Hepatit C haqqında sual cavab

Spread the love

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Hepatit C xəstəliyi nədir?
Hepatit C xəstəliyi hepatotrop virus olan hepatit C virusu tərəfindən törədilən qaraciyərin iltihabi xəstəliyidir.
Hepatit A, hepatit B və hepatit C arasında fərq nədir?
Bunların hər bir qaraciyərdə infeksion xəstəlik yarada bilən müxtəlif viruslardır. Onların eyni əlamətlər yarada bilsə də onların yoluxma yolları və qaraciyərə təsiri müxtəlifdir.
Hepatit C nə qədər davam edir?
Hepatit C xəstəliyi 1 neçə ay davam edən yüngül xəstəlik kimi də, həyat boyu davam edən və ciddi fəsadları olan xəstəlik kimi də təzahür edə bilər. Hepatit C adətən kəskin ( təzə başlamış xəstəlik) və xroniki (həyat boyu davam edən) ola bilrir.
Kəskin hepatit C virusla kontaktda olduqdan sonra 6 ay müddətində əmələ gəlir. Kəskin hepatit C qısa müddətli xəstəlik də ola bilər, lakin əksər insanlar üçün bu xroniki xəstəliyə keçir.
Xroniki hepatit C xəstəliyi həyat boyu davam edir. Müalicə edilmədikdə qaraciyər sirrozu, qaraciyər xərcəngi yarada bilər.
Kəskin hepatit C nin xroniki hepatit C yə keçmək şansı nə qədərdir?
Hepatit C yə yoluxmuş insanların 75-85 % də xroniki hepatit C xəstəliyi yaranacaqdır.
Orqanizmin hepatit C virusunu özündən təmizləmək şansı varmı?
Bəli. 15-25% xəstələr heç bir müalicə olmadan hepatit C virusundan azad ola bilirlər.
Azərbaycanda hepatit C nə qədər çox yayılıb?
Dəqiq informasiya yoxdur. Hesab edilir ki, bu rəqəm əhalinin 2-7 %-i arasındadır.
Hepatit C necə yayılır?
Hepatit C ilə yoluxmuş xəstənin qanı hələ infeksiyalaşmamış adamın bədəninə daxil olduqda yoluxma baş verir. Hal hazırda ən çox yoluxma dərman yeridilən zaman eyni iynənin və avadanlığın ürtaq istifadəsi səbəbindən baş verir. 1992-ci ildən əvvəl qanda hələ bu virus təyin edilə bilmədiyindən onun yoluxması qan köçürülməsi və orqan transplantasiyası zamanı da baş verirdi. Aşağıdakı hallarda yoluxma baş verə bilər:
• Eyni iynəni, şprisi bölüşən zaman
• Tibb işçilərinə infeksiyalı iynənin batması nəticəsində
• Hepatit C li xəstəliyi olan anadan doğulan zaman uşaq
• Diş şotkası və ülgüclərin ortaq istifadəsi zamanı
• Cinsi əlaqə zamanı
• Piersing qoyulan zamanı və ya tatoo doyülən zamanı
Göstərilən son 3 səbəb az ehtimallıdır. Hepatit C xəstəliyi yemək qablarının bölüşməsi ilə, süd əmizdirməklə, qucaqlaşmaqla, öpüşməklə, özkürəklə və asqırmaqla keçmir. Bu həm də qida və su ilə yayılmır.
Əgər bir kəs hepatit C xəstəliyi keçirib və sağalıbsa onun yenə də hepatit C xəstəliyinə yoluxmaq ehtimalı varmı?
Bəli. Hepatit B dən fərqli olaraq hepatit C dən xilas olmuş şəxs ikinci dəfə də bu virusa yoluxa bilər.
Hepatit C virusu cinsi əlaqə ilə yayıla bilirmi?
Bəli. Lakin onun cinsi əlaqə ilə yayılmaq riskinin çox aşağı olması müəyyən edilib.
Hepatit C xəstəliyinin məişətdə bir evdə yaşayan adamlar arasında yayılması mümkündürmü?
Bəli, amma bu çox da tez tez baş vermir. Adətən o zaman baş verir ki, kimsə xəstənin qanı ilə birbaşa təmasda olsun.
Hamilə qadının doğuş zamanı xəstəliyi uşağa keçirməsi riski nə qədərdir?
100 hepatit C xəstəsi olan hamilə qadından doğuş zamanı yalnız 6 uşaq hepatit C xəstəliyinə yoluxur.
Hepatit C xəstəliyi nə qədər ciddidir və fəsadların yaranması ehtimalı nə qədərdir?
Hepatit C xəstəliyinə yoluxanların 75-85 % də xroniki qaraciyər xəstəliyi əmələ gəlir.
Xroniki hepatit C xəstəliyi olanların 20 il ərzində təqribən 20% də sirroz inkişaf edə bilir.
Hepatit C yə bağlı Sirrozu olan 100 xəstənin hər il 3-6 nəfərində qaraciyər çatışmazlığı və 1-5 nəfərində ilə qaraciyər xərcəngi inkişaf edir.
Hepatit C ilə xəstə olan ana uşağa süd vermədən çəkinməlidirmi?
Hal hazırda hesab edilir ki, xeyr. Bu yalnız o halda edilir ki, döş giləsində açıq yara var və ya qanlı ifrazat var.
Hepatit C virusu ilə kontaktda olandan neçə müddət sonra yoluxma baş verdiyini bilmək olar?
Virusla yoluxduqdan təqribən 4-10 həftə sonra qanda anticisimlər əmələ gəlir. 95% adamda yoluxmadan yalnız 6 ay sonra bunu analizlərlə təyin etmək olur. PCR müayinəsi ilə yoluxmadan 2-3 həftə sonra bunu bilmək olar.
Xroniki hepatit C necə müalicə olunur?
Bütün hepatit Cxəstələrinin müalicəyə ehtiyacı yoxdur. Kimin müalicəyə ehtiyacı olmasını müalicə həkimi uyğun müayinələrdən sonra təyin edir. Hal hazırki müalicə adətən 3 ay müddətinə təyin edilir və 90% effektlidir.

Bunlar da maraqlı ola bilər