Dr. Kamran Beydullayev, ümumi və transplant cərrah,

Orqan transplantasiyası müasir təbabətin çox böyük bir nəaliyyətidir. Təəsüf ki, orqan donorlarına ehtiyac icra edilən əməliyyatlardan çoxdur. ABŞ da 120 min adam 2019 cı ilin statistikasına görə orqan gözləyir.
Hansı orqanlar və toxumalar transplantasiya oluna bilər?
Qaraciyər
Böyrək
Pankreas
Ürək
Ağciyər
Bağırsaq
Kornea
Orta qulaq
Dəri
Sümük
Sümük iliyi
Ürək qapaqları
Birləşdirici toxuma
Donorluq haqqında cəmiyyətdə bəzi miflər də dolaşır. İnsanlarda yanlış fikirlər də dolaşır. Bunlara aşağıdakılar aid ola bilər.
1. Əgər donor olsam reanimasiya şöbəsində tibb işçiləri mənə yetərincə uyğun yardım göstərməyəcəklər. Siz xəstə olan zaman tibb işçiləri sizin sağlamlığınız üzərində fokuslanır və başqa neç nə haqqında düşünülmür. Həm də sizin müalicənizlə məşğul olan adamların orqan transplantasiyası ilə heç bir əlaqəsi yoxdur.
2. Mən ölüm sertifikatı verərkən mən həqiqətən də ölmüş olmaram. Yəni həkimlər beyin ölümü diaqnozunu səhv qoya bilərlər. Bu diaqnozu qoymaq üçün bir neçə ekspertdən ibarət komanda bir neçə ayrı epizodda birgə işləyir. Orqan donorluğu kartı olan adamlarda bu daha diqqətlə edilir. Bu ekspertlərin də transplantasiya komandasının üzvləri olması yasaqdır.
3. Orqan donorluğu mənim dinimlə uyğun gəlməyir. Əslində donorluq bütün böyük dinlərin ideologiyasına zidd deyil və çox təriqətlər bu işə öz xeyir duasını verib.
4. 18 yaşından aşağı insanlar donorluğa qərar verə bilməzlər. Əslində çox ölkələrdə uşaqların da bu cür qərarlar vermilməsində iştirak etməsi təmin edilir. Burda söhbət kadavra donorluğundan gedir. Uşaqlar da ölərkən orqanlarından istifadə edilir. Həm də bəzən uşaqlara böyük adamların orqanları yaramır.
5. Orqan donorluğu zamanı donorun bədəni eybəcər hala salınır. Orqanların çıxarılması bir cərrahi əməliyyatdır və orqanlar çıxarılan zaman yaralar əməliyyatda olduğu kimi səliqə ilə tikilir.
5. Donor olmaq üçün çox qocayam. Donorun yaşı deyil, orqanın sağlamlığı daha önəmlidir. Əməliyyatdan öncə donor lazım olan bütün müayinələrdən keçir və orqanın yararlığı yoxlanılır.
6. Səhhətim donor olmaq üçün yararlı deyil. Orqanlar donorluqdan əvvəl yoxlanılır
7. Varlı və imkanlı adamlar gözləmə siyahısında önə keçəcəklər. Orqan transplantasiyası zamanı bu cür insanlara prioritet verilmir. Bu insanların əməliyyatları zamanı da çoxsaylı media yazıları bunu nəzarətdə saxlamağa imkan verir. Həm də gözləmə siyahısı komisiya tərəfindən nəzarətdə saxlanılır.
8. Mən donor olsam ailəm donor müayinələri və əməliyyatı üçün pul ödəyəcək. Donorluq zamanı bütün maliyyə məsələləri dövlət tərəfindən qarşılanır.
Dünya üzrə təqribən 145 000 000 adam orqan donorluğu üçün qeydiyyatdan keçmişdir. Amma 1000 nəfər qeydiyyatdan keçmiş adamdan yalnız 3 nəfəri orqan donorları ola bilirlər.
Bəzi orqanlar yalnız meyitdən götürülə bildiyi halda bir qism orqanlar canlı donorlardan da alına bilər.
Qeydiyyatdan keçmiş donorlarla orqan gözləyən xəstələr arasında böyük fərq var və bu fərq artmaqdadır.
Canlı donordan orqan transplantasiyası ilk dəfə 1954 Lee Herrik tərəfindən ekiz qardaşlar arasında böyrək transplantasiyası ilə baş tutmuşdur. Ən gənc donor anensefaliya ilə doğulmuş və cəmi saat yarım yaşamış uşaq olmuşdur. Ən yaşlı donor Sotlandiyada 107 yaşlı qadın öldükdən sonra korneaları istifadə edilmişdir. Ən yaşlı daxili orqan donoru isə 92 yaşlı Texas sakini olmuşdur. Ən yaşlı alturistik donor 85 yaşında Britaniyalı olur.
6.