İmmunosupressor dərmanların tarixçəsi

Spread the love

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, Əlaqə nömrəsi 0504063853

Dr. Kamran Beydullayev

İmmunosupressiv dərmanların əhəmiyyətini başa düşmək üçün onların inkişaf tarixçəsinə nəzər salmaq lazımdır. İmmunosupressiya olmadan transplantasiya mümkün olmamışdır. 1950 ci ilə qədər  sadəcə transplantasiya edilməyə cəhdlər edilmişdir. Bunlarda da yalnız müvəffəqiyyətli nəticə əkiz qardaşlar arasında olan böyrək transplantasiyası olmuşdur. Genetik eynilik bu cütlükdə immunosupressiyaya ehtiyac olmadan transplantasiya etməyə imkan vermişdir. İmmunosupressiya anlayışı ( Orqanizmin immun sistemini dərmanların və digər vasitələrin köməyi ilə zəiflətmək) 1950 illərdən sonra əmələ gəlmişdir.  Buna qədər immunosupressiya kimi bədənin başdan ayağa şüalanmasından istifadə edilirdi. İlk olaraq böyrək transplantasiya əməliyyatında Azotiopirine istifadə edilmişdir. Bu 1960-cı illərə təsadüf edir. Çox tezliklə azotioprinə prednizolon da qoşuldu. 1970 ci ildə isə poliklonal anticisim adlanan dərmanlar icad edildilər. Bunlara Antitimosit qlobulin (ATQ) və antilimfosit qlobulin (ALQ) dərmanları aiddirlər. Azotioprin və prednizolon dərmanları əsas immunusupressiv agentlər kimi, ATQ və ALQ isə giriş immunosupressoru və ya steroidə davamlı recekt ( dəf olma) prosesində istifadə edilirdi. Göstərilən bu regimlə böyrək transplantasiyası zamanı  qreftin ( köçürülən böyrək) 1 illik sağ qalma göstəricisi 50% in üstünə çıxmışdır. Bu müddətdə xəstənin ölmə göstəricisi isə 10-20% olmuşdur.

Böyrək köçürülməsi

1980 ci illərdə isə siklosporin (cyclosporine) dərmanı icad edildi. Bu kəşf transplantasiya sahəsində güclü bir təkanla irəliləyişə səbəb oldu. Siklosporin (Cyclosporine) qəbulu başlanandan sonra transplant xəstələrin nəticələrində dramatik dəyişikliklər əmələ gəldi. Cyclosporine ilə birlikdə xəstəyə azotioprin və prednizolon da verilirdi. Bu üçlü terapiya adlanırdı. 1985 ci ildə monoklonal anticisimlər də sintez edilməyə başladı. OKT 3 ilklərdən idi. Bu dərman da steroidə davamlı dəf olma ( rejection)zamanı istifadə edilirdi. Bəzi mərkəzlər isə giriş immunosupressiya kimi istifadə etməyə başladı. Müəyyən tibbi biliklərin artması və cərrahi texnikanın da köməyi ilə bu rejim böyrək transplantasiyası zamanı qreftin sağqalma göstəricisini 90%-in üstünə çıxardı.

Siklosporinin böyrəyə toksiki təsiri aşkar edildi. Dərmanların sayı az olduğundan müxtəlif vəziyyətlərdə manevr etmək imkanları da az idi. Bütün mərkəzlərin protokolları demək olar ki, eyni idi. Bundan sonra daha iki kəşf hadisələrə təsir edə bildi.  Siklosporinin alternativ olaraq takrolimus dərmanı icad edildi. Daha sonra Mycophenolate Mofetil  ( MMF) dərmanı sintez edildi. Bunun azothioprindən daha effektli və az toksik olduğu müəyyənləşdi. Bunun tətbiqindən sonra kəskin rədd etmə halları daha az rast gəlindi. Azotioprin əvəzinə MMF sonralar siklosporinlə, daha sonra isə takrolimusla effektli şəkildə istifadə edilməyə başladı.

Monoklonal antitellər istiqamətində də inkişaf oldu. Basiliximab və Daclizumab adlı iki monoklonal anticisimlər sintez edildi. Bunlardan başqa Sirolimus adlı daha fərqli bir immunosupressor təsdiqləndi ki, hal hazırda bu kliniki eksperiment keçmək üzrədir.

Müxtəlif immunosupressor dərmanların istifadə üçün təsdiqlənməsi immunosupressor rejimlərin daha optimal olmasına gətirib çıxardı və onların yan təsirlərini azaltdı.

Bunlar da maraqlı ola bilər