Öd yollarının zədələnmələri, öd qaçaqları zamanı müalicə taktikası

Spread the love

Op. Dr. Kamran Beydullayev.  MRCS İngiltərə. 0504063853

Öd yollarının yatrogen olmayan zədələnmə səbəblərindən ən birincisi travmadır. Qarın boşluğunun dəlib keçən yaralanmaları ( güllə yarası, bıçaq yarası) və qarının küt travmaları (yol qəza hadisələri) öd qaçağına səbəb ola bilər. Hepatobiliar zədələnmələrdə öd qaçağı 20% ə qədər hallarda rast gəlinə bilər. Dəlib keçən və küt travmalar, xüsusi ilə də 3 cü dərəcədən (http://virtualklinika365.com/?p=227 )yuxarı qaraciyər cırılmaları öd yollarına əhəmiyyətli dərəcədə zədə verə bilir ki, bu da özünü qaraciyər daxili bilioma, ödün diffuz şəkildə qarın boşluğuna yayılması, hemobilia və bilhemia ilə  və qarın daxili abseslərlə göstərir. Travmatik öd qaçaqları zamanı müalicə taktikası üçün ümumi razılaşma yoxdur, və adətən zədələnmənin mexanizminə və genişliyinə görə müəyyən edilir.

Etiologiyasından asılı olmayaraq öd qaçağı məruz qalmış xəstələrdə morbidliyi əhəmiyyətli şəkildə artıran səbəbdir. Qarın boşluğunun dəlib keçən yaraları olan xəstələr, hemodinamik stabil olmayan xəstələrə açıq cərrahi əməliyyata ehtiyac olur və bu invaziv olmayan müalicə üsulları ilə kombinə edilə bilər. Küt travmalarda hemodinamik stabil xəstələrdəseçim  müalicə üsulu konservativdir. Son 20 ilə qədər bu adətən cərrahi yolla müalicə edilirdi. Amma son dövrlərdə müalicə proseduralarının inkişafı, texnologiyaların irəliləməsi öd qaçaqlarında müalicə taktikasına baxışları dəyişdi.

Öd qaçaqlarının müalicəsində ERXP (endoskopik retroqrad xolangiopankreatoqrafiyanın) əhəmiyyəti artıq təsdiqlənmişdir. Artıq təklif olunur ki, öd qaçaqlarında daha çox terapevtik müalicə üsullarının yeri var. Öd qaçaqlarının diaqnozu da bəzən çox gecikir. ERXP bu mövzuda da çox faydalı ola bilir. Müxtəlif mənfələrdən alınan məlumatlar göstərir ki, ERXP ilə travmatik öd qaçaqlarını müalicə etmək olar. Müxtəlif endoskopik üsullar istifadə edilmişdir. Bunlara təkcə biliar sfinkterotomiya, biliar stent qoyulması ( sfinkterotomiya ilə birlikdə və sfinkterotomiyasız), nazobiliar drenləşdirmə. Bu metodların hamısının ümumi bir xüsusiyyəti var ki, bu da onların öd yolları ilə 12 barmaq bağırsaq arasında maneəni götürüb, öd yollarında təzyiqi azaltmaqdır. Öd 12 barmaq bağırsağa rahatlıqla axa bildiyindən onun öd yollarının zədələnmiş nahiyəsindən sızması azalır. Öd yolundan da axının azalması və ya tamamilə kəsilməsi öd yolundakı defektin sağalmasına səbəb olur.

Nəticə: Hepatobiliar zədələnmələrdə öd qaçaqlarının cərrahi müalicəsi üzun müddət əsas müalicə üsulu olub. Lakin müxtəlif səbəblərdən cərrahi əməliyyat texniki çətin və riskli ola bilər. Qarın boşluğunda olan bitişmələr, iltihab, qaraciyərin cırılması və xəstənin çox yüksək cərrahi ri və anestezioloji riskləri cərrahi əməliyyatdan daha az riskli və olduqca effektli olan terapevtik üsulların əhəmiyyətini artırır. ERXP terapevtik proseduraları 90-95% hallarda effektli olur.