Babasil əməliyyatının qiyməti və müalicə üsulları

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Op. Dr. Kamran Beydullayev
Kamran Beydullayev

Babasil xəstəliyinin müalicə üsulları
Babasil xəstəliyini konservativ (əməliyyatsız) və ya əməliyyatla müalicə etmək olar.
Hemorroidlərin əməliyyatsız müalicəsi üçün aşağıdakılar edilir:
1. Qəbizlik verməyən qidaların qəbulu
2. İlıq vannalar. Xəstə gündə 2-3 dəfə 10-15 dəqiqə olmaqla ilıq su vannasına oturur. Böyük bayıra çıxmamışdan əvvə ve sonra da bunu etmək məsləhətdir.
3. Anal nahiyəni təmiz saxlamaq lazımdır
4. Quru tualet kağızlarından istifadə etmək olmaz
5. Bəzən anal nahiyədəki şişkinliyi azaltmaq üçün soyuq kompreslərdən istifadə etmək lazım gəlir.
6. Ağrıkəsici tabletkalar qəbul edilə bilər. Bu məqsədlə iburofen, paracetamol istifadə edilir.
7. Yerli kremlərdən və şamlardan istifadə edilir. Bu krem və şamların tərkibində adətən hidrokortizon və lidokain olur.

Babasil əməliyyatı
Hemorroidektomiya əməliyyatının qiyməti

Əməliyyatla müalicə üsulları aşağıdakılardır
1. Xarici hemorroid düyününün trombektomiyası. Bəzən xarici babasil düyününün içində qan laxtalanaraq tromb əmələ gətirir. Bu çox ağrılı olur. Bu tromb sadə bir kəsiklə çıxarılaraq xəstənin ağrıları azaldıla bilər.
2. Rezin band liqasiyası. Qanayan və ya ağrılı olan babasil düyününün damaqr ayaqcığına iki ədəd kiçik rezin band atılır və düyünün qan təhcizatı bağlanır. Bir çox xəstələrdə bu yetərli olur.
3. Skleroterapiya. Babasil düyününün əsasına sklerozlaşdıran kimyəvi maddə yeridilməklə edilir.
4. Fotokoaqulyasiya. Düyünlərin əsası infraqırmızı şüalarla, isti ilə və lazerlə koaqulyasiya edilir. Bu üsuldan sonra babasilin daha çox təkrar olmaq riski var.
5. Hemorroid düyünlərinin çıxarılması. Konservativ və digər müalicə üsulları effekt vermədikdə cərrahi əməliyyat təklif edilir. Cərrahi əməliyyat yerli, spinal və ya ümumi anesteziya altında icra edilə bilər. Babasil düyünlərnin çıxarılması əməliyyatı hemorroidektomiya əməliyyatı adlanır. Müxtəlif əməliyyat üsulları mövcuddur. Bunlardan Milliqan Morqan və Ferquson üsulları daha geniş yayılıb. Hal hazırda liqaşurla hemorroidektomiya əməliyyatı daha tez tez icra edilir.
6. Stapler hemorroidopeksiya. Nisbətən yeni üsuldur. Xəstələr tərəfindən daha rahat qəbul edilsə də babasilin təkrar olma ehtimalı hemorroidektomiya əməliyyatından daha çoxdur.

Bunlar da maraqlı ola bilər

  1. Yoğun bağırsaq şişlərinin əlamətləri
  2. Yoğun bağırsaq xərcənginin cərrahi müalicəsinin təməl prinsipləri
  3. Pilonidal sinus (yanlış adı dermoid sist)
  4. Düz bağırsaq xərcəngi. Mezorektal eksiziya niyə lazımdır?
  5. Babasil xəstəliyi haqqında
  6. Babasil əməliyyatının ağırlaşmaları

Babasil əməliyyatının ağırlaşmaları

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Op. Dr. Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Hemorroid əməliyyatından sonra xəstənin bərpa olunma dövrü 1-3 həftə çəkə bilər. Bu müddətin uzunluğu müalicənin tipindən, xəstəliyin ağırlıq dərəcəsindən, çıxardılmış babasil düyünlərinin sayından asılı ola bilər.

Hemmorroid
Boğulmuş, tromblaşmış və iltihablaşmış babasil düyünləri

Adətən əməliyyatdan sonra xəstələr ağrılardan şikayətlənirlər. Xəstələrdə qəbizlik müşahidə edildikdə bu ağrılar daha da qüvvətli ola bilər. Ona görə də müalicə müddətində qəbizliyin aradan qaldırılmasına çalışmaq lazımdır. Əməliyyat olunan xəstələrdə ağrılar skleroterapiya, fotokoaqulyasiya və liqatura üsulu ilə müalicə alan xəstələrdən daha çox olur. Müxtəlif ağrıkəsicilərin təyin olunması, dietin uyğunlaşdırılması, çoxlu maye qəbul edilməsi və nəcis yumşaldıcı dərmanların istifadə olunması ilə ağrı müəyyən qədər aradan qaldırıla bilər. İlıq vannalar da bu periodu ağrısız keçirməyə kömək edir.
Nəcis saxlaya bilməmək hemorroidektomiya əməliyyatından sonra rast gəlinə bilinən ağırlaşmalardandır. Bu adətən əməliyyatdan sonra qısa müddətdə rast gəlinin və 1 həftədən sonra keçir. Əgər bu əlamətlər daha uzun müddət müşahidə olunursa bu zaman anusun sfinkterinin zədələnməsi səbəbindən ola bilər.
Qaşınma əməliyyatdan sonra ilıq vannalarla və müxtəlif kremlərlə aradan qaldırıla bilər.
Qanaxma babasil əməliyyatlarından sonra heç də az rast gəlinmir. Az miqdarda qanın gəlməsi əməliyyatdan sonra rast gəlinə bilər. Lakin axan qanın miqdarı çox olduqda yenidən klinikaya müraciət etmək lazımdır. Qanaxma adətən 3 günə qədər baş verir. Bəzən təkrar müdaxiləyə ehtiyac olur.
Əməliyyat nahiyəsinin infeksiyalaşması nəcisin yaranı bulaşdırması nəticəsində olur. Hərarətin yüksəlməsi yaranın infeksiyalaşmasına işarə ola bilər.
Əməliyyatın uzun dönəm ağırlaşmaların isə təkrar babasil düyünlərinin əmələ gəlməsianus kanalının daralmasıdır. Əməliyyat üsulundan asılı olaraq hemorroid düyünləri müxtəliq tezlikdə yenidən əmələ gələ bilərlər. Buna xəstədə babasil yaranmasına səbəb olan şərtlərin hələ də qalması səbəb olur.
Anu kanalının stenozu adətən çoxlu sayda xarici babasilin kəsilib çıxarılmasından sonra yaranan çapıq nəticəsində olur. Keçiriciliyi bərpa etmək üçün təkrar rekonstruktiv əməliyyat etmək lazım gəlir.

Bunlar da maraqlı ola bilər.

  1. Yoğun bağırsaq şişlərinin əlamətləri
  2. Yoğun bağırsaq xərcənginin cərrahi müalicəsinin təməl prinsipləri
  3. Pilonidal sinus (yanlış adı dermoid sist)
  4. Düz bağırsaq xərcəngi. Mezorektal eksiziya niyə lazımdır?
  5. Babasil xəstəliyi haqqında

 

Babasil xəstəliyi haqqında

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Ümumi Cərrah
Op. Dr. Kamran Beydullayev

Babasil düyünləri anal kanalda olan damar strukturlarıdır. Əslində ,, babasil və ya hemorroid düyünləri ,, bu strukturların patoloji vəziyyətləri üçün adlandırılsa da onlar normal halda da mövcuddur və nəcis saxlama prosesində iştirak edir. Nəcis saxlamanın əsas işini anal sfinkterlər görsə də bunun 10-20% ni babasil düyünləri görür. Anal nahiyənin selikli qişa yastıqcıqları adam əyildikdə, fiziki iş gördükdə anal kanalın bağlı qalmasını təmin edir. Babasil düyünləri böyüdükdə və patoloji vəziyyət aldıqda anus nahiyəsində qaşınmanın yaranmasına səbəb də anal kanalın tam bağlanmaması ilə əlaqədardır. Bu zaman bağırsaqdan selik axaraq anus nahiyəsini qıcıqlandırır və qaşınma yaradır.
Təqribən 40% xəstədə patoloji hemorroid düyünlər heç bir əlamət vermir. Babasil düyünləri düz bağırsaq qanaxmasına, anus nahiyəsində ağrıyaqaşınmaya səbəb ola bilər.

Hemmorroid
Boğulmuş, tromblaşmış və iltihablaşmış babasil düyünləri

Hemorroid düyünlərin böyüməsinə nə səbəb olur?
Qarın daxili təzyiqi artıran bütün faktlar babasil düyünlərinin böyüməsinə səbəb ola bilər. Bunlara assit, hamiləlik, qarında iri törəmə və s. aid ola bilər. Qəbizlik və ishal kimi requlyar olmayan bağırsaq vərdişləri, fiziki işlə az məşğul olma, qidalanma faktorları, genetik faktaorlar, hemorroid venalarda qapaqların olmaması, yaşlanma kimi səbəblər də patoloji hemorroid düyünlərinin yaranmasına gətirib çıxara bilər.
Əsasən 3 böyük babasil yastıqcığı müvcuddur. Xəstənin anusunun sol tərəfində ön və arxada və digəri sağ tərəfdə. Bundan başqa anusun digər hər tərəfində babasil düyünü əmələ gələ bilər. Hemorroid yastıqcıqlarının içində nə arteriyadır, nə də vena. Bunlar sinusoid adlanan xüsusi damar strukturlarıdır. Bu sinusoidlər bir biri ilə birləşərək sinusoid kələfi əmələ gətirir. Anusda dentate xəttindən yuxarıda və aşağıda yerləşməsindən asılı olaraq daxili və xarici babasil adlandırılır. Daxili babasil ağrı reseptorlarından məhrumdur və ağrı vermir.
Babasilin diaqnozu sadəcə kliniki müayinə ilə qoyulur. Bəzən daha ciddi xəstəlikləri inkar etmək üçün kolonskopiya kimi müayinələr də oluna bilər.
Gedişinə görə daxili babasil adətən 4 mərhələyə bölünür.
1. Babasilin sallanması yoxdur, sadəcə böyümüş düyünlər görünür.
2. Babasil düyünləri çölə çıxır və öz özünə yerinə qayıdır.
3. Babasil düyünü əl yardımı ilə yerinə qayıdır.
4. Düyünü əl ilə də yerinə qaytarmaq mümkün olmur.
Babasil düyünlərinin müalicəsi
Konservativ müalicə (əməliyyatsız) xəstəyə qəbizliyi aradan qaldıran nəcis yumşaldıcı dərmanların, iltihab əleyhinə preparatların və ilıq vannaların qəbul edilməsindən ibarətdir. Bundan başqa yerli agentlər və şamlar istifadə edilə bilər. Bunların tərkibində adətən kortikosteroidlər, yerli keyidicilər, selikli qişanı qoruyucu kremlər vardır. İstirahət etməkdə və sakitçilik verməkdə fayda vardır.
Əməliyyat hemorroid düyünlərinin kəsilib çıxarılmasından və ya hemorroid düyünlərinin bağlanmasından ibarətdir.

Bunlar da maraqlı ola bilər

  1. Yoğun bağırsaq şişlərinin əlamətləri
  2. Yoğun bağırsaq xərcənginin cərrahi müalicəsinin təməl prinsipləri
  3. Pilonidal sinus (yanlış adı dermoid sist)
  4. Düz bağırsaq xərcəngi. Mezorektal eksiziya niyə lazımdır?
  5. Düz bağırsaq xərcəngi