Böyrək Transplantasiyası. 1-ci sutka. Tibb bacısı üçün protokol

Spread the love

Böyrək transplantasiyası olunmuş xəstələrə qulluq zamanı tibb bacısının birinci sutka ərzində əməl etməli olduğu qaydalar.

  • Xəstələr monitora qoşulur və vital əlamətləri davamlı nəzarətdə olur.
  • Birinci sutka ərzində resipientin qəbul etdiyi maye və çlxan maye hər saat hesablanır.
  • Xəstələrin çəkisi hər gün ölçülür.
  • Hər saat sonunda xəstənin veziyyətinin deyişilməsi, öskürdülməsi və dərindən nəfəs alındırılması vacibdir. Xəstə oyaq olduqca spirometriya edilməlidir.
  • Birinci günün sonunda xəstə yataqdan qaldırılır və ondan sonrakı hər gün aktivliyi daha da artırılır.
  • Birinci sutka ərzində 2 dəfə sarğı dəyişilir.
  • Xəstənin fistula olan qolunda heç bir təzyiq ölçülməsi və kanyula qoyulması ola bilməz.
  • Sidik ifrazı saata 50ml dən az və ya 200ml dən çox olduqda transplant nefroloq məlumatlandırılmalıdır.
  • Təzyiq 180mm.c. s. dan çox və ya 110 mm. C.s. dan az olduqda nefroloqa məlumat verilməlidir.
  • Birinci sutka ərzində adətən qida qəbulu olmur.
  • Hər 6 saatdan bir Qanın ümumi analizi, elektrolitlər, kreatinin, şəkər ölçülür.
  • Calsineurininhibitorlarının səviyyəsi birinci sutkanın sonunda ölçülür.