Dalağın exinokokk xəstəliyi

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi cərrah, Cərrah Transplantoloq, əlaqə 0504063853

dalağın exinokokk xəstəliyi
Dalaq exinokokku

Heyvandarlıqla məşğul olunan rayonlarda exinokok xəstəliyi geniş yayılmış olur. Exinokokk sisti üçün xarakterik olan orqanlar adətən qaraciyərdir. Bundan başqa exinokokk sistinə ağciyərdə, böyrəkdə, sümük və beyində rast gəlmək olur. Dalaq exinokokk sistinin nisbətən daha az rast gəlinən nahiyəsidir. Qaraın boşluğunda olan exinokokk sistərinin ancaq 4%-i dalaqda olur. Bəzi tədqiqatlarda dalaq exinokok sistinin rast gəlinməsinə görə 3 cü yerdədir.

Dalağın exinokokk sistinin KT görüntüsü

Dalaqda yerləşən exinokokk sistləri adətən əlamətsiz keçir. Adətən xəstələr digər səbəblərdən müayinə olunduqları zaman aşkar edilir. USM və KT müayinələrinin geniş yayılması onların daha tez tez tapılmasına səbəb olur. Vaxtında aşkar edilmədikdə dalağın exinokokk sisti böyük ölçülərə qədər gəlib çıxa bilər. Böyük ölçülərdə dalaq exinokokku adətən sağ qabırğaltı nahiyədə ağrılarla müşahidə edilir. Dalaq exinokokunun digər əlamətləri onun böyrək arteriyasını sıxması ilə bağlı hipertoniyaya səbəb olması və yaxud sistin digər orqanlara açılması və ya çırılaraq qarın boşluğuna tökülməsi ilə əlaqədar ola bilər. Dalaq exinokokunun radioloji görüntüsü adətən xarakterik olur, lakin bəzən onu digər dalaq sistləri ilə differensiasiya etmək lazım gəlir ( dalaq psevdosisti, epidermoid sist, dalağın bədxassəli törəməsi, dalaq absesi, dalağın hematoması və s.).

lapatoskopik əməliyyatda dalaq exinokokk sistinin görünüşü

Qaraciyər exinokokk sistindən fərqli olaraq dalaq sistləri zamanı xəstələrə konservativ müalicə seçimi və ya müşahidə seçimi çox az hallarda təklif edilir. Çünki dalaq sistlərinin travmatik cırılma riski çox yüksəkdir. Bu səbəbdən də dalağın exinokokk sistləri zamanı əməliyyat göstərişdir. Bu  zaman hissəvi və ya tam splenektomiya əməliyyatı icra edilir. Dalaq exinokokk sistlərini də qaraciyərdə olduğu kimi punksiya edib boşaltmaq olar. Lakin dalaqda asanlıqla çıxartmaq mümkün olduğu üçün ideal exinokokkektomiyaya (sistin tam çıxarılmasına) daha çox üstünlük verilir. Bəzən sist çox böyük olduqda splenektomiyadan əvvəl sistin drenaj olunmasına ehtiyac olur. Əməliyyatdan əvvəl və sonra xəstələrə albendazol verilməsinin faydası olur.

Mərkəzimizdə dalağın exinokokk sistinə görə bütün əməliyyatlar aparılır. Dalağın tam çıxarılması və ya hissəvi rezeksiyasının açıq və laparoskopik üsulla əməliyyat olunması üçün mərkəzimizə müraciət edə bilərsiniz.

Bunlar da maraqlı ola bilər.

Qaraciyər sistlərinin bədxassəli olma ehtimalı

Exinokokk xəstəliyinə necə yoluxulur