Müayinələrdən öncə donor bunları bilməlidir

Spread the love
  1. Müayinələrin olunması mütləq donor olmaq anlamına gəlmir.                 
  2. Müayinələri hər zaman dayandırmaq hüququnuz vardır.
  3. Həkim hər an səbəbini sizə izah etməklə sizi donorluqdan kənarlaşdıra bilər.
  4. Sizi müstəqil olan donor komandası müayinə edir, onun resipient əməliyyatına aidiyyatı yoxdur və sizin maraqlarınızı qoruyur.
  5. Donor müayinəsi zamanı əldə edilən məlumatlar konfidensial saxlanılır.
  6. Siz hepatitlərə, HİV –yə və digər infeksiyalara görə yoxlanacaqsınız.
  7. Müayinələr zamanı sizin gələcək həyatınıza təsir edə biləcək gözlənilməz xəstəliklər aşkar edilə bilər.
  8. Bəzi müayinələr zamanı müəyyən narahatçılıqlar və risklər ola bilər. Məsələn qan alınan zaman, venadaxili kontrast maddə vurulan zaman.
  9. Müayinələr müəyyən mailiyyə sərfinə səbəb olacaqdır.
  10. Əməliyyatdan sonra uzun müddət tibbi müşahidədə olmanız məsləhət görülə bilər.
  11. Resipient üçün sizin böyrək donorluğununzdan başqa alternativ müalicə üsulu da mövcuddur.

Tarix:                              İmza: