Böyrək Transplantasiyası, əməliyyatdan sonrakı 1-ci gün

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Böyrək köçürülməsi
Dr. Kamran Beydullayev

Böyrək transplantasiyasından sonra 3 aya qədər müddət çox vacibdir. Bu müddəti uğurla keçirən xəstələr adətən qreftn uzun müddət yaşamasına ümüd edə bilər. əməliyyatdan sonra cərrahi və terapevtik tədbirlər birgə aparılmalıdır. Əsas cərrahi problemlər 1-ci gün ərzində baş verə bilər. Xəstələr adətən 1 həftəsində evə yazılır. Ilk 3 ay isə kəskin tədd olma prosesinin ən çox baş verdiyi dövrdür.

Əməliyyatdan sonra birinci gün.

Əməliyyatdan sonta xəstəyə əməliyyatətrafı dövrdə xəstənin müşahidə olunmasında və sidik ifrazının tənzimlənməsində təcrübəsi olan transplnatasiya komandası nəzarət edir. Təbii ki, ilkin olaraq xəstənin hemodinamik vəziyyəti və tənəffüsün stabillliyi təmin edilir. Xəstə ekstubasiya edilir və oyadılır. Xəstənin əməliyyat dövründə yazıları nəzərdən keçirilir, xəstənin qan itirməsi, maye itkiləri nəzərdən keçirilir və korreksiya edilməyə çalışılır. Əməliyyat zamanı istifadə edilən immunosuppressor dərmanlar üçün protokol doldurulmalıdır. Əməliyyatın detalları sənədləşdirilir.

Xəstələr monitora qoşulur və vital əlamətləri davamlı nəzarətdə olur. Birinci sutka ərzində resipientin qəbul etdiyi maye və çlxan maye hər saat hesablanır. Xəstələr hər gün çəkilir. Hər saat xəstə  veziyyətinin deyişilməsi, öskürdülməsi və dərindən nəfəs alınması üçün həvəsləndirilməlidir. Birinci günün sonunda xəstə yataqdan qaldırılır və ondan sonrakı hər gün aktivliyi daha da artırılır.Birinci sutka ərzində 2 dəfə sarğı dəyişilir. Xəstənin fistula olan qolunda heç bir təzyiq ölçülməsi və kanyula qoyulması ola bilməz. Sidik ifrazı saata 50ml dən az və ya 200ml dən çox olduqda transplant nefroloq məlumatlandırılmalıdır. Təzyiq 180mm.c. s. dan çox və ya 110 mm. C.s. dan az olduqda nefroloqa məlumat verilməlidir. Birinci sutka ərzində adətən qida qəbulu olmur. Hər 6 saatdan bir Qanın ümumi analizi, elektrolitlər, kreatinin, şəkər ölçülür. Calsineurininhibitorlarının səviyyəsi  birinci sutkanın sonunda ölçülür.

Böyrək köçürülməsi
böyrək transplantasiyası

Resipientin hemodinamik göstəricilərinin qiymətləndirilməsi çox vacibdir. Bu həm qreftin funksiyasını optimallaşdırmağa kömək edir, həm də sidik ifrazı az olduqda onun səbəbini araşdırmağa kömək edir. Xroniki böyrək çatışmazlığı olan xəstələrdə yüksək təzyiq tez tez rast gəlinir. Transplant komandası resipientin əməliyyatdan öncəki təzyiqi və təzyiq dərmanları ilə tanış olmasıdır. Yüksək arterial təzyiq anastomoz qaçağı riskini artırır və beyin damar problemləri yarada bilər. Təzyiqin aşağı olması isə öz növbəsində kəskin tubular nekroz riskini artırır və eləcə də damarlarda trombların əmələ gəlməsinə səbəb ola bilər.Nifedipine bu xəstələrdə təzyiqi salmaq üçün çox istifadə edilən dərmanlardır. Labetalol isə təzyiq 180mm.c.s. dan çox olduqda və digər dərmanlara cavab vermədikdə istifadə edilir. Mərkəzi venoz təzyiqin ölçülməsi də xəstənin maye balansı haqqında fikir yürütməyə kömək edir.

Resipientin maye balansını saxlamaq üçün bir neçə faktoru nəzərə almaq lazımdır. Xəstənin nə bədənində nə artıq mayenin olmasının nə əskin olmasın faydası yoxdur. Ona görə də maye balansı euvolemik vəziyyətdə olmalıdır. Köçürülən maye adətən xəstənin saatlıq sidik ifrazına əsaslanır. Hər saat xəstələrdə 50ml ətrafında hiss edilməyən maye itkisinin də olduğunu nəzərə almaq lazımdır. Hissolunmayan maye itkisi adətən 5% li qlukoza məhlulu ilə, sidiklə itən maye isə fizioloji məhlulla qaytarılır.

Sidik ifrazının pozulması qreftin perfuziyasından, prenximal vəuroloji faktorlardan asılıdır. Xəstənin nativ böyrəklərinin verdiyi sidiyin miqdarını bilmək çox vacibdir. Bu qreftin funksiyasını qiymətləndirməyə imkan verir. Canlı donorlardan olunan böyrək transplantasiyası zamanı ilkin dövrlərdə oliquriya çox az rast gəlinir. Çünki bu əməliyyat zamanı işemiya vaxtı çox qısa olur. Ona görə də əgər bu baş verərsə təcili resipientin böyrəyinin perfuziyası haqqında düşünmək lazım gəlir. Əməliyyatdan sonra diurezi artırmaq üçün bəzi tədbirlər görülə bilər. Bəzi mərkəzlər calsineurin inhibitorlarını birinci sutka ərzində təyin etməyi məsləhət görmürlər. Bəzən isə 1-4mkq\kq dozada dopamin təyin edilməsi fayda verir. Əməliyyatdan sonrakı dövr üçün oliquriya sidik 50ml dən az olduqda hesab edilir. Sidik ifrazını qiymətləndirməzdən əvvəl sidik kateteri yaxşıca yuyulmalı və resipientin maye balansı qaydasında olmalıdır. Əgər bunlar qaydasındadırsa o zaman xəstəyə 160mq –a qədər furosemid verilə bilər. Bu da kömək etməsə dializ lazım ola bilər. Xəstə hipovolemik olduqda isə 500ml izotonik məhlul bonus şəklində yeridilə bilər. Bəzən xəstənin maye balansını dəqiq qiymətləndirmək olmur. Bu zaman ehtiyatla bir qədər maye verib arxası ilə furosemid etmək faydalı olur.

Sidik ifrazını artırmaq üçün tədbirlər fayda vermədikdə təcili xəstənin bu vəziyyətinə səbəb ola biləcək şərtləri aydınlaşdırmaq üçün diqnoz üsullarından istifadə edilir. Doppler USM çox effektli müayinə metodu hesab edilə bilər. Böyrəyə qan dövranı təyin edilmədikdə təcili cərrahi əməliyyata ehtiyac olur.

Bəzən əməliyyatdan sonra resipient həddən çox sidik verməyə başlayır. Saata 500ml dən çox sidik verdikdə buna poliuriya deyirik. Bu xəstələr adətən hipervolemik vəziyyətdə olurlar və onlara maye köçürülməsi itirilən maye ilə çox sıx şəkildə uyğunlaşdırılmalıdır. Elektrolit itkilərinə də fikir verilməlidir, lazım olduqda kalium və kalsium bərpa edilməlidir.

Bəzən əməliyyatdan sonra xəstələrdə qanaxma da ola bilər. Bunu drenajdan gələn qanla, qanda hemoqlobinin və hemotokritin səviyyəsinin düşməsi ilə, böyrək ətrafında əməl gəlmiş hematomanı əməliyyat nahiyədində şişkinliklə və ya USM ilə təyin etməklə aşkar etmək olur. Bəzən təkrar əməliyyata ehtiyac olur, bəzən isə hematoma özü sıxaraq qanı saxlayır. Lazım olduqda transfuziya da olunur.

Bunlar da maraqlı ola bilər.

 

Böyrək Transplantasiyası üçün məlumat sessiyası

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Böyrək Transplantasiyası məlumat sessiyası

Bütün böyrək transplantasiyalarına namizəd olan xəstələr məlumat sessiyalarına qatılmaq üçün həvəsləndirilməlidirlər. Daha yaxşı olar ki, onlar bu sessiyalara öz yaxın qohumları ilə və ya dostları ilə qatılsınlar. Bu görüşlərdə əməliyyata barədə ətraflı məlumat verilir, onun riskləri izah edilir, əməliyyatdan sonra xəstələrin qəbul etdikləri immunosupressor dərmanların əlavə təsirləri haqqında məlumat verilir. Əməliyyat prosesi  və onun ağırlaşmaları ayrılıqda izah edilir. Canlı donordan böyrək transplantasiyası və bunun kadavra transplantasiyasından üstünlüyü barədə danışılmalıdır. Ümumilikdə böyrək transplantasiyasının dializdən daha çox üstünlüklərinin olması nəzərə çatdırılmalıdır. Qreftin (donordan alınan böyrək) yaşama müddətini və resipientin morbidliyini ( ölmək ehtimalı) əks etdirən statistika xəstəyə və xəstə adamlarına deyilməlidir və onlarla birlikdə müzakirə edilməlidir. Orqanın orqanizm tərəfindən rədd olması prosesi  (receksiya, recekt olması) xəstəyə və ailə üzvlərinə izah edilməli və eləcə də onlar infeksiya tutma, şiş xəstəlikləri əmələ gəlmə riskləri barədə məlumatlandırılmalıdırlar.

Xəstə bilməlidir ki, hətta uğurlu transplantasiyadan sonra da bu sona qədər getməyə  bilər və xəstə nə zamansa yenə də dializə qayıda bilər. Burada xəstələrin dializ və diet məhdudiyyətlərini transplantasiya əməliyyatı ilə və immunosupressiv dərmanların qəbulu ilə müqayisə etməsinə kömək etmək lazım gələ bilər. Uşaq dünyaya gətirmək istəyən qadınlarla transplantasiyadan sonra bunun mümkün olması müzakirə edilməlidir.

Əməliyyatın riskləri və faydaları xəstələrə onlar müayinələrə başlamazdan öncə izah edilməlidir. Çünki bu informasiya sesiyaları zamanı xəstələr əməliyyat olunmaqdan imtina edə bilərlər və bu da onları bahalı əməliyyatönü müayinələrə pul vəsaiti xərcləməkdən azad edə bilər.

böyrək transplantasiyası
Böyrək transplantasiyası

 

 

 

 

 

 

 

 

Kimlərə transplantasiya əməliyyatı etmək olmaz?

  • Son dövrlərdə keçirdiyi və ya yayılmış bədxassəli şiş xəstəliyi
  • Hal hazırda davam edən kəskin infeksiya
  • Bir neçə ədəd böyrəkdən kənar müalicə edilə bilməyən xəstəliyi
  • Müalicəyə əməl etməyəcəyini göstərən əlamətlər və ya psixi xəstəlik
  • Narkotik asılılıq
  • Təkrar olunan nativ böyrək xəstəliyi

Yuxarıda göstərilən şərtlər əməliyyat üçün major əks göstərişlərdir. Bundan başqa bir xeyli nisbi əks göstərişlər vardır ki, bu şərtlər olan xəstələrin də əməliyyat olunması yerli xəstəxanadaxili protokollardan və təcrübədən asılıdır. Bunlara çox artıq çəkisi olan xəstələr və deyilməsinə baxmayaraq siqaret çəkməyi davam edən xəstələr aid ola bilər.

Transplantasiya haqqında hər hansı sualı olan xəstələrə mərkəzimizdə pulsuz böyrək transplantasiyası məlumat sessiyalarına qatılmaları məsləhətdir.

 

Bunlar da maraqlı ola bilər