Exinokokk xəstəliyinə necə yoluxulur?

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Exinokokk sisti
Kamran Beydullayev

Exinokokk xəstəliyi lentşəkilli exinokokk qurdlarının törətdiyi parazitik xəstəlikdir. Bu bütün dünyada yayılmış xəstəlikdir, amma bəzi regionlar isə bu xəstəlik üçün endemik hesab olunur. Bu regionlarda adətən heyvandarlıqla məşğulluq üstünlük təşkil edir. Endemik olmayan zonalarda bu xəstəliyə rast gəlinməsi imiqrasiya edən insanlar hesabına olur. İki növü geniş yayılıb və insanlarda rast gəlinir: sistli exinokokkozalveolyar exinokokkoz.

Exinokokk parazitinin yetkin formalarısestodları itlərin və digər yırtıcıların (pişik, canavar) nazik bağırsağında yaşayır. Onlar bu qurdun əsas sahibi hesab edilir.  Bu qurdların yumurtaları nəcislə birlikdə xaricə düşür və bu yumurtalar otu və qida kimi istifadə edilə bilən digər şeyləri bulaşdırır. Bunlara içməli su da aid edilə bilər. Bu qurdların aralıq sahibi adətən qoyunlar və keçilər olurlar. Bu qida məhsulları aralıq sahibi olan qoyun və keçilər tərəfindən qəbul edildikdə onlar bu parazitə yoluxurlar. İnsanlar da gigyenik qaydalara əməl etməməklə bu qidaları qəbul etdikdə təsadüfü aralıq sahibə çevrilir. Ağızdan həzm yoluna düşmüş yumurtalardan çıxan sürfələr bağırsaqdan qana və limfa damarlarına keçir və bu yolla da qaraciyərə çatır. Bu sürfələr adətən qaraciyərdə xəstəlik törədir. Əgər onlar qaraciyərdən də keçib qan dövranına qoşularlarsa digər bütün orqanları yoluxdurmaq potensialına malik olurlar. Bu orqanlar adətən ağciyər və beyin olur. Orqanlara daxil olan parazit qovuqcuq əmələ gətirir.

alveokokk
Exinokokk

Təqribən 6 aydan sonra bu qovuqcuq 1sm ölcüsündə olur. Tədricən böyüyən bu sistin divarı iki qatdan ibarət olur içərisi maye ilə dolu olur.. Daxili rüşeym qatından yeni qız qovuqcuqlar əmələ gəlir. Aralıq sahibində parazitlər bir neçə il yaşaya bilir. Bu parazitlərin əsas sahibə düşməsi aralıq sahiblərin yırtıcılar tərəfindən yeyilməsi nəticəsində baş verir.

exinokokk sisti
Exinokokk

Alveokokk parazitləri də təqribən eyni cür dövran edir. Amma onların yaratdığı sistlərin divarları daha kələ kötür olur. Onların metabolizm məhsulları ətraf toxumalarda iltihab törədir, və getdikcə yerləşdiyi orqanı dağıtmağa başlayır.

Bunlar da maraqlı ola bilər.