Niyə görə dermoid sist yox, pilonidal sinus deyilməlidir?

Spread the love

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant cərrah, Telefon 0504063853

Dr. Kamran Beydullayev

Zaman zaman pilonidal sinusun anadangəlmə deyil qazanılma olduğunu

,,dermoid kista,,
Büzdümün pilonidal sinusu

düşünənlər və dəstəkləyənlər artmaqdadır. Əvvəllər buna səhv olaraq dermoid sist deyilirdi ki, bu da anadangəlmə bir patalogiya olduğunu bildirirdi. Hal hazırda isə çoxluq hesab edir ki, bunun dermoid sist adlandırılması düzgün deyil və bu pilonidal sinus adlandırılır. Çox nadir hallarda büzdüm nahiyəsində olan bu sinus anadangəlmə ola bilər. Bu zaman sinus postanal dermoid sistlə birləşmiş şəkildə olur. Postanal dermoid sist isə sadə teratomalardan hesab edilir. Pilonidal sinus isə tamamilə başqa patalogiyadır.

Pilonidal sinusun qazanılmış olmasını dəstəkləyən səbəblər aşağıdakılardır.

  • Dərzilərdə barmaqlararası pilonidal sinuslara rast gəlinməsi. Bu professional xəstəlik hesab edilir, klientlərin saç qırıqları dəlləyin barmağının arasında pilonidal sinus yaranmasına səbəb olur. Bəzi hallarda qoltuqda və göbək ətrafında da pilonidal sinuslara rast gəlinir.
  • 80% dən çox xəstədə pilonidal sinusun 20-30 yaş arasında əmələ gəlməsidir ki, bu da anadangəlmə xəstəliklər üçün xarakterik deyil.
  • Pilonidal sinusun divarında demək olar ki, heç vaxt saç köklərinə rast gəlmək olmur.
  • Sinuslarda olan saçlar ölmüş saçlar olur və onların iti tərəfləri həmişə sinusun kor tərəfinə istiqamətlənmiş olur.
  • Xəstəlik daha çox kişilərdə rast gəlinir. Daha çox da tüklü kişilər bu xəstəliyə məruz qalır.
  • Hətta adekvat şəkildə kəsilib çıxarıldıqdan sonra belə xəstəliyin təkrar olunması tez tez rast gəlinir.
,,dermoid sist,,
büzdümün pilonidal sinusu

Hal hazırda hesab edilir ki, pilonidal sinus aşağıdakı proses nəticəsində yaranır. Paltarların sürtünməsi nəticəsində boyundan, kürəkdən və yanlardan qırılmış tüklər postanal çökəklik adlanan yarığda toplanırlar. Çünkü bu nahiyə oturduqda və ayaq üstə olduqda ən aşağı nahiyyə sayılır. Bundan başqa toylet kağızından istifadə etdikdə tüklər nəcislə birlikdə yuxarı daşına bilər. Defekasiyadan sonra su ilə yuyunanlarda pilonidal sinusların az rast gəlinməsi də bunu təsdiqləməyə kömək edir. Sağrıların sürtünməsi nəticəsində tüklər dərini penertasiya edir (deşir) və ya vəzilərin açıq ağızlarından daxil olur. Bəziləri hesab edir ki, dərinin hansısa bir digər səbəbdən zədələnməsi tüklərin oradan dərialtına daxil olmasına səbəb ola bilər. Bu şəkildə sinusun formalaşması sonradan burada yaranan neqativ təzyiq nəticəsində digər tüklərin də ora çəkilməsinə səbəb ola bilər.

Bunlar da maraqlı ola bilər

  1. Pilonidal sinus (yanlış adı dermoid sist)
  2. Xroniki genişlənən hematoma
  3. Yırtıq mütləq əməliyyat olunmalıdırmı?
  4. Laparoskopik Xolesistektomiya nədir?
  5. Yoğun bağırsaq şişlərinin əlamətləri
  6. Yırtıq əməliyyatlarında hansı tordan istifadə edilməlidir?