Böyrək transplantasiyasının qısa tarixi

Op. Dr. Kamran Beydullayev, MRCS ingiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Böyrək transplantasiyası donor böyrəyinin son dönəm böyrək xəstəliyi olan adama transplantasiya olunmasına, yəni köçürülməsinə deyilir. Bu beyin ölümü olan insanlardan alınan orqan ilə (kadavra orqanı) və ya canlı insandan alınan orqan hesabına olan transplantasiya kimi iki qrupa təsnifatlana bilər.

20 – ci əsrin əvvəllərində xəstələnmiş insan orqanlarının dəyişilməsinin mümkün ola biləcəyi haqqında müxtəlif ideyalar yaranırdı. 1907 ci ildə Simon Fleksner insan böyrəyini köçürməyin mümkünlüyünün real olduğunu söyləmişdi.

1933 cü ildə Yuri Xerson ilk dəfə 6 saat əvvəl ölmüş xəstənin böyrəyini böyrək çatışmazlığı olan xəstənin bud nahiyəsinə transplantasiya etməyə cəhd etmişdi. Xəstə iki gündən sonra öldü. Donor və resipient arasında həm də qan qrupu uyğunsuzluğu vardı.

1950-ci ilin iyun ayında ilk uğurlu böyrək transplantasiyası əməliyyatı icra edilib. Bunu doktor Richard Lawler  44 yaşlı polisistik böyrək xəstəliyi olan qadına böyrək köçürməklə həyata keçirmişdir. 10 aydan sonra xəstədə orqanın rədd olması  (reject) baş vermişdi. O zaman immunosupressor dərmanlar hələ yox idi.

Canlıdan canlıya ilk böyrək transplantasiyası isə 1952-ci ildə Parisdə Jean Humburger tərəfindən həyata keçirilmişdir. Böyrək 3 həftə normal fəaliyyət göstərəndən sonra dayanmışdı. 1954 –cü ildə isə Joseph Murray, Hartwell Harrison, Jon Merrill tərəfindən immune problemlərin qarşısını almaq üçün ekiz uşaqların birindən digərinə böyrək transplantasiya etdilər. Dr. Murray bu istiqamətdə işlərinə görə 1990 cı ildə Nobel mükafatına da layiq görüldü.

1964 –cü ildə köçürülmüş orqanın orqanizm tərəfindən rəd ediməsinin qarşısını alan dərmanlar çıxana qədər kadavradan orqan köçürülməsi müntəzəm edilmirdi. Ümumiyyətlə böyrək transplantasiya üçün ən uyğun orqan idi. Ona görə ki, toxuma tiplənməsi asan, əməliyyatın texniki tərəfləri çox da çətin olmayan idi, canlı donor asanlıqla tapılırdı, və uğursuz olan halda isə dializ əvəzedici işi görə bilirdi.

Bu dövrdə transplantasiyanın qarşısında duran əsas məsələ orqanizmin immun sistemi idi. Bu immun sistem köçürülən orqanı yad, özününkü olmayan qəbul edirdi və orqanizmdən kənarlaşdırmağa çalışırdı. Bu kəskin və xroniki recekt olma prosesinə gətirib çıxarırdı.Ona görə də bu orqanları qorumaq üçün orqanizmin immun sistemini zəiflədən dərmanların qəbul edilməsi zəruri idi ki, bu da həmin orqanizmi infeksiya və şiş xəstəlikləri üçün riskli bir vəziyyətə gətirirdi. Bunlardan başqa bu dərmanların xeyli əlavə təsirləri var idi.

Ən çox işlənən immuno supressor dərmanlar prednizolon idi. Uzun müddət istifadə zamanı bu dərman şəkərli diabet, çəki artımı, osteoparoz, əzələ zəifliyi, hiperxolestrolemiya, gözdə katarakt əmələ gətirə bilər. Prednizalon da təklikdə yetərli deyildi, və digər steroid olmayan dərmanlara ehtiyac duyulurdu. Siklosporinlər kəşf ediləndən sonra ümumilikdə transplantasiyanın bütün sahələrində yeni bir dövr başladı.  Bu dərman 1980 ildə kəşf edildi, və transplantasiya üçün yeni era başlandı.

Bunlar da maraqlı ola bilər

363 canlı qaraciyər və böyrək donorlarıının nəticələri   http://virtualklinika365.com/?p=356

Canlı böyrək donorları üçün əməliyyata əks göstərişlər  http://virtualklinika365.com/?p=282