Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Babasil düyünləri anal kanalda olan damar strukturlarıdır. Əslində ,, babasil və ya hemorroid düyünləri ,, bu strukturların patoloji vəziyyətləri üçün adlandırılsa da onlar normal halda da mövcuddur və nəcis saxlama prosesində iştirak edir. Nəcis saxlamanın əsas işini anal sfinkterlər görsə də bunun 10-20% ni babasil düyünləri görür. Anal nahiyənin selikli qişa yastıqcıqları adam əyildikdə, fiziki iş gördükdə anal kanalın bağlı qalmasını təmin edir. Babasil düyünləri böyüdükdə və patoloji vəziyyət aldıqda anus nahiyəsində qaşınmanın yaranmasına səbəb də anal kanalın tam bağlanmaması ilə əlaqədardır. Bu zaman bağırsaqdan selik axaraq anus nahiyəsini qıcıqlandırır və qaşınma yaradır.
Təqribən 40% xəstədə patoloji hemorroid düyünlər heç bir əlamət vermir. Babasil düyünləri düz bağırsaq qanaxmasına, anus nahiyəsində ağrıya və qaşınmaya səbəb ola bilər.

Hemorroid düyünlərin böyüməsinə nə səbəb olur?
Qarın daxili təzyiqi artıran bütün faktlar babasil düyünlərinin böyüməsinə səbəb ola bilər. Bunlara assit, hamiləlik, qarında iri törəmə və s. aid ola bilər. Qəbizlik və ishal kimi requlyar olmayan bağırsaq vərdişləri, fiziki işlə az məşğul olma, qidalanma faktorları, genetik faktaorlar, hemorroid venalarda qapaqların olmaması, yaşlanma kimi səbəblər də patoloji hemorroid düyünlərinin yaranmasına gətirib çıxara bilər.
Əsasən 3 böyük babasil yastıqcığı müvcuddur. Xəstənin anusunun sol tərəfində ön və arxada və digəri sağ tərəfdə. Bundan başqa anusun digər hər tərəfində babasil düyünü əmələ gələ bilər. Hemorroid yastıqcıqlarının içində nə arteriyadır, nə də vena. Bunlar sinusoid adlanan xüsusi damar strukturlarıdır. Bu sinusoidlər bir biri ilə birləşərək sinusoid kələfi əmələ gətirir. Anusda dentate xəttindən yuxarıda və aşağıda yerləşməsindən asılı olaraq daxili və xarici babasil adlandırılır. Daxili babasil ağrı reseptorlarından məhrumdur və ağrı vermir.
Babasilin diaqnozu sadəcə kliniki müayinə ilə qoyulur. Bəzən daha ciddi xəstəlikləri inkar etmək üçün kolonskopiya kimi müayinələr də oluna bilər.
Gedişinə görə daxili babasil adətən 4 mərhələyə bölünür.
1. Babasilin sallanması yoxdur, sadəcə böyümüş düyünlər görünür.
2. Babasil düyünləri çölə çıxır və öz özünə yerinə qayıdır.
3. Babasil düyünü əl yardımı ilə yerinə qayıdır.
4. Düyünü əl ilə də yerinə qaytarmaq mümkün olmur.
Babasil düyünlərinin müalicəsi
Konservativ müalicə (əməliyyatsız) xəstəyə qəbizliyi aradan qaldıran nəcis yumşaldıcı dərmanların, iltihab əleyhinə preparatların və ilıq vannaların qəbul edilməsindən ibarətdir. Bundan başqa yerli agentlər və şamlar istifadə edilə bilər. Bunların tərkibində adətən kortikosteroidlər, yerli keyidicilər, selikli qişanı qoruyucu kremlər vardır. İstirahət etməkdə və sakitçilik verməkdə fayda vardır.
Əməliyyat hemorroid düyünlərinin kəsilib çıxarılmasından və ya hemorroid düyünlərinin bağlanmasından ibarətdir.
Bunlar da maraqlı ola bilər