Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, tel: 0504063853

Büzdüm nahiyəsinin Pilonidal sinusu
Pilonidal sinus sarğı nahiyəsində, büzdümdə orta xətdə kiçik dəlikləri olan tuneldir. Pilonidal sinuslar büzdümdən başqa çox az hallarda barmaqların arasında (dəlləklərdə) və göbək nahiyəsində də əmələ gələ bilər. Bu sinuslar kəskin iltihab törədərək abseslər yarada bilər.
Kəskinləşdikdə, yəni abses əmələ gətirdikdə pilonidal sinuslar qızartı, şişkinlik, ağrı, hərarətlə özünü göstərir. Xroniki vəziyyətində isə bu sinusların xaricə açılan dəliklərindən az az irinli və pis iyli ifrazatın gəlməzi müşahidə edilir.

Pilonidal sinus necə yaranır?
Büzdüm nahiyəsi bədənin ən aşağı hissəsidir. Həm də çökəklikdə olması bədəndə tökülən tüklərin bu nahiyəyə yığılmasına səbəb olur. Bu tüklər sürtünmədən nəhayətdə bu nahiyənin dərisini zədələyib iltihab törədir və pilonidal sinus yaranması prosesi başlayır. Uzun müddət oturaq vəziyyət, dar paltar, sürtünmə, şəxsi gigiyena, piylənmə, həddən çox tüklü olmaq, büzdüm nahiyəsinə zədələr pilonidal sinusun yaranmasını şərtləndirə bilər.

Necə diaqnoz qoyulur?
Pilonidal sinusa xəstənin şikayətləri və fiziki müayinələr əsasənda diaqnoz qoyulur.
Necə müalicə olunur?
Abses formalaşmamış iltiblaşmış pilonidal sinuslarda antibiotiklər təyin edilə bilər.
Abses formalaşdıqda və yaxud pilonidal sinusdan birdəfəlik qurtulmaq üçün cərrahi müalicə tətbiq olunmalıdır.
Absesin kəsilib boşaldılması kəskin iltihab zamanı istifadə edilən müalicə üsuludur. Amma bu adətən pilonidal sinusdan birdəfəlik qurtulmağa səbəb olmur. Sinus yenə də qalır gələcəkdə yenə də xəstəni narahat edir.
Sinusun kəsilib çıxarılması radikal müalicə üsuludur. Sinusdan birdəfəlik azad olmağı təmin edir. Bu zaman pilonidal sinus ətraf toxumalarla bir yerdə kəsilib çıxarılır. Kəsilib çıxarılma nəticəsində yaranan defekt ya öz özünə sağalması üçün açıq buraxıla bilər, ya da tikişlərlə bağlana bilər. Bu üsulların hər birinin üstün və çatışmayan cəhətləri var.

Bunlar da maraqlı ola bilər
- Yırtıq əməliyyatlarında hansı tordan istifadə edilməlidir?
- Yırtıq – növləri, səbəbləri və müalicəsi
- Qasıq yırtığı əməliyyatının tarixçəsi
- Yırtıq mütləq əməliyyat olunmalıdırmı?
- Laparoskopik Xolesistektomiya nədir?