exinokokk xəstəliyi

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi cərrah, Cərrah Transplantoloq, əlaqə 0504063853

dalağın exinokokk xəstəliyi
Dalaq exinokokku

Heyvandarlıqla məşğul olunan rayonlarda exinokok xəstəliyi geniş yayılmış olur. Exinokokk sisti üçün xarakterik olan orqanlar adətən qaraciyərdir. Bundan başqa exinokokk sistinə ağciyərdə, böyrəkdə, sümük və beyində rast gəlmək olur. Dalaq exinokokk sistinin nisbətən daha az rast gəlinən nahiyəsidir. Qaraın boşluğunda olan exinokokk sistərinin ancaq 4%-i dalaqda olur. Bəzi tədqiqatlarda dalaq exinokok sistinin rast gəlinməsinə görə 3 cü yerdədir.

Dalağın exinokokk sistinin KT görüntüsü

Dalaqda yerləşən exinokokk sistləri adətən əlamətsiz keçir. Adətən xəstələr digər səbəblərdən müayinə olunduqları zaman aşkar edilir. USM və KT müayinələrinin geniş yayılması onların daha tez tez tapılmasına səbəb olur. Vaxtında aşkar edilmədikdə dalağın exinokokk sisti böyük ölçülərə qədər gəlib çıxa bilər. Böyük ölçülərdə dalaq exinokokku adətən sağ qabırğaltı nahiyədə ağrılarla müşahidə edilir. Dalaq exinokokunun digər əlamətləri onun böyrək arteriyasını sıxması ilə bağlı hipertoniyaya səbəb olması və yaxud sistin digər orqanlara açılması və ya çırılaraq qarın boşluğuna tökülməsi ilə əlaqədar ola bilər. Dalaq exinokokunun radioloji görüntüsü adətən xarakterik olur, lakin bəzən onu digər dalaq sistləri ilə differensiasiya etmək lazım gəlir ( dalaq psevdosisti, epidermoid sist, dalağın bədxassəli törəməsi, dalaq absesi, dalağın hematoması və s.).

lapatoskopik əməliyyatda dalaq exinokokk sistinin görünüşü

Qaraciyər exinokokk sistindən fərqli olaraq dalaq sistləri zamanı xəstələrə konservativ müalicə seçimi və ya müşahidə seçimi çox az hallarda təklif edilir. Çünki dalaq sistlərinin travmatik cırılma riski çox yüksəkdir. Bu səbəbdən də dalağın exinokokk sistləri zamanı əməliyyat göstərişdir. Bu  zaman hissəvi və ya tam splenektomiya əməliyyatı icra edilir. Dalaq exinokokk sistlərini də qaraciyərdə olduğu kimi punksiya edib boşaltmaq olar. Lakin dalaqda asanlıqla çıxartmaq mümkün olduğu üçün ideal exinokokkektomiyaya (sistin tam çıxarılmasına) daha çox üstünlük verilir. Bəzən sist çox böyük olduqda splenektomiyadan əvvəl sistin drenaj olunmasına ehtiyac olur. Əməliyyatdan əvvəl və sonra xəstələrə albendazol verilməsinin faydası olur.

Mərkəzimizdə dalağın exinokokk sistinə görə bütün əməliyyatlar aparılır. Dalağın tam çıxarılması və ya hissəvi rezeksiyasının açıq və laparoskopik üsulla əməliyyat olunması üçün mərkəzimizə müraciət edə bilərsiniz.

Bunlar da maraqlı ola bilər.

Qaraciyər sistlərinin bədxassəli olma ehtimalı

Exinokokk xəstəliyinə necə yoluxulur

Sağ tərəfli laparoskopik adrenalektomiya

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi cərrah, Cərrah Transplantoloq, əlaqə 0504063853

Dr. Kamran Beydullayev

İcra etdiyimiz əməliyyatların videoları

Sağ tərəflilaparoskopik adrenalektomiya zamanı adətən 4 portdan istifadə edilir. Göbəkdən2 sm yuxarıda və düz əzələ yatağının lateral kənarına yaxın 10mm lik kameraportunu giririk. Pnevmoperitoneum yaradıldıqdan sonra kamera daxil edilir vədigər portlar kameranın müşahidəsi ilə daxil edilir. 5mm lik port orta xətdəksifosternumdan 1sm aşağıdan daxil edilir. Bu port bir qədər sol tərəfdən dədaxil edilə bilər ki, işçi portla kəsişməsin. Daxil edilən bu portdanlaparoskopik qaraciyər retraktorları daxil edilir. Bu retraktorlar qaraciyəriqaldırmaq üçün istifadə edilir. Bu ekartryorların qaz ayağı şəklində olan 1 və0.5 sm lik növləri var.

Sağ tərəfli laparoskopik adrenalektomiyada xəstənin əməliyyat stolundakı vəziyyəti

Bundan başqa 0.5 sm lik qatlanaraq üçbucaq şəkli alanqaraciyər retraktorları da mövcuddur. Xüsusi hazırlanmış qaraciyərretraktorları olmadıqda isə adi tutucu aləti bu portdan daxil etməklə qaraciyərinaltından keçirib qarının lateral yan divarının peritonunu və ya diafraqmanıtutmaqla qaraciyəri qaldırmaq olur. Əsas işçi port ksifosternumdan 5-6 smaşağıda düz əzələ yatağının medial kənaırına yaxın yerləşdirilir. Kamera vəretraktor portlarının arasında yerləşdirilən bu portun ölçüsü istəyinizdənasılı olaraq 0.5 və ya 1.2 sm ola bilər. Əgər çıxaraçağınız böyrəküstü vəzinibu portun yerindən çıxarmaq nəzərdə tutursunuzsa və yaxud böyrəküstü vəzivenanı staplerlə tikmək istəyirsinizsə bu port  12 mm lik port olmalıdıdr. Hem-o-lock və metalkliplər üçün də port böyük olmalıdır. Ona görə də bu portu adətən 12 mm likseçirirk. 4 cü port qrasper (tutucu instrument) üçün nəzərdə tutulur vəqabırğaaltı nahiyədə ön qoltuqaltı xəttə yaxın yerləşdirilir.

Sağ tərəfli laparoskopik adrenalektomiya zamanı portların yerləşdirilməsi

İlk olaraq üçbucaq bağ və tac bağın aşağı shifəsi kəsilir və beləliklə qaraciyərinçılpaq sahəsi  (bare area) qarındivarından qismən uzaqlaşdırılır. Bu proses qaraciyərin aşağı səthində aşağıboş venadan laterala doğru periton səhifəsinin kəsilməsindən ibarətdir. Sağadrenalektomiya zamanı soldan fərqli olaraq kolonun mobilizasiyasına çox daehtiyac olmur. Lakin aşağı boş venanın üzərindəki periton kəsilir və iş aşağıdoğru aparılaraq on iki barmaq bağırsağın əməliyyat sahəsindən bir qədəruzaqlaşdırılmasına çalışılır. Peritonun aşağıya doğru kəsilməsi böyrəkvenasının yuxarı kənarına qədər aparılır. Qaraciyər altında periton kəsildikdənsonra böyrəküstü vəzi adətən görünür. Peritonun və digər toxumaların kəsilməsiliqaşur, ultrasəs kəsicisi və ya qarmaqla (hook) aparıla bilər. Bu nahiyələrçox da damarlı olmadığından internetdə çoxsaylı videolarda bu qarmaq vasitəsiilə həyata keçirilir. Həm də port yaxın olduqda liqaşurun istiqaməti peritonüçün uyğun olmaya bilər, amma qarmaq üçün bu rahat olur. Qarmaq həm də çoxkiçik olduğu üçün incə disseksiyaya da imkan verir. Lakin böyük damarlarınyananda iti bir alətlə işləmək o qədər də təhlükəsiz sayılmaz. Bəzən iri şişlərdəperiton damarlı olur və qarmaq bu damarları yandırmaq üçün çox da yetərliolmur. Biz burada ümumilikdə liqaşur istifadə edirik. 0.5 sm lik liqaşurunMeriland adlanan opsiyası həm incə olur, zirvəsinin əyri olması manipulyasiyayaimkan verir və etibarlılığı təmin edir. Liqaşurun köməkliyi ilə böyrəküstü vəziqaraciyərdən və aşağı böş venadan uzaqlaşdırılır. Bu zaman böyrəküstü vəzinvenası görsənir. Bu vena vəzin patalogiyasından asılı olaraq müxtəlif endə vəuzunluqda ola bilər. Venin disseksiyası çox ehtiyatlı aparılmalıdır, təkcəbunun birbaşa aşağı boş venaya açılması bu ehtiyatlılığa yetərincə səbəbdir .İri venalara stapler qoymaq olar. Daha kiçik olanlara hemolock klipler və yaadi metal kliplər qoyaraq kəsmək olar. Bu venin kəsilməsi bu əməliyyatın əsasnöqtəsi sayılır. Vena kəsildikdən sonra vəz aşağı boş venadan uzaqlaşır. Bundansonra vəzin aşağı və aşağı medial hissəsinin disseksiyası aparılır. Buradaçalışıb böyrək venasına və bu venadan bir qədər geridə və yuxarıda olan böyrəkarteriyasına zərər verməməyə çalışmaq lazımdır. Bu nahiyənin disseksiyasızamanı aşağı böyrəküstü vəzi arteriyasına rast gəlinir. Arteriya kliplənibliqaşurla yandırıla bilər. Bundan sonra əməliyyat düzxətlidir, vəz böyrəkdənayrılaraq çıxarılır. Preparat çox böyük olduqda aşağıda Pfanşteyn kəsiyi iləçıxarıla bilər, kiçik olduqda isə portların birinin yerindən çıxarıla bilər. Buzaman orqan çıxarıcı qablardan istifadə etmək lazımdır.   

Sağ tərəfli laparoskopik adrenalektomiya ilə çıxarılmış böyrəküstü vəzi

Bunlar da maraqlı ola bilər

  1. Böyrəküstü vəzi xəstəlikləri haqqında qısa
  2. Böyrəküstü vəz törəməsi nə qədər qorxuludur?

Kəskin qaraciyər çatışmazlığının müalicəsi

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Op. Dr. Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Kəskin qaraciyər çatışmazlığı qısa müddət ərzində ( bir neçə gün və ya həftə) qaraciyərin funksiyalarının kəskin pozulmasına deyilir. Qaraciyərin sintetik və detoksikasiya funksiyalarının pozulması sarılıq, ensefalopatiya, koaqulopatiya və multiorqan çatışmazlığına gətirib çıxarır. Kəskin qaraciyər çatışmazlığı olan xəstələrdə ölüm 40-50% təşkil edir. Ölümə səbəb adətən beyin ödemi və ya multiorqan çatışmazlığı olur.
Kəskiin qaraciyər çatışmazlığı zamanı müalicənin 3 əsas istiqaməti vardır: ümumi dəstəkverici terapiya, xəstəliyi yaradan səbəbin müalicə edilməsi və qaraciyər transplantasiyasına uyğun xəstələrin erkən aşkar edilməsi. Müalicə prosesi zamanı koma vəziyyətinə nəzarətə, maye balansının uyğunluluğuna, infeksiya kontrolunun ciddiliyinə və hemodinamik parametrlərin stabilliyinə yaxından diqqət yetirmək lazımdır. Koaqulyasiya profili, qanın ümumi analizi, qan qazları və metabolik göstəricilər davamlı monitor olunmalıdır. Sistem perfuziyasını və damardaxili mayeni normal saxlamaq mümkün olduqda multiorqan çatışmazlığın maye köçürülməsinə baxmayaraq təzyiqi aşağı olan xəstələrə vazopressor dərmanlarla kömək etmək olar. 3-cü v 4-cü dərərcədə koma vəziyyətində olan xəstələr intubasiya olunmalıdır. Kəskin qaraciyər çatışmazlığı olan xəstələrdə immunitet kəskin aşağı olur və onlar infeksiyaya qarşı həssas olurlar. Bu səbəbdən də yüksək səviyyədə infeksiya nəzarəti olmalıdır. Qan, bəlğəm, sidik təkrar təkrar əkilməyə göndərilməlidir və geniş tərkibli antibiotiklər təyin edilməlidir. Koaqulopatiyaya qarşı plazma və koaqulyasiya fakotrları qanaxma olmadıqca və ya hansısa invaziv prosedura planlaşdırılmırsa adətən təyin edilmir.
Xəstəliyin səbəbindən asılı olaraq spesifik müalicə effektli ola bilər və mümkün qədər erkən başlanmalıdır. Xəstəliyin inkişafı da diqqətlə izlənilməlidir ki, qaraciyər transplantasiyasının zamanı gecikdirilməsin. Paraçetamol zəhərlənmələri zamanı N asetil sistein maddəsinin təyini qaraciyərin zədələnməsini azalda bilər. Son tədqiqatlar digər səbəbli kəskin qaraciyər çatışmazlıqlarında da N asetil sisteinin köməyi olduğunu göstərir. Autoimmun səbəbli kəskin qaraciyər çatışmazlıqlarında kortikosteroidlərin təyin edilməsi fayda verir. Hepatit B xəstələrdə antiviral dərmanların faydalı olduğu göstərilir. Amanit Phalloides göbələyi ilə zəhərlənmə zamanı aktiv kömürün təyin olunması qana sorulan zəhərin azalmasına səbəb olur. Hamiləliklə bağlı kəskin qaraciyər çatışmazlığında hamiləlik dayandırmalıdır.

Bunlar da maraqlı ola bilər

 

Sirroz xəstəliyinin müalicəsi

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Kamran Beydullayev
Op. Dr. kamran Beydullayev

Sirroz xəstəliyinin müalicəsi dedikdə onun əlamətlərinin aradan qaldırılması üçün və ağırlaşmalarının qarşısının alınması üçün görülən tədbirlər nəzərdə tutulur. Məqsəd sirrozun getdikcə daha da pisləşməsi prosesinin sürətini azaltmaqdır. Sirroz xəstəliyi isə müalicə edilib sağaldıla bilən xəstəlik deyil. Sirrotik qaraciyərdən xilas olmanın yeganə yolu qaraciyər transplantasiyasıdır.
Aşağıdakı tədbirlər sirrozun səbəbini aradan qaldıra bilər, onun pisləşməsi zürətini zəiflədə bilər və ağırlaşmalarını profilaktika edə bilər.
Həyat tərzi
1. Sirrozlu xəstələr alkohol qəbulundan tam imtina etməlidirlər.
2. Əgər çəki artıqlığı varsa mümkün qədər çəki itirmək lazımdır.
3. Mütəmadi fiziki hərəkətlər etmək lazımdır ki, əzələ kütləsinin azalmasına yol verilməsin.
4. Yüksək səviyyədə gigiyena qaydalarına əməl etmək lazımdır.
5. Bəzi hepatit viruslarına və periodik qrip viruslarına qarşı peyvənd edilməsinə ehtiyac ola bilər.
6. Lazımsız dərmanların istifadəsindən qaçmaq lazımdır.

Qaraciyər sirrozu
Assitin səbəbləri

Diet dəyişiklikləri
Balanslı qidalanma faydalıdır. Sirrozlu xəstələrə lazım olan bürün qida məhsullarını almalıdırlar. Zəifləmiş qidalanma sirroz xəstələrində tez tez rast gəlinən haldır.
Qidada yemək duzlarının miqdarının azaldılması ödemin əmələ gəlməsinin və orqanizmdə artıq maye toplanmasının qarşısını alır.
Qidada əlavə protein olması məsləhətdir. Sirrotik qaraciyrin qlikogen ehtiyatı azalır. Bu o deməkdir ki, qida qəbul olunduqdan bir müddət sonra qanda energi üçün istifadə edilməsi gərəkən maddələr olmur. Bu səbəbdən də orqanizm əzələ toxumasından istifadə edir ki, bu da əzələ kütləsinin azalmasına səbəb olur. Ona görə də qida ilə əlavə protein qəbul etməyə ehtiyac duyulur.
Qida qəbulunun sayını artırıb miqdarını azaltmaq daha faydalıdır.

Assitin səbəbləri

Dərmanlar.
Xəstəlik törədən səbəbə qarşı dərman preparatlarından istifadə edilə bilər. Hepatit viruslarının müalicəsi effektli ola bilər.
Xəstəliyin əlamətlərin aradan qaldırmaq üçün istifadə edilən dərmanlara sidik qovucular, venoz sistemdə təzyiqi azaldan dərmanlar, qaşınmanın qarşısını alan kremlər aiddir.
Ağırlaşmaların qarşısını alan tədbirlər görülə bilər. Bunlara sirrotik xəstələrdə qanaxma riski yaradan varikoz genişlənmiş qida borusu venalarının endoskopik yolla bağlanması aiddir. Varikoz venalara band atılması müəyyən müddət üçün qanaxmanın qarşısını alır.
Ətraflarda ödem və qarında assit toplanması zamanı az duzlu yeməklər, sidik qovucular kömək edə bilər. Bəzi hallarda isə mayenin boşaldılmasına ehtiyac ola bilər.
Sirrozu olan xəstələrin bəzilərində beyinin funksiyasının pozulması baş verə bilir. Bu hal ensefalopatiya adlanır. Hepatik ensefalopatiyanın qarşısını alan əsas dərman laktulozadır.
Qanın laxtalanma sisteminin pozulması sirroz xəstələri üçün xarakterikdir. Bu zaman K vitamininin qəbulu və ya xəstəyə plazma köçürülməsi faydalı ola bilər.
Qaraciyər transplantasiyası sirrozun yeganə radikal müalicəsidir.

Bunlar da maraqlı ola bilər

Hepatit C haqqında sual cavab

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Hepatit C xəstəliyi nədir?
Hepatit C xəstəliyi hepatotrop virus olan hepatit C virusu tərəfindən törədilən qaraciyərin iltihabi xəstəliyidir.
Hepatit A, hepatit B və hepatit C arasında fərq nədir?
Bunların hər bir qaraciyərdə infeksion xəstəlik yarada bilən müxtəlif viruslardır. Onların eyni əlamətlər yarada bilsə də onların yoluxma yolları və qaraciyərə təsiri müxtəlifdir.
Hepatit C nə qədər davam edir?
Hepatit C xəstəliyi 1 neçə ay davam edən yüngül xəstəlik kimi də, həyat boyu davam edən və ciddi fəsadları olan xəstəlik kimi də təzahür edə bilər. Hepatit C adətən kəskin ( təzə başlamış xəstəlik) və xroniki (həyat boyu davam edən) ola bilrir.
Kəskin hepatit C virusla kontaktda olduqdan sonra 6 ay müddətində əmələ gəlir. Kəskin hepatit C qısa müddətli xəstəlik də ola bilər, lakin əksər insanlar üçün bu xroniki xəstəliyə keçir.
Xroniki hepatit C xəstəliyi həyat boyu davam edir. Müalicə edilmədikdə qaraciyər sirrozu, qaraciyər xərcəngi yarada bilər.
Kəskin hepatit C nin xroniki hepatit C yə keçmək şansı nə qədərdir?
Hepatit C yə yoluxmuş insanların 75-85 % də xroniki hepatit C xəstəliyi yaranacaqdır.
Orqanizmin hepatit C virusunu özündən təmizləmək şansı varmı?
Bəli. 15-25% xəstələr heç bir müalicə olmadan hepatit C virusundan azad ola bilirlər.
Azərbaycanda hepatit C nə qədər çox yayılıb?
Dəqiq informasiya yoxdur. Hesab edilir ki, bu rəqəm əhalinin 2-7 %-i arasındadır.
Hepatit C necə yayılır?
Hepatit C ilə yoluxmuş xəstənin qanı hələ infeksiyalaşmamış adamın bədəninə daxil olduqda yoluxma baş verir. Hal hazırda ən çox yoluxma dərman yeridilən zaman eyni iynənin və avadanlığın ürtaq istifadəsi səbəbindən baş verir. 1992-ci ildən əvvəl qanda hələ bu virus təyin edilə bilmədiyindən onun yoluxması qan köçürülməsi və orqan transplantasiyası zamanı da baş verirdi. Aşağıdakı hallarda yoluxma baş verə bilər:
• Eyni iynəni, şprisi bölüşən zaman
• Tibb işçilərinə infeksiyalı iynənin batması nəticəsində
• Hepatit C li xəstəliyi olan anadan doğulan zaman uşaq
• Diş şotkası və ülgüclərin ortaq istifadəsi zamanı
• Cinsi əlaqə zamanı
• Piersing qoyulan zamanı və ya tatoo doyülən zamanı
Göstərilən son 3 səbəb az ehtimallıdır. Hepatit C xəstəliyi yemək qablarının bölüşməsi ilə, süd əmizdirməklə, qucaqlaşmaqla, öpüşməklə, özkürəklə və asqırmaqla keçmir. Bu həm də qida və su ilə yayılmır.
Əgər bir kəs hepatit C xəstəliyi keçirib və sağalıbsa onun yenə də hepatit C xəstəliyinə yoluxmaq ehtimalı varmı?
Bəli. Hepatit B dən fərqli olaraq hepatit C dən xilas olmuş şəxs ikinci dəfə də bu virusa yoluxa bilər.
Hepatit C virusu cinsi əlaqə ilə yayıla bilirmi?
Bəli. Lakin onun cinsi əlaqə ilə yayılmaq riskinin çox aşağı olması müəyyən edilib.
Hepatit C xəstəliyinin məişətdə bir evdə yaşayan adamlar arasında yayılması mümkündürmü?
Bəli, amma bu çox da tez tez baş vermir. Adətən o zaman baş verir ki, kimsə xəstənin qanı ilə birbaşa təmasda olsun.
Hamilə qadının doğuş zamanı xəstəliyi uşağa keçirməsi riski nə qədərdir?
100 hepatit C xəstəsi olan hamilə qadından doğuş zamanı yalnız 6 uşaq hepatit C xəstəliyinə yoluxur.
Hepatit C xəstəliyi nə qədər ciddidir və fəsadların yaranması ehtimalı nə qədərdir?
Hepatit C xəstəliyinə yoluxanların 75-85 % də xroniki qaraciyər xəstəliyi əmələ gəlir.
Xroniki hepatit C xəstəliyi olanların 20 il ərzində təqribən 20% də sirroz inkişaf edə bilir.
Hepatit C yə bağlı Sirrozu olan 100 xəstənin hər il 3-6 nəfərində qaraciyər çatışmazlığı və 1-5 nəfərində ilə qaraciyər xərcəngi inkişaf edir.
Hepatit C ilə xəstə olan ana uşağa süd vermədən çəkinməlidirmi?
Hal hazırda hesab edilir ki, xeyr. Bu yalnız o halda edilir ki, döş giləsində açıq yara var və ya qanlı ifrazat var.
Hepatit C virusu ilə kontaktda olandan neçə müddət sonra yoluxma baş verdiyini bilmək olar?
Virusla yoluxduqdan təqribən 4-10 həftə sonra qanda anticisimlər əmələ gəlir. 95% adamda yoluxmadan yalnız 6 ay sonra bunu analizlərlə təyin etmək olur. PCR müayinəsi ilə yoluxmadan 2-3 həftə sonra bunu bilmək olar.
Xroniki hepatit C necə müalicə olunur?
Bütün hepatit Cxəstələrinin müalicəyə ehtiyacı yoxdur. Kimin müalicəyə ehtiyacı olmasını müalicə həkimi uyğun müayinələrdən sonra təyin edir. Hal hazırki müalicə adətən 3 ay müddətinə təyin edilir və 90% effektlidir.

Bunlar da maraqlı ola bilər

 

Hepatit B haqqında ən çox soruşulan suallar

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Op. Dr. Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Hepatit nədir?
Qaraciyərin iltihabına hepatit deyilir. Hər hansı səbəbdən qaraciyər iltihablaşanda onun funksiyaları pozulur. Qaraciyərin iltihabına səbəb ola bilən xəstəliklər alkoqolizm, zəhərlənmə, dərmanların əlavə təsiri və s. ola bilər. Ən çox yayılmış səbəb isə viruslardır. Ən çox yayılmış hepatit virusları hepatit A, B və C viruslarıdır.
Hepatit A, hepatit B və hepatit C xəstəlikləri arasında nə fərq var?
Bunların hər biri müxtəlif viruslar tərəfindən törədilən qaraciyərin iltihabi xəstəliyidir. Onlar eyni əlamətlərlə üzə çıxsa da müxtəlif yollarla yayılar və qaraciyəri müxtəlif cür zədələyir. Hepatit A qısa müddətli infeksiyadır və xəstələrdə uzun müddət qalmır. Hepatit B və C də qısa müddətli infeksiya kimi başlayır, amma əksər xəstələrdə xroniki vəziyyətə keçir. Hepatit A və hepatit B üçün vaksinlər mövcuddur. Lakin hepatit C nin qarşısını almaq üçün vaksin yoxdur.
Hepatit B nədir?
Hepatit B xəstəliyi hepatit B virusu tərəfindən törədilmiş qaraciyərin infeksion xəstəliyidir.
Kəskin hepatit B. Hepatit B virusu ilə qarşılaşmış orqanizmdə adətən 6 müddətində davam edən qısa müddətli xəstəlikdir. Xəstəlik yüngül formadan ağır formaya qədər müxtəlif kəskinliklə keçə bilər. Bəzi insanlar bu virusu müalicəsiz özündən kənarlaşdıra bilir. Virusu özündən kənarlaşdıra bilən adamlar bu xəstəliyə qarşı immunitet əldə edir və bir də bu virusa yoluxmur. Bəzi hallarda isə kəskin infeksiya xroniki infeksiyaya keçir.
Xroniki hepatit B xəstəliyi isə həyat boyu davam edən, zaman keçdikcə qaraciyər sirrozu, qaraciyər xərçəngi kimi ciddi sağlamlıq problemi yarada bilən xəstəlikdir.
Kəskin hepatitin xroniki hepatitə keçməsi ehtimalı nə qədərdir?
Bu rəqəm xəstənin yaşından asılıdır. 1 yaşına qədər yoluxan uşaqların 90% də xroniki infeksiya əmələ gələcəkdir. 1-5 yaş arasında yoluxanların 25-50% də xəstəliyin xronikiləşməsi ehtimal edilir. Yetkin insanlarda isə əksəriyyət, hətta bəzi məlumatlara görə 95% virusu orqanizmdən təmizləyə bilir.
Hepatit B xəstəliyi ilə yoluxanların sayı ildən ilə necə dəyişir?
Hepatit B vaksinlərinin proqramlı şəkildə vurulması ilə əlaqədar olaraq hepatit B xəstəliyi ildən ilə azalmaqdadır.
Azərbaycanda xroniki hepatit B xəstələrinin sayı nə qədərdir?
Konkret bir statistika yoxdur. Lakin xəstəliyin yayılmasına görə ölkələr əhalinin 2% in altında, 2-7%, və 7% -dən yuxarı olan ölkələrə bölünür. Azərbaycanda əhalinin 2-7%-nin bu xəstəliklə yoluxması hesab edilir.
Dünya üzrə bu rəqəm neçədir?
Hesab edilir ki, dünyada 260 milyon adam xronik hepatit B xəstəliyi ilə xəstədir.
Hepatit B necə yayılır?
Hepatit B virusu ilə infektə olan qan, sperma və digər mədən mayeləri əvvəllər bu infeksiyaya yoluxmamış insanın bədəninə daxil olduqda yoluxma baş verə bilər.
• Doğuş zamanı infeksiyalı anadan uşağa keçə bilər
• İnfeksiyalaşmış partnyorla cinsi əlaqə zamanı
• İynə, şpris və digər alətlərin ortaq istifadəsi zamanı
• Diş şotkası, ülgüc və tibbi avadanlığın ortaq istifadəsi zamanı
• İnfeksiyalı xəstənin qanı ilə və ya açıq yarası ilə birbaşa kontakt zamanı
• Tibb işçiləri infeksiyalı xəstənin qanına bulaşmış iynə ilə və ya digər iti alətlərlə zədə aldıqda
Hepatit B yeməklə, su ilə, süd vermə ilə, qucaqlaşmaqla, öpüşməklə, əl sıxmaqla, asqırmaq və öskürməklə keçmir. Hepatit B ilə xəstə olan xeyli insan xəstəliklərindən xəbərdar deyil və xəstəlik yaya bilirlər.
Hepatit B virusu cinsi əlaqə ilə yayıla bilərmi?
Bəli. Xəstə insanın bütün bədən mayeləri, o cümlədən sperma viruslu olur və yoluxmaya səbəb ola bilər.
Kimin daha çox hepatit B xəstəliyinə yoluxmaq ehtimalı var?
• İnfeksiyalı anadan doğuş zamanı uşaq
• Narkotik istifadəçiləri iynə və şprisləri bölüşən zaman
• Hepatit B li xəstənin seks partnyoru
• Hepatit B ilə bir evdə yaşayan insanlar
• Tibb işçiləri
• Hemodializ xəstələri
Əgər kimsə hepatit virusu ilə kontakta olubsa və hepatitə yoluxmaq ehtimalı olduğunu düşünürsə nə etməlidir?
Bu vəziyyət adətən xəstə qanına bulaşmış iynələrlə zədə alan tibb işçilərinin başına gəlir. Risk altında olan analiz verməlidir və hepatit B yə qarşı immun vəziyyəti qiymətləndirilməlidir. Əvvəllər hepatit B keçirmiş və ya vaksinasiya olunmuş insanlarda analizdən sonra heç nəyə ehtiyacı olmaya bilər. Amma qanda immuniteti olmayan risk altında olanlara hepatit B immunoqlobulin inyeksiyası olunmalıdır.
Hepatit B virusu orqanizmdən kənarda nə qədər müddətə yaşayır?
Orqanizmdən kənarda virus 7 gün yaşaya bilər. Bu müddətdə hələ onun infeksiyalaşdırmaq imkanı var.
Əgər mən əvvəllər hepatit B ilə xəstələnmişəmsə mənim yenə də bu xəstəliyə yoluxmaq şansım varmı?
Əgər siz əvvəllər yoluxmusunuzsa və orqanizminiz bu virusu bədəndən təmizləyibsə sizin yenidən yoluxmaq şansınız yoxdur.
Hepatit B xəstəliyi olan qan və ya orqan donoru ola bilərmi?
Xeyr
Hepatit B-nin qarşısı alına bilərmi?
Bəli. Peyvənd olunmaqla hepatit B-nin qarşısını almaq olar. Peyvənd təhlükəsizdir, effektlidir.
Hepatit B vaksini necə təsir göstərir?
Hepatit B vaksini orqanizmin immun sistemini stimulyasiya edir, orqanizmdə virusa qarşı anticisimlər əmələ gəlir və hepatit B virusları ilə kontaktda olduqda bu anticisimlər virusu zərərsizləşdirir.
Kimlərə vaksin olunur?
• Bütün uşaqlar
• 19 yaşına çatmamış və əvvəllər vaksinasiya olunmamış hər kəs
• Seks partnyoru hepatit B xəstəsi olanlar
• Infeksiyalı qanla təmasda olan insanlar
• Hepatit C virusu olan və digər qaraciyər xəstəliyi olanlar
• HİV virusu daşıyıcıları
• Hepatit B xəstəliyindən qorunmaq istəyən hər bir kəs
Hepatit B vaksini təhlükəsizdirmi?
Bəli. Hepatit B vaksinindən sonra ciddi problem yaranması üçün çox az risk var.
Hepatit B immunoqlobulini nədir?
Hepatit B immunoqlobulini hepatit B virusuna qarşı hazır anticisimlərdir. Onlar qısa zaman ərzində xəstədə immunitet yaratmaq üçündür. Adətən müəyyən dövr üçün və tez immunitet yaratmaq üçün vurulur. Hepatit B xəstəsi olan anadan doğuş zamanı uşağa, hepatit B li seks partnyoru olanlara, hepatit B xəstəsinin qanı ilə kontaktda olmuş tibb işçiləri və s.
Hepatit B xəstəliyinin əlamətləri hansılardır?
Yoluxanların yalnız 30-50% də əlamətlər olur. Kiçik uşaqların əksəriyyətində əlamətlər olmur. Hepatit B xəstəliyinin kəskin dövründə əlamətlər qrip virusuna yoluxan zaman olan ümumi əlamətlərdir. Bunlardan başqa qaraciyərin zədələnməsini göstərən sarılıq, sidiyin tündləşməsi kimi digər əlamətlər də yarana bilər. Əlamətlər virus ilə kontaktda olandan 3 ay sonra yaranır və bəzən 6 aya qədər davam edə bilər. Xronik hepatit B xəstəliyinin çox vaxt heç bir əlaməti olmur. Xroniki xəstəlik arada kəskinləşdikdə kəskin infeksion xəstəlik əlamətləri ilə, uzun xəstəlikdən sonra isə qaraciyərin irəliləmiş xəstəliyi əlamətləri ilə təzahür edə bilir. Xəstəlik 10 illərlə əlamətsiz qala bilər.
Hepatit B virusu həyati təhlükə yaradırmı?
Bəli. Düzgün müalicə etmədikdə, xəstəliyi kontrol etmədikdə kəskin qaraciyər çatışmazlığına, qaraciyər xərcənginə və qaraciyər sirrozuna gətirib çıxara bilər. Lakin bu vəziyyətə 18 yaşdan sonra yoluxanların yalnız 15 %-i, 18 yaşdan əvvəl yoluxanların isə 25 % i gəlib çıxır.
Hepatit B xəstəliyi müalicə olunurmu?
Kəskin dövrdə hepatit B xəstəliyin müalicəsi sadəcə dəstəkverici tədbirlərdən ibarətdir.
Xroniki hepatit B xəstəliyi zamanı isə virusa qarşı müxtəlif dərmanlardan istifadə edilir. Bilmək lazımdır ki, bütün Hepatit B xəstələrinin müalicəyə ehtiyacı yoxdur. Kimin müalicəyə və hansı müalicəyə ehtiyac olmasını həkim təyin edir. Müalicə başlanılan xəstə adətən ömrü boyu bu dərmanı qəbul edir.
Xəstələr özləri qaraciyərlərini necə qorumalıdırlar?
Alkoqoldan uzaq durmaları lazımdır. Müxtəlif dərman maddələri, qida əlavələri və s. qəbulu zamanı müalicə həkiminizlə məsləhətləşməlisiniz. Mütəmadi müayinələr olunmalısınız.

Bunlar da maraqlı ola bilər.

 

 

Babasil əməliyyatının qiyməti və müalicə üsulları

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Op. Dr. Kamran Beydullayev
Kamran Beydullayev

Babasil xəstəliyinin müalicə üsulları
Babasil xəstəliyini konservativ (əməliyyatsız) və ya əməliyyatla müalicə etmək olar.
Hemorroidlərin əməliyyatsız müalicəsi üçün aşağıdakılar edilir:
1. Qəbizlik verməyən qidaların qəbulu
2. İlıq vannalar. Xəstə gündə 2-3 dəfə 10-15 dəqiqə olmaqla ilıq su vannasına oturur. Böyük bayıra çıxmamışdan əvvə ve sonra da bunu etmək məsləhətdir.
3. Anal nahiyəni təmiz saxlamaq lazımdır
4. Quru tualet kağızlarından istifadə etmək olmaz
5. Bəzən anal nahiyədəki şişkinliyi azaltmaq üçün soyuq kompreslərdən istifadə etmək lazım gəlir.
6. Ağrıkəsici tabletkalar qəbul edilə bilər. Bu məqsədlə iburofen, paracetamol istifadə edilir.
7. Yerli kremlərdən və şamlardan istifadə edilir. Bu krem və şamların tərkibində adətən hidrokortizon və lidokain olur.

Babasil əməliyyatı
Hemorroidektomiya əməliyyatının qiyməti

Əməliyyatla müalicə üsulları aşağıdakılardır
1. Xarici hemorroid düyününün trombektomiyası. Bəzən xarici babasil düyününün içində qan laxtalanaraq tromb əmələ gətirir. Bu çox ağrılı olur. Bu tromb sadə bir kəsiklə çıxarılaraq xəstənin ağrıları azaldıla bilər.
2. Rezin band liqasiyası. Qanayan və ya ağrılı olan babasil düyününün damaqr ayaqcığına iki ədəd kiçik rezin band atılır və düyünün qan təhcizatı bağlanır. Bir çox xəstələrdə bu yetərli olur.
3. Skleroterapiya. Babasil düyününün əsasına sklerozlaşdıran kimyəvi maddə yeridilməklə edilir.
4. Fotokoaqulyasiya. Düyünlərin əsası infraqırmızı şüalarla, isti ilə və lazerlə koaqulyasiya edilir. Bu üsuldan sonra babasilin daha çox təkrar olmaq riski var.
5. Hemorroid düyünlərinin çıxarılması. Konservativ və digər müalicə üsulları effekt vermədikdə cərrahi əməliyyat təklif edilir. Cərrahi əməliyyat yerli, spinal və ya ümumi anesteziya altında icra edilə bilər. Babasil düyünlərnin çıxarılması əməliyyatı hemorroidektomiya əməliyyatı adlanır. Müxtəlif əməliyyat üsulları mövcuddur. Bunlardan Milliqan Morqan və Ferquson üsulları daha geniş yayılıb. Hal hazırda liqaşurla hemorroidektomiya əməliyyatı daha tez tez icra edilir.
6. Stapler hemorroidopeksiya. Nisbətən yeni üsuldur. Xəstələr tərəfindən daha rahat qəbul edilsə də babasilin təkrar olma ehtimalı hemorroidektomiya əməliyyatından daha çoxdur.

Bunlar da maraqlı ola bilər

  1. Yoğun bağırsaq şişlərinin əlamətləri
  2. Yoğun bağırsaq xərcənginin cərrahi müalicəsinin təməl prinsipləri
  3. Pilonidal sinus (yanlış adı dermoid sist)
  4. Düz bağırsaq xərcəngi. Mezorektal eksiziya niyə lazımdır?
  5. Babasil xəstəliyi haqqında
  6. Babasil əməliyyatının ağırlaşmaları

Babasil əməliyyatının ağırlaşmaları

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Op. Dr. Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Hemorroid əməliyyatından sonra xəstənin bərpa olunma dövrü 1-3 həftə çəkə bilər. Bu müddətin uzunluğu müalicənin tipindən, xəstəliyin ağırlıq dərəcəsindən, çıxardılmış babasil düyünlərinin sayından asılı ola bilər.

Hemmorroid
Boğulmuş, tromblaşmış və iltihablaşmış babasil düyünləri

Adətən əməliyyatdan sonra xəstələr ağrılardan şikayətlənirlər. Xəstələrdə qəbizlik müşahidə edildikdə bu ağrılar daha da qüvvətli ola bilər. Ona görə də müalicə müddətində qəbizliyin aradan qaldırılmasına çalışmaq lazımdır. Əməliyyat olunan xəstələrdə ağrılar skleroterapiya, fotokoaqulyasiya və liqatura üsulu ilə müalicə alan xəstələrdən daha çox olur. Müxtəlif ağrıkəsicilərin təyin olunması, dietin uyğunlaşdırılması, çoxlu maye qəbul edilməsi və nəcis yumşaldıcı dərmanların istifadə olunması ilə ağrı müəyyən qədər aradan qaldırıla bilər. İlıq vannalar da bu periodu ağrısız keçirməyə kömək edir.
Nəcis saxlaya bilməmək hemorroidektomiya əməliyyatından sonra rast gəlinə bilinən ağırlaşmalardandır. Bu adətən əməliyyatdan sonra qısa müddətdə rast gəlinin və 1 həftədən sonra keçir. Əgər bu əlamətlər daha uzun müddət müşahidə olunursa bu zaman anusun sfinkterinin zədələnməsi səbəbindən ola bilər.
Qaşınma əməliyyatdan sonra ilıq vannalarla və müxtəlif kremlərlə aradan qaldırıla bilər.
Qanaxma babasil əməliyyatlarından sonra heç də az rast gəlinmir. Az miqdarda qanın gəlməsi əməliyyatdan sonra rast gəlinə bilər. Lakin axan qanın miqdarı çox olduqda yenidən klinikaya müraciət etmək lazımdır. Qanaxma adətən 3 günə qədər baş verir. Bəzən təkrar müdaxiləyə ehtiyac olur.
Əməliyyat nahiyəsinin infeksiyalaşması nəcisin yaranı bulaşdırması nəticəsində olur. Hərarətin yüksəlməsi yaranın infeksiyalaşmasına işarə ola bilər.
Əməliyyatın uzun dönəm ağırlaşmaların isə təkrar babasil düyünlərinin əmələ gəlməsianus kanalının daralmasıdır. Əməliyyat üsulundan asılı olaraq hemorroid düyünləri müxtəliq tezlikdə yenidən əmələ gələ bilərlər. Buna xəstədə babasil yaranmasına səbəb olan şərtlərin hələ də qalması səbəb olur.
Anu kanalının stenozu adətən çoxlu sayda xarici babasilin kəsilib çıxarılmasından sonra yaranan çapıq nəticəsində olur. Keçiriciliyi bərpa etmək üçün təkrar rekonstruktiv əməliyyat etmək lazım gəlir.

Bunlar da maraqlı ola bilər.

  1. Yoğun bağırsaq şişlərinin əlamətləri
  2. Yoğun bağırsaq xərcənginin cərrahi müalicəsinin təməl prinsipləri
  3. Pilonidal sinus (yanlış adı dermoid sist)
  4. Düz bağırsaq xərcəngi. Mezorektal eksiziya niyə lazımdır?
  5. Babasil xəstəliyi haqqında