Beyin ölümü donorlarının müayinəsi

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Həkim Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Tibbi koordinatorun əsas funksiyalarından biri donora lazım olan düzgün müayinələrin təyin edilməsidir. Burada əsas məqsəd donorun kliniki vəziyyətinin onun orqanlarının transplantasiya üçün yararsız hala gətirməməsindən əmin olmaq və donordan resipientə əlavə xəstəlik keçirməməsinə əmin olmaqdır.
Əvvəlcə orqan orqan deyil, ümumi müayinələr edilməlidir. Bundan ötrü
1. Ölümün səbəbi müəyyən edilməlidir. Ölümün səbəbi müəyyən edilən zaman aktiv və kontrol olunmayan infeksion və neoplanstik xəstəliklər inkar edilməlidir.
2. Xəstəliyin kliniki gedişi təkrar nəzərdən keçirilməlidir. Pasientin əvvəlki xəstəlikləri, pis vərdişləri, aldığı müalicələr gözdən keçirilir və orqanların funksiyasını poza bilən xəstəliklər aşkarlanır.
3. Pasientin perfuziya və oksigenasiya veziyyəti qiymətləndirilir. Xəstənin hemodinamik və tənəffüs statusuna baxılır və bu vəziyyətdən orqanın zədə almaması aydınlaşdırılır.
Mütləq əks göstərişlər
1. HİV pozitiv
2. Virus, bakteriya və ya göbələk mənşəli kontrol olunmayan sepsis
3. Aktiv bədxassəli şiş xəstəliyi. Bura yalnız mərkəzi sisir sisteminin şişləri, bazosellular karsinoma, və uşaqlığın ,,in situ,, karsinomaları aid edilmir. Bəzi ölkələr bəxsassəli şiş olan donorları kornea üçün əks göstəriş hesab etmir.
Nisbi əks göstərişlər
Bəzi pasientlər donorluq üçün ideal olurlar. Digər bir qismi isə bir az riskli donorlar olurlar. Buna aşağıdakılar səbəb ola bilər.
• Kliniki – yaş, əvvəlki xəstəlikləri
• Hemodinamiki – 4-8 saatdan çox müddətdə aşağı təzyiqlə olmaq, inotroplara resistant olmaq, kardiak arest epizodlarının olması
• Biokimyəvi – Qaraciyər enzimlərinin 2 dəfədən artıq yüksək olması, kreatinin 2mg% dən yüksək olması, hemoqlobinin 8 dən aşağı olması, oksigenin parsial təzyiqinin 65-70 mmHg dən aşağı olması və s.
• Farmakoloji – inotrop dərmanların qəbulu, yüksək dozada vazopressin və hepatotoksik dərmanların qəbulu
Morfoloji – qaraciyərin ultrasəs müayinədə yağlı olması, exokardioqrafiyada abnormallıq və s.

Bunlar da maraqlı ola bilər

  1. Kadavradan orqan çıxarılması və bu prosesin koordinasiyası
  2. Beyin ölümü nədir və necə təyin edilir?
  3. Böyrək donorları (1-ci hissə)
  4. Böyrək donorları (2-ci hissə)

Böyrək Transplantasiyası, əməliyyatdan sonrakı 1-ci gün

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Böyrək köçürülməsi
Dr. Kamran Beydullayev

Böyrək transplantasiyasından sonra 3 aya qədər müddət çox vacibdir. Bu müddəti uğurla keçirən xəstələr adətən qreftn uzun müddət yaşamasına ümüd edə bilər. əməliyyatdan sonra cərrahi və terapevtik tədbirlər birgə aparılmalıdır. Əsas cərrahi problemlər 1-ci gün ərzində baş verə bilər. Xəstələr adətən 1 həftəsində evə yazılır. Ilk 3 ay isə kəskin tədd olma prosesinin ən çox baş verdiyi dövrdür.

Əməliyyatdan sonra birinci gün.

Əməliyyatdan sonta xəstəyə əməliyyatətrafı dövrdə xəstənin müşahidə olunmasında və sidik ifrazının tənzimlənməsində təcrübəsi olan transplnatasiya komandası nəzarət edir. Təbii ki, ilkin olaraq xəstənin hemodinamik vəziyyəti və tənəffüsün stabillliyi təmin edilir. Xəstə ekstubasiya edilir və oyadılır. Xəstənin əməliyyat dövründə yazıları nəzərdən keçirilir, xəstənin qan itirməsi, maye itkiləri nəzərdən keçirilir və korreksiya edilməyə çalışılır. Əməliyyat zamanı istifadə edilən immunosuppressor dərmanlar üçün protokol doldurulmalıdır. Əməliyyatın detalları sənədləşdirilir.

Xəstələr monitora qoşulur və vital əlamətləri davamlı nəzarətdə olur. Birinci sutka ərzində resipientin qəbul etdiyi maye və çlxan maye hər saat hesablanır. Xəstələr hər gün çəkilir. Hər saat xəstə  veziyyətinin deyişilməsi, öskürdülməsi və dərindən nəfəs alınması üçün həvəsləndirilməlidir. Birinci günün sonunda xəstə yataqdan qaldırılır və ondan sonrakı hər gün aktivliyi daha da artırılır.Birinci sutka ərzində 2 dəfə sarğı dəyişilir. Xəstənin fistula olan qolunda heç bir təzyiq ölçülməsi və kanyula qoyulması ola bilməz. Sidik ifrazı saata 50ml dən az və ya 200ml dən çox olduqda transplant nefroloq məlumatlandırılmalıdır. Təzyiq 180mm.c. s. dan çox və ya 110 mm. C.s. dan az olduqda nefroloqa məlumat verilməlidir. Birinci sutka ərzində adətən qida qəbulu olmur. Hər 6 saatdan bir Qanın ümumi analizi, elektrolitlər, kreatinin, şəkər ölçülür. Calsineurininhibitorlarının səviyyəsi  birinci sutkanın sonunda ölçülür.

Böyrək köçürülməsi
böyrək transplantasiyası

Resipientin hemodinamik göstəricilərinin qiymətləndirilməsi çox vacibdir. Bu həm qreftin funksiyasını optimallaşdırmağa kömək edir, həm də sidik ifrazı az olduqda onun səbəbini araşdırmağa kömək edir. Xroniki böyrək çatışmazlığı olan xəstələrdə yüksək təzyiq tez tez rast gəlinir. Transplant komandası resipientin əməliyyatdan öncəki təzyiqi və təzyiq dərmanları ilə tanış olmasıdır. Yüksək arterial təzyiq anastomoz qaçağı riskini artırır və beyin damar problemləri yarada bilər. Təzyiqin aşağı olması isə öz növbəsində kəskin tubular nekroz riskini artırır və eləcə də damarlarda trombların əmələ gəlməsinə səbəb ola bilər.Nifedipine bu xəstələrdə təzyiqi salmaq üçün çox istifadə edilən dərmanlardır. Labetalol isə təzyiq 180mm.c.s. dan çox olduqda və digər dərmanlara cavab vermədikdə istifadə edilir. Mərkəzi venoz təzyiqin ölçülməsi də xəstənin maye balansı haqqında fikir yürütməyə kömək edir.

Resipientin maye balansını saxlamaq üçün bir neçə faktoru nəzərə almaq lazımdır. Xəstənin nə bədənində nə artıq mayenin olmasının nə əskin olmasın faydası yoxdur. Ona görə də maye balansı euvolemik vəziyyətdə olmalıdır. Köçürülən maye adətən xəstənin saatlıq sidik ifrazına əsaslanır. Hər saat xəstələrdə 50ml ətrafında hiss edilməyən maye itkisinin də olduğunu nəzərə almaq lazımdır. Hissolunmayan maye itkisi adətən 5% li qlukoza məhlulu ilə, sidiklə itən maye isə fizioloji məhlulla qaytarılır.

Sidik ifrazının pozulması qreftin perfuziyasından, prenximal vəuroloji faktorlardan asılıdır. Xəstənin nativ böyrəklərinin verdiyi sidiyin miqdarını bilmək çox vacibdir. Bu qreftin funksiyasını qiymətləndirməyə imkan verir. Canlı donorlardan olunan böyrək transplantasiyası zamanı ilkin dövrlərdə oliquriya çox az rast gəlinir. Çünki bu əməliyyat zamanı işemiya vaxtı çox qısa olur. Ona görə də əgər bu baş verərsə təcili resipientin böyrəyinin perfuziyası haqqında düşünmək lazım gəlir. Əməliyyatdan sonra diurezi artırmaq üçün bəzi tədbirlər görülə bilər. Bəzi mərkəzlər calsineurin inhibitorlarını birinci sutka ərzində təyin etməyi məsləhət görmürlər. Bəzən isə 1-4mkq\kq dozada dopamin təyin edilməsi fayda verir. Əməliyyatdan sonrakı dövr üçün oliquriya sidik 50ml dən az olduqda hesab edilir. Sidik ifrazını qiymətləndirməzdən əvvəl sidik kateteri yaxşıca yuyulmalı və resipientin maye balansı qaydasında olmalıdır. Əgər bunlar qaydasındadırsa o zaman xəstəyə 160mq –a qədər furosemid verilə bilər. Bu da kömək etməsə dializ lazım ola bilər. Xəstə hipovolemik olduqda isə 500ml izotonik məhlul bonus şəklində yeridilə bilər. Bəzən xəstənin maye balansını dəqiq qiymətləndirmək olmur. Bu zaman ehtiyatla bir qədər maye verib arxası ilə furosemid etmək faydalı olur.

Sidik ifrazını artırmaq üçün tədbirlər fayda vermədikdə təcili xəstənin bu vəziyyətinə səbəb ola biləcək şərtləri aydınlaşdırmaq üçün diqnoz üsullarından istifadə edilir. Doppler USM çox effektli müayinə metodu hesab edilə bilər. Böyrəyə qan dövranı təyin edilmədikdə təcili cərrahi əməliyyata ehtiyac olur.

Bəzən əməliyyatdan sonra resipient həddən çox sidik verməyə başlayır. Saata 500ml dən çox sidik verdikdə buna poliuriya deyirik. Bu xəstələr adətən hipervolemik vəziyyətdə olurlar və onlara maye köçürülməsi itirilən maye ilə çox sıx şəkildə uyğunlaşdırılmalıdır. Elektrolit itkilərinə də fikir verilməlidir, lazım olduqda kalium və kalsium bərpa edilməlidir.

Bəzən əməliyyatdan sonra xəstələrdə qanaxma da ola bilər. Bunu drenajdan gələn qanla, qanda hemoqlobinin və hemotokritin səviyyəsinin düşməsi ilə, böyrək ətrafında əməl gəlmiş hematomanı əməliyyat nahiyədində şişkinliklə və ya USM ilə təyin etməklə aşkar etmək olur. Bəzən təkrar əməliyyata ehtiyac olur, bəzən isə hematoma özü sıxaraq qanı saxlayır. Lazım olduqda transfuziya da olunur.

Bunlar da maraqlı ola bilər.

 

Böyrək Transplantasiyası üçün məlumat sessiyası

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Böyrək Transplantasiyası məlumat sessiyası

Bütün böyrək transplantasiyalarına namizəd olan xəstələr məlumat sessiyalarına qatılmaq üçün həvəsləndirilməlidirlər. Daha yaxşı olar ki, onlar bu sessiyalara öz yaxın qohumları ilə və ya dostları ilə qatılsınlar. Bu görüşlərdə əməliyyata barədə ətraflı məlumat verilir, onun riskləri izah edilir, əməliyyatdan sonra xəstələrin qəbul etdikləri immunosupressor dərmanların əlavə təsirləri haqqında məlumat verilir. Əməliyyat prosesi  və onun ağırlaşmaları ayrılıqda izah edilir. Canlı donordan böyrək transplantasiyası və bunun kadavra transplantasiyasından üstünlüyü barədə danışılmalıdır. Ümumilikdə böyrək transplantasiyasının dializdən daha çox üstünlüklərinin olması nəzərə çatdırılmalıdır. Qreftin (donordan alınan böyrək) yaşama müddətini və resipientin morbidliyini ( ölmək ehtimalı) əks etdirən statistika xəstəyə və xəstə adamlarına deyilməlidir və onlarla birlikdə müzakirə edilməlidir. Orqanın orqanizm tərəfindən rədd olması prosesi  (receksiya, recekt olması) xəstəyə və ailə üzvlərinə izah edilməli və eləcə də onlar infeksiya tutma, şiş xəstəlikləri əmələ gəlmə riskləri barədə məlumatlandırılmalıdırlar.

Xəstə bilməlidir ki, hətta uğurlu transplantasiyadan sonra da bu sona qədər getməyə  bilər və xəstə nə zamansa yenə də dializə qayıda bilər. Burada xəstələrin dializ və diet məhdudiyyətlərini transplantasiya əməliyyatı ilə və immunosupressiv dərmanların qəbulu ilə müqayisə etməsinə kömək etmək lazım gələ bilər. Uşaq dünyaya gətirmək istəyən qadınlarla transplantasiyadan sonra bunun mümkün olması müzakirə edilməlidir.

Əməliyyatın riskləri və faydaları xəstələrə onlar müayinələrə başlamazdan öncə izah edilməlidir. Çünki bu informasiya sesiyaları zamanı xəstələr əməliyyat olunmaqdan imtina edə bilərlər və bu da onları bahalı əməliyyatönü müayinələrə pul vəsaiti xərcləməkdən azad edə bilər.

böyrək transplantasiyası
Böyrək transplantasiyası

 

 

 

 

 

 

 

 

Kimlərə transplantasiya əməliyyatı etmək olmaz?

  • Son dövrlərdə keçirdiyi və ya yayılmış bədxassəli şiş xəstəliyi
  • Hal hazırda davam edən kəskin infeksiya
  • Bir neçə ədəd böyrəkdən kənar müalicə edilə bilməyən xəstəliyi
  • Müalicəyə əməl etməyəcəyini göstərən əlamətlər və ya psixi xəstəlik
  • Narkotik asılılıq
  • Təkrar olunan nativ böyrək xəstəliyi

Yuxarıda göstərilən şərtlər əməliyyat üçün major əks göstərişlərdir. Bundan başqa bir xeyli nisbi əks göstərişlər vardır ki, bu şərtlər olan xəstələrin də əməliyyat olunması yerli xəstəxanadaxili protokollardan və təcrübədən asılıdır. Bunlara çox artıq çəkisi olan xəstələr və deyilməsinə baxmayaraq siqaret çəkməyi davam edən xəstələr aid ola bilər.

Transplantasiya haqqında hər hansı sualı olan xəstələrə mərkəzimizdə pulsuz böyrək transplantasiyası məlumat sessiyalarına qatılmaları məsləhətdir.

 

Bunlar da maraqlı ola bilər

 

Böyrək donorları (2-ci hissə).

Op. Dr. Kamran Beydullayev, MRCS ingiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Böyrək donoru,

 

 

 

 

 

 

 

Donorun əməliyyata razılığının alınması prosesin çox vacib hissəsi hesab edilir. Bu həm də ona görə çox vacibdir ki, standart müalicələrdən fərqli olaraq donor üzərində aparılan əməliyyat onu sağaltmaq üçün deyil. Donor əməliyyatı əslində təbabətin birinci qanunu olan xəstəyə zərər vurmamaq prinsipi ilə paradoks təşkil edir. Donorluğa razılıq verəcək adam ilk növbədə anlaşıqlı olmalı (qərar qəbul etmək üçün uyğun), donor olmağa istəkli olmalıdır, təmənnadan azad olmalıdır, tibbi və psixoloji sağlam, əməliyyat riskləri və donorluq barədə tam məlumatlı, və resipient üçün mümkün olan alternativ müalicə üsulları haqqında məlumatlı ( donor bilməlidir ki, o böyrəyin vermədiyi təqdirdə belə xəstə dializlə davam edə bilər və ölməyə bilər) olmalıdır.

Hansı donoru seçməli?

Əgər bir ailədə bir neçə donor varsa o zaman müayinələri toxuma uyğunluluğu daha çox üst üstə düşən donordan başlamaq məsləhətdir ( məsələn, iki haplotip olan bir haplotip olandan daha üstün tutulmalıdır). Toxuma uyğunluqları eyni olanlarda əvvəlcə yaşlı donoru nəzərdən keçirmək məntiqli olar. Cavan donor isə illər sonra qreft yararsız olduqda ikinci transplantasiya üçün saxlanıla bilər. Donor olan qadınların hamilə qalması üçün və ginekoloji problemlərinin artması riski çox azdır. Bioloji uyğun donorlar qohum olmayan donorlardan daha üstün sayılır.

Donorun resipientin müayinələri zamanı onu müşahidə etməsi adətən yaxşı proqnostik əlamət sayılır. Elə potensial donora da ilk yaxınlaşma və bu barədə söhbət resipient tərəfindən olsa daha məqsədəuyğundur, nəinki həkim nefroloq və ya transplant cərrah tərəfindən. Bəzi xəstələr isə öz ailə üzvləri ilə bu barədə söhbət eləməyə çətinlik çəkirlər, bu zaman isə həkim onlar arasında bu mövzunu müzakirə etməyə vasitəçilik edə bilər. Donorluq prosesini izah edən yazılı materiallar adətən donorlara qorxuya və narahatçılığa üstün gəlməyə kömək edir.

Psixoloji müayinə

Psixoloji müayinə potensial donorların müayinəsinin əsas hissələrindən biridir. Bu zaman donorun motivasiyası aydınlaşdırılır, hansı bir şəkildə isə təzyiqlərin olmasını istisna etməlidir. Əməliyyat risklərini anlamayacaq qədər ciddi psixiatrik xəstəliyi olanlar və ya cərrahi əməliyyatın stresinin onların xəstəliyini alovlandıra biləcəyi riski olan psixiatrik problemli xəstələr donor kimi qəbul edilmir. Donorun sosial dəstəyinin də olub olmaması aydınlaşdırılmalıdır. Verilən orqan qarşılığında pulla və ya ona ekvivalent bir şeylə mükafatlandırılan donorlar diskvalifikasiya olunur.  Donorluq prosesi zamanı yol xərcləri, ev kirayəsi xərcləri və məhrum olduğu əməkhaqqı əvəzi pul mükafat hesab olunmur.

Donorluğun riskləri

Böyrək donorlarında qısa müddətdə gözlənilən ağırlaşmalar ehtimalı çox aşağıdır. Ölüm olmaq ehtimalı 0.03% -dir. Orqan Bölüşməsinin Birləşmiş Şəbəkəsi ( UNOS) 1999-2002 illər arasında 15000 canlı böyrək donorunda xəstəxanada olduğu müddətdə cəmi iki ölüm hadisəsi qeydə almışdır. Xəstəxanaya yenidən qəbul olma və təkrar əməliyyat risklərinin də ehtimalı 1%-in altındadır. 1.5% donorlara qan köçürülə bilər.  Dərin vena trombozu, ağciyərin trombemboliyası, yara infeksiyası, sətəlvəm və s. kimi digər ağırlaşmaların da olmaq ehtimalı 3%-dir. Donorlarda gələcəkdə xroniki böyrək çatışmazlığının inkişaf etməsi riski də çox aşağıdır. Araşdırılan 48000 donor arasında yalız 20 nəfərində sonradan böyrək transplantasiyasına ehtiyac olmuşdur.

Donorların yaşı

Yuxarı yaş əməliyyatətrafı ağırlaşmaların olması riskini artırır. Müxtəlif mərkəzlərdə yuxarı  yaş limiti müxtəlifdir.  UNOS araşdırması 27% mərkəzlərdə ümumiyyətlə yuxarı yaş limiti olmadığını aşkar edib. 6% mərkəz 55 yaşı, 13% mərkəz 60 yaşı, 70% mərkəz 70 yaşı, 3% mərkəz isə 75-80 yaşları yuxarı limit kimi qəbul edirlər. Yaşlı donorlarda bir nüansı nəzərə almaq lazımdır ki, onların böyrəklərinin gözlənilən yaşama müddəti daha azdır. Aşağı yaş isə adətən 18 götürülür. Çünki, bu yaşdan aşağı hüquqi olaraq onların əməliyyata razılıq vermək ixtiyarı yoxdur.

Resipientə infeksiya  və xərcəng yoluxdurma riski

Donorlar HİV, Hepatit B, hepatit C kimi infeksiyalara görə yoxlanılır və bu infeksiyalar olduqda diskvalifikasiya olunurlar. Müalicə olunmuş siflis, vərəm, aktiv olmayan sitomeqalovirus infeksiyalarında əməliyyata əks göstəriş yoxdur. HTLV (human T lymphocyt virus), HHV (human herpes virus) kimi infeksiyalar xəstədə kaposi sarkoması, T hüceyrə leykemiyası yaratmaq ehtimalını artırır və ona görə də bu infeksiyalar aktiv fazada olduqda əməliyyat olunmur.

Böyrək donorları həmçinin xərcəng xəstəliyinə görə sorğu sual olunmalıdırlar. Onun həm ailə tarixçəsi, həm də fərdi tarixçəsi araşdırılmalıdır. Bir çox xərcəng xəstəliyi keçirmişlər donorluqdan saxlanılır.

Donorun müayinəsində vacib hissələrdən biri də gələcəkdə onda böyrək xəstəliyinin ola bilmək riskinin araşdırılmasıdır. Donorlarda bundan ötrü aşağıdakılar araşdırılır

  • Qlomerulyar filtrasiya göstəricisi
  • Proteinuriya
  • Hematuriya
  • Hipertenziya
  • Şəkərli Diabet
  • Artıq çəki
  • Böyrəkdə daş
  • İrsi böyrək xəstəlikləri

Bunlar da maraqlı ola bilər

 

Böyrək donorları (1-ci hissə)

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

 

 

Canlı böyrək donorları

Donor olmadan böyrək transplantasiyasını həyata keçirmək mümkün deyil. Donorlar canlı və kadavradan olmaqla iki qrupa bölünür. Müxtəlif ölkələrdə bunların nisbəti fərqlidir. Qərbdə daha çox kadavradan istifadə ediir. Azərbaycanda icra edilmiş böyrək transplantasiyasının hamısı canlı donorlar vasitəsi ilə olmuşdur. Canlı donorlardan alınan böyrək hesabına olunan transplantasiya zamanı köçürülmüş böyrəyin ömrünün uzunluğu kadavradan alınan böyrəklərdən daha çoxdur. (15-20 vs 8-12)

Mərkəzlərdən asılı olaraq canlı böyrək donorlarının seçimi müxtəlifdir. Amma bütün bunlara baxmayaraq donor müayinəsi zamanı 3 əsas suala cavab vermək lazımdır.

  1. Donor olacaq şəxs gözlənildiyindən daha artıq cərrahi risk daşıyırmı?
  2. Donorun resipientə hər hansı infeksion xəstəlik və ya şiş xəstəliyi keçirmək şansı varmı?
  3. Tək böyrəklə qalacaq donorun gələcəkdə hər hansı tibbi problemlə üzləşmək şansı varmı?

3 cü suala cavab vermək bir az həmişə çətin olur. Bunun üçün xəstədə gələcəkdə hipertoniya vəya şəkərli diabet inkişaf etməsi riskinin yüksək ollması aydınlaşdırılmalıdır. Bəzən xəstənin ailə tarixçəsi də nəzərdən keçirilir.

Donor müayinədən əvvəl bunları bilməlidir

  • Müayinələrin olunması mütləq donor olmaq anlamına gəlmir.
  • Müayinələri hər zaman dayandırmaq hüququnuz vardır.
  • Həkim hər an səbəbini sizə izah etməklə sizi donorluqdan kənarlaşdıra bilər.
  • Sizi müstəqil olan donor komandası müayinə edir, onun resipient əməliyyatına aidiyyatı yoxdur və sizin maraqlarınızı qoruyur.
  • Donor müayinəsi zamanı əldə edilən məlumatlar konfidensial saxlanılır.
  • Siz hepatitlərə, HİV –yə və digər infeksiyalara görə yoxlanacaqsınız.
  • Müayinələr zamanı sizin gələcək həyatınıza təsir edə biləcək gözlənilməz xəstəliklər aşkar edilə bilər.
  • Bəzi müayinələr zamanı müəyyən narahatçılıqlar və risklər ola bilər. Məsələn qan alınan zaman, venadaxili kontrast maddə vurulan zaman.
  • Müayinələr müəyyən mailiyyə sərfinə səbəb olacaqdır.
  • Əməliyyatdan sonra uzun müddət tibbi müşahidədə olmanız məsləhət görülə bilər.
  • Resipient üçün sizin böyrək donorluğununzdan başqa alternativ müalicə üsulu da mövcuddur.

Əməliyyatdan əvvəl potensial donorla əməliyyat haqında geniş söhbət edilməli və ondan əməliyyat üçün razılıq alınmalıdır.

Donorlar aşağıdakı müayinələri keçməlidirlər

Məcburi müayinələr

  • Fiziki müayinə
  • Psixoloji müayinə
  • Qan qrupu
  • Çəki , boy və BÇİ (BMİ)
  • Qan təzyiqi ölçülməlidir (bir neçə dəfə)
  • Qanın ümumi analizi, qanın biokimyəvi analizləri, koaqulyasion panel, sidiyin analizi, şəkər və s.
  • Kreatin klearans, QFG (GFR ) qlomerulyar filtirasiya göstəricisi, və sidikdə protein
  • Döş qəfəsi rentgeni
  • Elektrokardioqram
  • Pap yaxması
  • İnfeksiyaya görə- hepatit C, hepatit B, HİV, CMV, EBV, HTLV, VDRL
  • KT angioqrafiya

Seçimli olan müayinələr

  • Kolonoskop
  • Mammoqrafiya
  • Prostat spesifik antigen
  • Trombofiliya paneli
  • Vərəmə görə müayinə
  • Sistoskopiya
  • Böyrəklərin biopsiyası və s.

Aşağıdakılar donorluq üçün əks göstərişlər ola bilər.

  • Donor əməliyyatının risklərini anlamaq üçün psixi durumunun yeterli olmaması.
  • Adekvat şəkildə müalicə olunmayan psixiatrik xəstəlik
  • Aktiv narkotik və akkoqol istifadəçiləri
  • Böyrək xəstəliyi əlamətləri. ( albuminuriya, proteinuriya, aşağı QFG, izah oluna bilməyən hematuriya və piauriya)
  • Əhəmiyyətli şəkildə abnormal böyrək anatomiyası
  • Təkrar olunan nefrolitias və ya ikitərəfli böyrək daşları
  • Kollagen vaskulyar xəstəlik
  • Şəkərli diabet
  • Hipertenziya
  • Keçirilmiş miokard infarktı və koronar arteriya xəstəliyi
  • Orta və ağır ağciyər xəstəliyi
  • Hal hazırda mövcud olan neoplasiya
  • Xərcəng xəstəliyi tarixçəsi
  • Böyrək xərçəngi olan ailə tarixçəsi
  • Aktiv infeksiya
  • Xronik aktiv viral infeksiya
  • Əhəmiyyətli xronik qaraciyər xəstəliyi
  • Əhəmiyyətli nevroloji xəstəlik
  • Anticoaqulyant tələb edən xəstəliklər
  • Hamiləlik
  • Trombotik xəstəlik tarixçəsi və trombəmələgəlmə risklərini artıran şərtlər

 

  • Nisbi əks göstərişlər

 

  • ABO uyğunsuzluq
  • Yaş 18 dən aşağı və 65 dən yuxarı
  • Piylənmə. Xüsusi ilə BÇİ > 35
  • Yüngül və asanlıqla müalicə edilən hipertenziya
  • Tək nefrolitiaz epizodu
  • Sidik analizinin yüngül abnormallıqları

 

Bunlar da sizə maraqlı ola bilər