Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853
Canlı böyrək donorları
Donor olmadan böyrək transplantasiyasını həyata keçirmək mümkün deyil. Donorlar canlı və kadavradan olmaqla iki qrupa bölünür. Müxtəlif ölkələrdə bunların nisbəti fərqlidir. Qərbdə daha çox kadavradan istifadə ediir. Azərbaycanda icra edilmiş böyrək transplantasiyasının hamısı canlı donorlar vasitəsi ilə olmuşdur. Canlı donorlardan alınan böyrək hesabına olunan transplantasiya zamanı köçürülmüş böyrəyin ömrünün uzunluğu kadavradan alınan böyrəklərdən daha çoxdur. (15-20 vs 8-12)
Mərkəzlərdən asılı olaraq canlı böyrək donorlarının seçimi müxtəlifdir. Amma bütün bunlara baxmayaraq donor müayinəsi zamanı 3 əsas suala cavab vermək lazımdır.
- Donor olacaq şəxs gözlənildiyindən daha artıq cərrahi risk daşıyırmı?
- Donorun resipientə hər hansı infeksion xəstəlik və ya şiş xəstəliyi keçirmək şansı varmı?
- Tək böyrəklə qalacaq donorun gələcəkdə hər hansı tibbi problemlə üzləşmək şansı varmı?
3 cü suala cavab vermək bir az həmişə çətin olur. Bunun üçün xəstədə gələcəkdə hipertoniya vəya şəkərli diabet inkişaf etməsi riskinin yüksək ollması aydınlaşdırılmalıdır. Bəzən xəstənin ailə tarixçəsi də nəzərdən keçirilir.
Donor müayinədən əvvəl bunları bilməlidir
- Müayinələrin olunması mütləq donor olmaq anlamına gəlmir.
- Müayinələri hər zaman dayandırmaq hüququnuz vardır.
- Həkim hər an səbəbini sizə izah etməklə sizi donorluqdan kənarlaşdıra bilər.
- Sizi müstəqil olan donor komandası müayinə edir, onun resipient əməliyyatına aidiyyatı yoxdur və sizin maraqlarınızı qoruyur.
- Donor müayinəsi zamanı əldə edilən məlumatlar konfidensial saxlanılır.
- Siz hepatitlərə, HİV –yə və digər infeksiyalara görə yoxlanacaqsınız.
- Müayinələr zamanı sizin gələcək həyatınıza təsir edə biləcək gözlənilməz xəstəliklər aşkar edilə bilər.
- Bəzi müayinələr zamanı müəyyən narahatçılıqlar və risklər ola bilər. Məsələn qan alınan zaman, venadaxili kontrast maddə vurulan zaman.
- Müayinələr müəyyən mailiyyə sərfinə səbəb olacaqdır.
- Əməliyyatdan sonra uzun müddət tibbi müşahidədə olmanız məsləhət görülə bilər.
- Resipient üçün sizin böyrək donorluğununzdan başqa alternativ müalicə üsulu da mövcuddur.
Əməliyyatdan əvvəl potensial donorla əməliyyat haqında geniş söhbət edilməli və ondan əməliyyat üçün razılıq alınmalıdır.
Donorlar aşağıdakı müayinələri keçməlidirlər
Məcburi müayinələr
- Fiziki müayinə
- Psixoloji müayinə
- Qan qrupu
- Çəki , boy və BÇİ (BMİ)
- Qan təzyiqi ölçülməlidir (bir neçə dəfə)
- Qanın ümumi analizi, qanın biokimyəvi analizləri, koaqulyasion panel, sidiyin analizi, şəkər və s.
- Kreatin klearans, QFG (GFR ) qlomerulyar filtirasiya göstəricisi, və sidikdə protein
- Döş qəfəsi rentgeni
- Elektrokardioqram
- Pap yaxması
- İnfeksiyaya görə- hepatit C, hepatit B, HİV, CMV, EBV, HTLV, VDRL
- KT angioqrafiya
Seçimli olan müayinələr
- Kolonoskop
- Mammoqrafiya
- Prostat spesifik antigen
- Trombofiliya paneli
- Vərəmə görə müayinə
- Sistoskopiya
- Böyrəklərin biopsiyası və s.
Aşağıdakılar donorluq üçün əks göstərişlər ola bilər.
- Donor əməliyyatının risklərini anlamaq üçün psixi durumunun yeterli olmaması.
- Adekvat şəkildə müalicə olunmayan psixiatrik xəstəlik
- Aktiv narkotik və akkoqol istifadəçiləri
- Böyrək xəstəliyi əlamətləri. ( albuminuriya, proteinuriya, aşağı QFG, izah oluna bilməyən hematuriya və piauriya)
- Əhəmiyyətli şəkildə abnormal böyrək anatomiyası
- Təkrar olunan nefrolitias və ya ikitərəfli böyrək daşları
- Kollagen vaskulyar xəstəlik
- Şəkərli diabet
- Hipertenziya
- Keçirilmiş miokard infarktı və koronar arteriya xəstəliyi
- Orta və ağır ağciyər xəstəliyi
- Hal hazırda mövcud olan neoplasiya
- Xərcəng xəstəliyi tarixçəsi
- Böyrək xərçəngi olan ailə tarixçəsi
- Aktiv infeksiya
- Xronik aktiv viral infeksiya
- Əhəmiyyətli xronik qaraciyər xəstəliyi
- Əhəmiyyətli nevroloji xəstəlik
- Anticoaqulyant tələb edən xəstəliklər
- Hamiləlik
- Trombotik xəstəlik tarixçəsi və trombəmələgəlmə risklərini artıran şərtlər
- Nisbi əks göstərişlər
- ABO uyğunsuzluq
- Yaş 18 dən aşağı və 65 dən yuxarı
- Piylənmə. Xüsusi ilə BÇİ > 35
- Yüngül və asanlıqla müalicə edilən hipertenziya
- Tək nefrolitiaz epizodu
- Sidik analizinin yüngül abnormallıqları
Bunlar da sizə maraqlı ola bilər