Rezident Cərrah laparoskopik xolesistektomiya icra edərsə

Spread the love

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Kamran Beydullayev
Kamran Beydullayev

Artıq bir neçə ildir ki, Azərbaycan tibb təhsilində rezidentura sistemi tətbiq edilir. Qərbdə çoxdan tətbiq edilən bu sistemdə artıq ümumi həkim ixtisası almış professionalların seçdikləri ixtisas üzrə uzmanlaşması təmin edilir. Əvvəllər istifadə edilən kliniki ordinatura və internatura sistemindən fərqli olaraq rezidentura daha uzun müddətdə keçilir. Həkimlərin 5 il müddətində öz ixtisasları üzrə böyük mərkəzlərdə professional mütəxəssislərlə birgə çalışması cərrahiyə kimi xüsusi vərdişlərin mənimsənilməsi üçün yetərincə təcrübə tələb edilən sahələrdə keyfiyyətli uzmanların yetişməsi üçün çox vacibdir. Rezidentlərin əməliyyat texnikasının artırılması üçün onlar zaman zaman əməliyyatda iştiraklarının statusunu artırırlar. Açıq əməliyyatla bərabər laparoskopik əməliyyatlarda da texniki vərdişlər rezident həkimin rezidentura müddətinin qurtarmasına qədər mənimsənilməlidir. Bu səbəbdən mərkəzimizdə də mütəxəssis cərrahların birbaşa əməliyyatda iştirakı olmaq şərti ilə rezident cərrahlara laparoskopik əməliyyatlar edilməsi üçün şərait yaradılır. Ən çox olunan laparoskopik xolesistektomiya əməliyyatı rezidentlərin ən çox üzləşdiyi proseduradır. Bəs rezident cərrahların icra etdikləri laparoskopik xolesistektomiya əməliyyatı nə qədər təhlükəsizdir?

Yaponiyada Qırmızı Xaç İşionomaki Hospitalında kəskin xolesistitə görə aparılan laparoskopik xolesistektomiya əməliyyatlarının nəticələri müqayisə edilmişdir. 61 xəstədə retrospektiv olaraq kəskin xolesistitə görə əməliyyat olunmuş xəstələr araşdırılmışdır. Təcrübəli cərrahların nəzarəti altında bu əməliyyatlar rezidentlər tərəfindən icra edilmişdir. Əməliyyatətrafı ağırlaşmalar kontrol qrupla müqayisə edilmişdir. Rezident cərrahların icra etdikləri əməliyyatların müddəti digər qrupdan daha üzun olmuşdur. Xəstələrin qan itkisində, açıq əməliyyata keçmə göstəricisində, əməliyyatətrafı ağırlaşmaların olmasında və əməliyyatdan sonra xəstələrin xəstəxanada qalma müddətində əhəmiyyətli bir fərq olmamışdır. Yəni əməliyyat müddətini çıxmaq şərti ilə əməliyyatın təhlükəsizliyi və müalicə effektləri təcrübəli cərrahların icra etdikləri əməliyyatlardan heç nə ilə fərqlənməmişdir. Nəticədə onlar kəskin xolesistit zamanı təcrübəli cərrahın nəzarətində rezident cərrahların laparoskopik xolesistektomiya əməliyyatının icra edilməyin mümkün olması və onların laparoskopik cərrahi texnikasının artırılması üçün vacib olması qənaətinə gəlinmişdir.

Lakin insanların kliniki eksperimentlərin obyektinə çevrilməməsi üçün rezidentlər laparoskopik əməliyyatlarda lazım olan ilkin psixomotor bacarıqları xəstələr üzərində deyil, cərrahi simulyatorların üzərində əldə etməlidirlər.

laparoskopik simulyator
laparoskopik simulyator

Müşahidə göstərir ki, onlar konkret və standart texnikaları öz təcrübəli həmkarları qədər dəqiq yerinə yetirə bilir. Onların standart olmayan situasiyalarda qərar qəbul etməkdə çətinlik çəkirlər ki, təcrübəli cərrahların əməliyyatda yaxından iştirakı bu problemi aradan qaldırmağa kömək edir. Bütün cəhdlərə baxmayaraq rezidentlər təhsil müddətini qurtardıqdan sonra belə onların laparoskopik əməliyyatlar üçün tam sərbəst və hazırlıqlı olduqlarını söyləmək çətindir. Onlar uzman kimi fəaliyyətə başladıqdan sonra belə müəyyən müddət lazım olur ki, onlar sərbəst qərar qəbul etməyə qədər özlərini arxayın hiss etsinlər.

Bunlar da maraqlı ola bilər