Mədə xərcəngi müalicə olunurmu?

Spread the love

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi  0504063853

Xəstəliyin proqnozu dedikdə nə nəzərdə tutulut?

Xəstəliyin proqnozu dedikdə xərcəng xəstəliyinin və onun müalicəsinin ehtimal olunan nəticəsi nəzərdə tutulur. Bu xəstənin xəstəlikdən xilas olmaq şansını göstərir.

Xəstəliyin və ya müalicənin proqnozu haqqında xəstələr tez tez suallar verirlər. Bəzi xəstələr üçün proqnozlar anlamsız və qarmaqarışıq görsənsə də, bəziləri onun detallarına qədər bilmək istəyir.

Xəstəliyin proqnozu haqqında danışanda həkim proqnoza təsir edə biləcək bir çox detalları nəzərə almalıdır. Proqnoz da mütləq deyil və müalicə müddətində dəyişə bilər. Ümumilikdə heç bir tibb xidməti təminatçısı proqnoz haqqında tam şəkildə təminat verə bilməz. Həkimin söylədikləri yalnız statistik hesablamaların nəticəsidir.

Mədə xərcənginin proqnozu aşağıdakı amillərdən asılıdır.

  • Xərcəngin tipindən və yerləşməsindən
  • Xərcəng xəstəliyinin hansı mərhələdə olmasından
  • Xəstənin ümumi vəziyyətindən
  • Xəstənin hansı müalicə üsulunu qəbul etməsindən
  • Xərcəng xəstəliyinin müalicəyə hansı şəkildə cavab verməsindən

Adətən proqnozlar sağ qalma göstəriciləri ilə ölçülür. Sağ qalma göstəricisi dedikdə xəstələrə diaqnoz qoyulduqdan sonra nə qədər insanın qeyd edilən müddətdən sonra sağ qalmasından söhbət gedir.

Mədə xərcəngi üçün sağ qalma göstəricisi kobud şəkildə hesablansa aşağıdakı kimidir.

  • Əgər mədə xərcəngi erkən mərhələdə aşkarlanıbsa, yəni xəstəlik yalnız mədəni əhatə edirsə xəstənin 5 illik sağ qalma göstəricisi 65% dir.
  • Əgər xəstəlik mədənin ətrafına və limfa düyünlərinə yayılıbsa 5 illik sağqalma göstəricisi 30% dir.
  • Əgər xəstəlik daha uzaqlara digər orqanlara yayılıbsa 5 illik sağqalma göstəricisi 5% dir.
  • Bütün xəstələr üçün təsnifatlaşdırmadan eyni göstərici 30% dir.
Kamran Beydullayev
Mədə xərcəngi

Mədə xərcənginin dərəcələnməsi

Mədə xərcənginin dərəcələnməsini aydınlaşdırdıqdan sonra sağ qalma göstəricisi daha aydın göstərilə bilər.

Birləşmiş Ştatların məlumat bazasının məlumatında mədə xərcəngi üçün 5 illik yaşam göstəricisi

Mərhələ                                                  5 illik sağ qalma göstəricisi

  1. 1A 94%
  2. 1B 88%
  3. 2A 82%
  4. 2B 68%
  5. 3A 54%
  6. 3B                                           36%
  7. 3C 18%

Proqnoz xərcəngin rast gəlinmə nahiyəsindən də asılıdır. Qida borusu və mədə nahiyələrində xərcəngin rast gəlinmə tezliyi aşağıdakı kimidir.

mədə şişi
Qida borusu-mədə xərcəngi

 

Bunlar da maraqlı ola bilər