|
Sirroz xəstəliyinin müalicəsi
Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Sirroz xəstəliyinin müalicəsi dedikdə onun əlamətlərinin aradan qaldırılması üçün və ağırlaşmalarının qarşısının alınması üçün görülən tədbirlər nəzərdə tutulur. Məqsəd sirrozun getdikcə daha da pisləşməsi prosesinin sürətini azaltmaqdır. Sirroz xəstəliyi isə müalicə edilib sağaldıla bilən xəstəlik deyil. Sirrotik qaraciyərdən xilas olmanın yeganə yolu qaraciyər transplantasiyasıdır.
Aşağıdakı tədbirlər sirrozun səbəbini aradan qaldıra bilər, onun pisləşməsi zürətini zəiflədə bilər və ağırlaşmalarını profilaktika edə bilər.
Həyat tərzi
1. Sirrozlu xəstələr alkohol qəbulundan tam imtina etməlidirlər.
2. Əgər çəki artıqlığı varsa mümkün qədər çəki itirmək lazımdır.
3. Mütəmadi fiziki hərəkətlər etmək lazımdır ki, əzələ kütləsinin azalmasına yol verilməsin.
4. Yüksək səviyyədə gigiyena qaydalarına əməl etmək lazımdır.
5. Bəzi hepatit viruslarına və periodik qrip viruslarına qarşı peyvənd edilməsinə ehtiyac ola bilər.
6. Lazımsız dərmanların istifadəsindən qaçmaq lazımdır.

Diet dəyişiklikləri
Balanslı qidalanma faydalıdır. Sirrozlu xəstələrə lazım olan bürün qida məhsullarını almalıdırlar. Zəifləmiş qidalanma sirroz xəstələrində tez tez rast gəlinən haldır.
Qidada yemək duzlarının miqdarının azaldılması ödemin əmələ gəlməsinin və orqanizmdə artıq maye toplanmasının qarşısını alır.
Qidada əlavə protein olması məsləhətdir. Sirrotik qaraciyrin qlikogen ehtiyatı azalır. Bu o deməkdir ki, qida qəbul olunduqdan bir müddət sonra qanda energi üçün istifadə edilməsi gərəkən maddələr olmur. Bu səbəbdən də orqanizm əzələ toxumasından istifadə edir ki, bu da əzələ kütləsinin azalmasına səbəb olur. Ona görə də qida ilə əlavə protein qəbul etməyə ehtiyac duyulur.
Qida qəbulunun sayını artırıb miqdarını azaltmaq daha faydalıdır.

Dərmanlar.
Xəstəlik törədən səbəbə qarşı dərman preparatlarından istifadə edilə bilər. Hepatit viruslarının müalicəsi effektli ola bilər.
Xəstəliyin əlamətlərin aradan qaldırmaq üçün istifadə edilən dərmanlara sidik qovucular, venoz sistemdə təzyiqi azaldan dərmanlar, qaşınmanın qarşısını alan kremlər aiddir.
Ağırlaşmaların qarşısını alan tədbirlər görülə bilər. Bunlara sirrotik xəstələrdə qanaxma riski yaradan varikoz genişlənmiş qida borusu venalarının endoskopik yolla bağlanması aiddir. Varikoz venalara band atılması müəyyən müddət üçün qanaxmanın qarşısını alır.
Ətraflarda ödem və qarında assit toplanması zamanı az duzlu yeməklər, sidik qovucular kömək edə bilər. Bəzi hallarda isə mayenin boşaldılmasına ehtiyac ola bilər.
Sirrozu olan xəstələrin bəzilərində beyinin funksiyasının pozulması baş verə bilir. Bu hal ensefalopatiya adlanır. Hepatik ensefalopatiyanın qarşısını alan əsas dərman laktulozadır.
Qanın laxtalanma sisteminin pozulması sirroz xəstələri üçün xarakterikdir. Bu zaman K vitamininin qəbulu və ya xəstəyə plazma köçürülməsi faydalı ola bilər.
Qaraciyər transplantasiyası sirrozun yeganə radikal müalicəsidir.
Bunlar da maraqlı ola bilər
Hepatit C haqqında sual cavab
Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Hepatit C xəstəliyi nədir?
Hepatit C xəstəliyi hepatotrop virus olan hepatit C virusu tərəfindən törədilən qaraciyərin iltihabi xəstəliyidir.
Hepatit A, hepatit B və hepatit C arasında fərq nədir?
Bunların hər bir qaraciyərdə infeksion xəstəlik yarada bilən müxtəlif viruslardır. Onların eyni əlamətlər yarada bilsə də onların yoluxma yolları və qaraciyərə təsiri müxtəlifdir.
Hepatit C nə qədər davam edir?
Hepatit C xəstəliyi 1 neçə ay davam edən yüngül xəstəlik kimi də, həyat boyu davam edən və ciddi fəsadları olan xəstəlik kimi də təzahür edə bilər. Hepatit C adətən kəskin ( təzə başlamış xəstəlik) və xroniki (həyat boyu davam edən) ola bilrir.
Kəskin hepatit C virusla kontaktda olduqdan sonra 6 ay müddətində əmələ gəlir. Kəskin hepatit C qısa müddətli xəstəlik də ola bilər, lakin əksər insanlar üçün bu xroniki xəstəliyə keçir.
Xroniki hepatit C xəstəliyi həyat boyu davam edir. Müalicə edilmədikdə qaraciyər sirrozu, qaraciyər xərcəngi yarada bilər.
Kəskin hepatit C nin xroniki hepatit C yə keçmək şansı nə qədərdir?
Hepatit C yə yoluxmuş insanların 75-85 % də xroniki hepatit C xəstəliyi yaranacaqdır.
Orqanizmin hepatit C virusunu özündən təmizləmək şansı varmı?
Bəli. 15-25% xəstələr heç bir müalicə olmadan hepatit C virusundan azad ola bilirlər.
Azərbaycanda hepatit C nə qədər çox yayılıb?
Dəqiq informasiya yoxdur. Hesab edilir ki, bu rəqəm əhalinin 2-7 %-i arasındadır.
Hepatit C necə yayılır?
Hepatit C ilə yoluxmuş xəstənin qanı hələ infeksiyalaşmamış adamın bədəninə daxil olduqda yoluxma baş verir. Hal hazırda ən çox yoluxma dərman yeridilən zaman eyni iynənin və avadanlığın ürtaq istifadəsi səbəbindən baş verir. 1992-ci ildən əvvəl qanda hələ bu virus təyin edilə bilmədiyindən onun yoluxması qan köçürülməsi və orqan transplantasiyası zamanı da baş verirdi. Aşağıdakı hallarda yoluxma baş verə bilər:
• Eyni iynəni, şprisi bölüşən zaman
• Tibb işçilərinə infeksiyalı iynənin batması nəticəsində
• Hepatit C li xəstəliyi olan anadan doğulan zaman uşaq
• Diş şotkası və ülgüclərin ortaq istifadəsi zamanı
• Cinsi əlaqə zamanı
• Piersing qoyulan zamanı və ya tatoo doyülən zamanı
Göstərilən son 3 səbəb az ehtimallıdır. Hepatit C xəstəliyi yemək qablarının bölüşməsi ilə, süd əmizdirməklə, qucaqlaşmaqla, öpüşməklə, özkürəklə və asqırmaqla keçmir. Bu həm də qida və su ilə yayılmır.
Əgər bir kəs hepatit C xəstəliyi keçirib və sağalıbsa onun yenə də hepatit C xəstəliyinə yoluxmaq ehtimalı varmı?
Bəli. Hepatit B dən fərqli olaraq hepatit C dən xilas olmuş şəxs ikinci dəfə də bu virusa yoluxa bilər.
Hepatit C virusu cinsi əlaqə ilə yayıla bilirmi?
Bəli. Lakin onun cinsi əlaqə ilə yayılmaq riskinin çox aşağı olması müəyyən edilib.
Hepatit C xəstəliyinin məişətdə bir evdə yaşayan adamlar arasında yayılması mümkündürmü?
Bəli, amma bu çox da tez tez baş vermir. Adətən o zaman baş verir ki, kimsə xəstənin qanı ilə birbaşa təmasda olsun.
Hamilə qadının doğuş zamanı xəstəliyi uşağa keçirməsi riski nə qədərdir?
100 hepatit C xəstəsi olan hamilə qadından doğuş zamanı yalnız 6 uşaq hepatit C xəstəliyinə yoluxur.
Hepatit C xəstəliyi nə qədər ciddidir və fəsadların yaranması ehtimalı nə qədərdir?
Hepatit C xəstəliyinə yoluxanların 75-85 % də xroniki qaraciyər xəstəliyi əmələ gəlir.
Xroniki hepatit C xəstəliyi olanların 20 il ərzində təqribən 20% də sirroz inkişaf edə bilir.
Hepatit C yə bağlı Sirrozu olan 100 xəstənin hər il 3-6 nəfərində qaraciyər çatışmazlığı və 1-5 nəfərində ilə qaraciyər xərcəngi inkişaf edir.
Hepatit C ilə xəstə olan ana uşağa süd vermədən çəkinməlidirmi?
Hal hazırda hesab edilir ki, xeyr. Bu yalnız o halda edilir ki, döş giləsində açıq yara var və ya qanlı ifrazat var.
Hepatit C virusu ilə kontaktda olandan neçə müddət sonra yoluxma baş verdiyini bilmək olar?
Virusla yoluxduqdan təqribən 4-10 həftə sonra qanda anticisimlər əmələ gəlir. 95% adamda yoluxmadan yalnız 6 ay sonra bunu analizlərlə təyin etmək olur. PCR müayinəsi ilə yoluxmadan 2-3 həftə sonra bunu bilmək olar.
Xroniki hepatit C necə müalicə olunur?
Bütün hepatit Cxəstələrinin müalicəyə ehtiyacı yoxdur. Kimin müalicəyə ehtiyacı olmasını müalicə həkimi uyğun müayinələrdən sonra təyin edir. Hal hazırki müalicə adətən 3 ay müddətinə təyin edilir və 90% effektlidir.
Bunlar da maraqlı ola bilər
- Kəskin qaraciyər çatışmazlığı, səbəbləri, ağırlaşmaları və müalicəsi
- Qaraciyər sistlərinin bədxassəli olma ehtimalı
- Assit yaranmasının səbəbləri
- Canlı qaraciyər və böyrək donorlarının ilkin nəticələri, Mərkəzi Neftçilər Xəstəxanasının orqan transplantasiya şöbəsi
- Hepatit B haqqında ən çox soruşulan suallar
Hepatit B haqqında ən çox soruşulan suallar
Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Hepatit nədir?
Qaraciyərin iltihabına hepatit deyilir. Hər hansı səbəbdən qaraciyər iltihablaşanda onun funksiyaları pozulur. Qaraciyərin iltihabına səbəb ola bilən xəstəliklər alkoqolizm, zəhərlənmə, dərmanların əlavə təsiri və s. ola bilər. Ən çox yayılmış səbəb isə viruslardır. Ən çox yayılmış hepatit virusları hepatit A, B və C viruslarıdır.
Hepatit A, hepatit B və hepatit C xəstəlikləri arasında nə fərq var?
Bunların hər biri müxtəlif viruslar tərəfindən törədilən qaraciyərin iltihabi xəstəliyidir. Onlar eyni əlamətlərlə üzə çıxsa da müxtəlif yollarla yayılar və qaraciyəri müxtəlif cür zədələyir. Hepatit A qısa müddətli infeksiyadır və xəstələrdə uzun müddət qalmır. Hepatit B və C də qısa müddətli infeksiya kimi başlayır, amma əksər xəstələrdə xroniki vəziyyətə keçir. Hepatit A və hepatit B üçün vaksinlər mövcuddur. Lakin hepatit C nin qarşısını almaq üçün vaksin yoxdur.
Hepatit B nədir?
Hepatit B xəstəliyi hepatit B virusu tərəfindən törədilmiş qaraciyərin infeksion xəstəliyidir.
Kəskin hepatit B. Hepatit B virusu ilə qarşılaşmış orqanizmdə adətən 6 müddətində davam edən qısa müddətli xəstəlikdir. Xəstəlik yüngül formadan ağır formaya qədər müxtəlif kəskinliklə keçə bilər. Bəzi insanlar bu virusu müalicəsiz özündən kənarlaşdıra bilir. Virusu özündən kənarlaşdıra bilən adamlar bu xəstəliyə qarşı immunitet əldə edir və bir də bu virusa yoluxmur. Bəzi hallarda isə kəskin infeksiya xroniki infeksiyaya keçir.
Xroniki hepatit B xəstəliyi isə həyat boyu davam edən, zaman keçdikcə qaraciyər sirrozu, qaraciyər xərçəngi kimi ciddi sağlamlıq problemi yarada bilən xəstəlikdir.
Kəskin hepatitin xroniki hepatitə keçməsi ehtimalı nə qədərdir?
Bu rəqəm xəstənin yaşından asılıdır. 1 yaşına qədər yoluxan uşaqların 90% də xroniki infeksiya əmələ gələcəkdir. 1-5 yaş arasında yoluxanların 25-50% də xəstəliyin xronikiləşməsi ehtimal edilir. Yetkin insanlarda isə əksəriyyət, hətta bəzi məlumatlara görə 95% virusu orqanizmdən təmizləyə bilir.
Hepatit B xəstəliyi ilə yoluxanların sayı ildən ilə necə dəyişir?
Hepatit B vaksinlərinin proqramlı şəkildə vurulması ilə əlaqədar olaraq hepatit B xəstəliyi ildən ilə azalmaqdadır.
Azərbaycanda xroniki hepatit B xəstələrinin sayı nə qədərdir?
Konkret bir statistika yoxdur. Lakin xəstəliyin yayılmasına görə ölkələr əhalinin 2% in altında, 2-7%, və 7% -dən yuxarı olan ölkələrə bölünür. Azərbaycanda əhalinin 2-7%-nin bu xəstəliklə yoluxması hesab edilir.
Dünya üzrə bu rəqəm neçədir?
Hesab edilir ki, dünyada 260 milyon adam xronik hepatit B xəstəliyi ilə xəstədir.
Hepatit B necə yayılır?
Hepatit B virusu ilə infektə olan qan, sperma və digər mədən mayeləri əvvəllər bu infeksiyaya yoluxmamış insanın bədəninə daxil olduqda yoluxma baş verə bilər.
• Doğuş zamanı infeksiyalı anadan uşağa keçə bilər
• İnfeksiyalaşmış partnyorla cinsi əlaqə zamanı
• İynə, şpris və digər alətlərin ortaq istifadəsi zamanı
• Diş şotkası, ülgüc və tibbi avadanlığın ortaq istifadəsi zamanı
• İnfeksiyalı xəstənin qanı ilə və ya açıq yarası ilə birbaşa kontakt zamanı
• Tibb işçiləri infeksiyalı xəstənin qanına bulaşmış iynə ilə və ya digər iti alətlərlə zədə aldıqda
Hepatit B yeməklə, su ilə, süd vermə ilə, qucaqlaşmaqla, öpüşməklə, əl sıxmaqla, asqırmaq və öskürməklə keçmir. Hepatit B ilə xəstə olan xeyli insan xəstəliklərindən xəbərdar deyil və xəstəlik yaya bilirlər.
Hepatit B virusu cinsi əlaqə ilə yayıla bilərmi?
Bəli. Xəstə insanın bütün bədən mayeləri, o cümlədən sperma viruslu olur və yoluxmaya səbəb ola bilər.
Kimin daha çox hepatit B xəstəliyinə yoluxmaq ehtimalı var?
• İnfeksiyalı anadan doğuş zamanı uşaq
• Narkotik istifadəçiləri iynə və şprisləri bölüşən zaman
• Hepatit B li xəstənin seks partnyoru
• Hepatit B ilə bir evdə yaşayan insanlar
• Tibb işçiləri
• Hemodializ xəstələri
Əgər kimsə hepatit virusu ilə kontakta olubsa və hepatitə yoluxmaq ehtimalı olduğunu düşünürsə nə etməlidir?
Bu vəziyyət adətən xəstə qanına bulaşmış iynələrlə zədə alan tibb işçilərinin başına gəlir. Risk altında olan analiz verməlidir və hepatit B yə qarşı immun vəziyyəti qiymətləndirilməlidir. Əvvəllər hepatit B keçirmiş və ya vaksinasiya olunmuş insanlarda analizdən sonra heç nəyə ehtiyacı olmaya bilər. Amma qanda immuniteti olmayan risk altında olanlara hepatit B immunoqlobulin inyeksiyası olunmalıdır.
Hepatit B virusu orqanizmdən kənarda nə qədər müddətə yaşayır?
Orqanizmdən kənarda virus 7 gün yaşaya bilər. Bu müddətdə hələ onun infeksiyalaşdırmaq imkanı var.
Əgər mən əvvəllər hepatit B ilə xəstələnmişəmsə mənim yenə də bu xəstəliyə yoluxmaq şansım varmı?
Əgər siz əvvəllər yoluxmusunuzsa və orqanizminiz bu virusu bədəndən təmizləyibsə sizin yenidən yoluxmaq şansınız yoxdur.
Hepatit B xəstəliyi olan qan və ya orqan donoru ola bilərmi?
Xeyr
Hepatit B-nin qarşısı alına bilərmi?
Bəli. Peyvənd olunmaqla hepatit B-nin qarşısını almaq olar. Peyvənd təhlükəsizdir, effektlidir.
Hepatit B vaksini necə təsir göstərir?
Hepatit B vaksini orqanizmin immun sistemini stimulyasiya edir, orqanizmdə virusa qarşı anticisimlər əmələ gəlir və hepatit B virusları ilə kontaktda olduqda bu anticisimlər virusu zərərsizləşdirir.
Kimlərə vaksin olunur?
• Bütün uşaqlar
• 19 yaşına çatmamış və əvvəllər vaksinasiya olunmamış hər kəs
• Seks partnyoru hepatit B xəstəsi olanlar
• Infeksiyalı qanla təmasda olan insanlar
• Hepatit C virusu olan və digər qaraciyər xəstəliyi olanlar
• HİV virusu daşıyıcıları
• Hepatit B xəstəliyindən qorunmaq istəyən hər bir kəs
Hepatit B vaksini təhlükəsizdirmi?
Bəli. Hepatit B vaksinindən sonra ciddi problem yaranması üçün çox az risk var.
Hepatit B immunoqlobulini nədir?
Hepatit B immunoqlobulini hepatit B virusuna qarşı hazır anticisimlərdir. Onlar qısa zaman ərzində xəstədə immunitet yaratmaq üçündür. Adətən müəyyən dövr üçün və tez immunitet yaratmaq üçün vurulur. Hepatit B xəstəsi olan anadan doğuş zamanı uşağa, hepatit B li seks partnyoru olanlara, hepatit B xəstəsinin qanı ilə kontaktda olmuş tibb işçiləri və s.
Hepatit B xəstəliyinin əlamətləri hansılardır?
Yoluxanların yalnız 30-50% də əlamətlər olur. Kiçik uşaqların əksəriyyətində əlamətlər olmur. Hepatit B xəstəliyinin kəskin dövründə əlamətlər qrip virusuna yoluxan zaman olan ümumi əlamətlərdir. Bunlardan başqa qaraciyərin zədələnməsini göstərən sarılıq, sidiyin tündləşməsi kimi digər əlamətlər də yarana bilər. Əlamətlər virus ilə kontaktda olandan 3 ay sonra yaranır və bəzən 6 aya qədər davam edə bilər. Xronik hepatit B xəstəliyinin çox vaxt heç bir əlaməti olmur. Xroniki xəstəlik arada kəskinləşdikdə kəskin infeksion xəstəlik əlamətləri ilə, uzun xəstəlikdən sonra isə qaraciyərin irəliləmiş xəstəliyi əlamətləri ilə təzahür edə bilir. Xəstəlik 10 illərlə əlamətsiz qala bilər.
Hepatit B virusu həyati təhlükə yaradırmı?
Bəli. Düzgün müalicə etmədikdə, xəstəliyi kontrol etmədikdə kəskin qaraciyər çatışmazlığına, qaraciyər xərcənginə və qaraciyər sirrozuna gətirib çıxara bilər. Lakin bu vəziyyətə 18 yaşdan sonra yoluxanların yalnız 15 %-i, 18 yaşdan əvvəl yoluxanların isə 25 % i gəlib çıxır.
Hepatit B xəstəliyi müalicə olunurmu?
Kəskin dövrdə hepatit B xəstəliyin müalicəsi sadəcə dəstəkverici tədbirlərdən ibarətdir.
Xroniki hepatit B xəstəliyi zamanı isə virusa qarşı müxtəlif dərmanlardan istifadə edilir. Bilmək lazımdır ki, bütün Hepatit B xəstələrinin müalicəyə ehtiyacı yoxdur. Kimin müalicəyə və hansı müalicəyə ehtiyac olmasını həkim təyin edir. Müalicə başlanılan xəstə adətən ömrü boyu bu dərmanı qəbul edir.
Xəstələr özləri qaraciyərlərini necə qorumalıdırlar?
Alkoqoldan uzaq durmaları lazımdır. Müxtəlif dərman maddələri, qida əlavələri və s. qəbulu zamanı müalicə həkiminizlə məsləhətləşməlisiniz. Mütəmadi müayinələr olunmalısınız.
Bunlar da maraqlı ola bilər.
- Kəskin qaraciyər çatışmazlığı, səbəbləri, ağırlaşmaları və müalicəsi
- Qaraciyər sistlərinin bədxassəli olma ehtimalı
- Assit yaranmasının səbəbləri
- Canlı qaraciyər və böyrək donorlarının ilkin nəticələri, Mərkəzi Neftçilər Xəstəxanasının orqan transplantasiya şöbəsi
Sirroz nədir?
Dr. Rəna Əliyeva, Hepatoloq( Mərkəzi Neftçilər Xəstəxanası Orqan Transplantasiya şöbəsi)

Sirroz nədir?
Qaraciyər bir çox zədələnməyə qarşı çox stereotipik nekroz (hüceyrələrin ölməsi) və regenerasiya ilə cavab verir. Ancaq çox zaman meydana gələn memarlıq işləri anormal olur və bağ toxumasının artması səbəbilə qaraciyər nodullara (düyünlərə) ayrılmış olur. Sirroz-(yunan dilində narıncı rəngli anlamına gəlir və xəstə qaraciyərin görüntüsünü tərif edir) qaraciyər toxumasının bu düyünlü görüntüsünə və diffuz fibrozisinə verilən patoloji termindir və təəəssüf ki, bir çox qaraciyər xəstəliyinin son ortaq nöqtəsidir. Düyünlər 3mm-dən kiçik olarsa, mikronodulyar sirroz, 3mm-dən böyük isə makronodulyar sirroz deyilir. Amerika Birləşmiş Ştatlarında sirroz ən çox Hepatit C və alkoqola bağlı meydana çıxır və ölüm səbəbləri arasında 12-ci yerdədir, ildə isə təqribən 25.000 insanın ölümünə səbəbdir. Qaraciyər toxumasında baş verən patoloji degenerasiya hepatosellülyar yetməzlik(qaraciyər hüceyrəsi yetməzliyi) və portal hipertenziyaya gətirib çıxarır. Qaraciyər toxumasının yetərsizliyi sarılıq, koaqulopatiya(qanın laxtalanma sisteminin pozulması) və ensefalopatiya ilə nəticələnir. Sirroza bağlı portal hipertenziya gastroezofaqeal varislərə, assitə və hipersplenizmə yol açır. Sirroz, qaraciyər yetməzliyi və portal hipertenziyanın klinik olaraq görünən nəticələri bunlardır:
-Palmar eritem ( qırmızı ovuc)
-Arterial hörümçək –Spider naevi (damarların dəridə tor şəkillənməsi)
-Flapping tremor ( çırparaq titrəmə)
-Fetor hepatikus (pis iy gəlməsi)
-Ginekomastiya (kişilərdə süd vəzilərinin patoloji böyüməsi)
-Testikulyar atrofiya ( testislərin kiçilməsi)
-Sarılıq
-Maye toplanması
-Assit
-Splenomeqaliya (dalağın böyüməsi)
-Ensefalopatiya ( huşun pozulması)
-Qastroezofaqeal varislər (mədə-qida borusu damarlarının genişlənməsi)
Sirroz hepatosellülyar yetməzliyin varlığı və ya yoxluğuna görə kompensasiya olmuş və kompensasiya olmamış(dekompensə) olaraq klassifikasiya olunur. Kompensə xəstələr özlərini yaxşı hiss edə bilirlər, laboratoriya analizlərinin nəticələri normal ola bilir. Bu xəstələrin bəzilərində sirrozlu qaraciyər tamamən təsadüfən bir UZİ, kompüter-tomoqrafiya müayinəsində və ya başqa bir səbəblə laporatomiya edildiyi zaman aşkarlana bilir.
Dekompensasiya isə sarılıq və assitlə ortaya çıxır. Dekompensasiyaya səbəb olan faktorlar bunlardır:
-Özbaşına bitkisəl və ya dərman müalicəsi
-İnfeksiyalar
-Qastrointestinal qanama
-Qaraciyər xəstəliyinin irəliləməsi.
Assit qaraciyər xəstəliyinin ən çox rast gəlinən ağırlaşmasıdır və həyata neqativ təsir edərək, nəinki varlığı qarında rahatsızlığa səbəb olur, həmçinin ciddi şəkildə ağciyər problemlərinə, təkrarlayan infeksiyalara, böyrək yetməzliyinə, yırtıqların əmələ gəlməsinə yol açır. Ümumən, uzun sürədə sağqalmanın pessimist xəbərvericilərindən biridir.
Bunlar da maraqlı ola bilər
- Assit yaranmasının səbəbləri
- Portal vena trombozu
- Kəskin qaraciyər çatışmazlığı, səbəbləri, ağırlaşmaları və müalicəsi
- Kimlərdə Hepatit C xəstəliyinin olması ehtimalı daha yüksəkdir?
Kimlərdə Hepatit C xəstəliyi olması ehtimalı daha yüksəkdir?
Dr. Rəna Əliyeva, Hepatoloq, Cərrahiyyə və Orqan Transplantasiya şöbəsi, 0502622929
Xroniki viral Hepatit C infeksiyası baxımından araşdırılması lazım olan əsas insan qrupları bunlardır:
Riskli davranış sərgiləyənlər
- IV dərman və maddə istifadəçiləri
- IV olmayan maddə asılıığı olanlar
- Riskli cinsi davranış keçmişi olanlar
- Homoseksuallar
- Çox sayda partnyoru olanlar
Riskli təmaslar
Hemodializ xəstələri
Məslək qrupları (xəstəxana işçiləri, bərbərlər, gözəllik mərkəzləri çalışanları və b.)
Anti HCV müsbət olan anaların uşaqları
Döymə, pirsinq, kütləvi sünnət olunanlar
“Fərdi gigiyenik əşyanı” ortaq işlətmiş insanlar
Dişlərin müalicəsi və ya hər hansı bir tibbi müdaxiləyə məruz qalmış insanlar
Ailədə təmas riski olanlar
Orqan nəqli olmuş insanlar
1996-cı ildən əvvəl qan və ya qan komponentləri köçürülən insanlar
Ortaq qapalı şəraitdə yaşayanlar (həbsxana, baxça, qocalar evi, əsgərlik və s.)
Digər vəziyyətlər
Əlavə infeksiya varlığı-koinfeksiya(HBV, HİV),
İmmunosupressiv və kimyəvi terapiya alan xəstələr,
Açıqlana bilinməyən qaraciyər xəstəliyi və açıqlana bilinməyən ALT yüksəkliyi olanlar.
Bəs insanlar bu risk qrupuna daxil olduqlarını bildikdən sonra nə etməlidirlər?
Dəyərləndirilməsi gərəkənlər
a)Riskli davranıış qrupunda yer alan insanlara:
1.Altı ayda bir dəfə Anti-HCV testi edilməlidir
2.AntiHCV müsbət olanlarda HCV RNA baxılmalıdır
b)Riskli təması olan insan qruplarına
1. Anti HCV baxılır, müsbət isə HCV RNA baxılır
2.Məruz qalma ehtimalı olan hallarda 6 ay içində Anti HCV müsbət olmazsa, HCV RNA və ya 3 ayda bir Anti HCV təqib edilir.
3.İmmunosupressiv xəstəlrdə (hemodializ xəstələri, immunosupressiv dərman istifadəçiləri və b.) Anti HCV mənfi olsa belə, 6 ayda bir dəfə HCV RNA baxılmalıdır.
Kəskin qaraciyər çatışmazlığı, səbəbləri, ağırlaşmaları və müalicəsi
Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853
Kəskin qaraciyər çatmazlığı əvvəllər qaraciyər xəstəliyi olmayan şəxsdə qısa bir müddət ərzində (bir neçə gün və həftə) qaraciyər funksiyalarının itməsinə deyilir. Kəskin qaraciyər çatmazlığı xroniki qaraciyər çatışmazlığına nisbətən daha az rast gəlinir. Kəskin qaraciyər çatışmazlığı həm də fulminant qaraciyər çatışmazlığı adlandırılır. Bu vəziyyətin çox ciddi ağırlaşmaları var ki, bunlara da qanaxma və kəllədaxili təzyiqin artması aiddir. Bu xəstələrin hospitalizasiya olunması labüddür. Əksər hallarda müalicə ilə xəstəni vəziyyətdən çıxartmaq mümkün olsa da, bəzi hallarda qaraciyər transplantasiyası yeganə müalicə üsulu olur.
Kəskin qaraciyər çatışmazlığının əlamətləri bunlardır:
- Dəri və selikli qişaların saralması
- Qarının yuxarı sağ tərəfində ağrıların olması
- Qarında şişkinliyin əmələ gəlməsi
- Ürəkbulanma və qusma
- Ümumi zəiflik
- Huşun qarışması
- Yuxuculluq
Kəskin qaraciyər çatışmazlığı həyati təhlükəli vəziyyətdir, əgər xəstədə sarılıq, huşun qaralması, davranışın dəyişməsi ilə bərabər qarının yuxarı nahiyəsində ağrılar əmələ gəlirsə dərhal həkimə müraciət etmək lazımdır.
Səbəbləri:
Kəskin qaraciyər çatışmazlığında qaraciyər hüceyrələri əhəmiyyətli dərəcədə zədə görürlər və lazım olan funksiyanın yerinə yetirə bilmirlər.
- Asetaminofen zəhərlənməsi – Yol verilən dozadan artıq asetaminofen (tylenol, paracetamol) qəbul etməklə yaranan kəskin qaraciyər çatışmazlığı ən çox rast gəlinən səbəblərdəndir. Xəstələr tək bir dəfə həddən artıq yüksək doza qəbul etməklə və ya bir neçə gün məsləhət görülən dozadan artıq qabul etməklə bu vəziyyətə düşə bilərlər. Kimsə yol verilən dozadan artıq asetaminofen qəbul edərsə vaxt itirmədən, kəskin qaraciyər çatışmazlığı əlamətlərinin yaranmasını gözləmədən həkimə müraciət etmək lazımdır. Çünki, əlamətl 48 saatdan sonra əmələ gələcək ki, bu da gec ola bilər.
- Bəzi təyin olunmuş dərmanlar: antibiotiklər, qıcolmaya qarşı olan dərmanlar, qeyri steroid iltihab əleyhinə olan dərmanlar kəskin qaraciyər çatışmazlığı törədə bilər.
- Bitki əlavələri – qaraciyər çatışmazlığı verən herbal dərmanlar, və əlavələrlə zəhərlənmə halları
- Hepatit virusları – Hepatit A, hepatit B və hepatit E kəskin qaraciyər çatışmazlığı verə bilər. Bunlardan başqa bəzi hallarda Epşteyn Barr, sitomeqalovirus və herpes virusu da kəskin qaraciyər çatışmazlığı verə bilər.
- Toksinlər – müxtəlif zəhərli göbələklərin toksinləri, soyuducularda olan karbon tetraxlorid və s. maddələr səbəb ola bilər.
- Autoimmun xəstəlik – Kəskin qaraciyər çatışmazlığı autoimmun xəstəlikdən də yarana bilər.
- Qaraciyər venalarında olan xəstəliklər- Baddi Kiari sindrom
- Metabolik xəstəliklər – Çox az rast gəlinən metabolik xəstəliklərdən Vilson xəstəliyi kəskin qaraciyər çatışmazlığına səbəb ola bilər. Hamiləlik zamanı yaranan kəskin yağlı qaraciyər də buna aiddir.
- Xərcəng xəstəliyi- qaraciyərə yayılmış xəcəng xəstəliyi də qaraciyər çatışmazlığına səbəb ola bilər.
- Şok – septik vəziyyət və şok qaraciyərin qan dövranını pozaraq qaraciyər çatışmazlığı verə bilər.
- Çox sayda kəskin qaraciyər çatışmazlığının aydın olmayan səbəbi də olur.
Kəskin qaraciyər çatışmazlığı niyə görə təhlükəlidir?
- Beyin toxumalarına həddən artıq maye toplanmasına səbəb ola bilər. Buna beyin ödemi deyirik. Beyin ödemi kəllədaxili təzyiqi yüksəldə bilər
- Qan laxtalanma sisteminin pozulmasına və qanaxmaya səbəb ola bilər. Kəskin qaraciyər çatışmazlığı zamanı qaraciyər qan laxtalanma faktorlarını sintez edə bilmir və qanın laxtalanması pozulur. Bu da çox zaman həzm traktında qanaxmalara səbəb olur, hansıları ki, kontrol etmək bəzən çox çətin olur.
- İnfeksiya inkişaf edə bilər. Kəskin qaraciyər çatışmazlığı olan xəstələrin ağciyərlərində, sidik yolları və qanda infeksiya yarana bilər.
- Böyrək çatışmazlığı
Necə diaqnoz qoymaq olar?
Qaraciyər sınaqları, protrombin zamanı, İNR, Albumin kimi qanın biokimyəvi analizləri olunmalıdır. Adətən qaraciyər enzimləri katastrofik yüksəlmiş olur, İNR və bilirubin yüksəlməkdə davam edir, Albuminin isə miqdarı azalır.
Ultrasəs müayinə, komputer tomoqrafiya və maqnit rezonans müayinələri oluna bilər. Bunlar adətən Baddi Çiari və şiş kimi xüsusi səbəbləri müəyyən etməyə kömək edir.
Qaraciyər biopsiyası. Bu kəskin qaraciyər çatışmazlığının səbəbini müəyyən etməyə də kömək edə biər.
Müalicə
Kəskin qaraciyər çatışmazlığı stasionarda, intensiv terapiya və ya reanimasiya şöbələrində aparılmalıdır. Yaxşı olar ki, müalicə ümumilikdə transplantasiya servisi olan xəstəxanada aparılsın. Adətən aparılan müalicənin məqsədi kəskin qaraciyər çatışmazlığının ağırlaşmalarının qarşısını almağa yönəldilir ki, qaraciyər sağalmağa vaxt qazansın.
Zəhərlənmənin antidotları istifadə edilə bilər. Məsələn asetaminofen zəhərlənmələrində asetilsistein istifadə edilir. Asetilsistein digər səbəblərlə yaranmış kəskin qaraciyər çatışmazlığında da kömək edir. Göbələk zəhərlənmələrində də zəhər əleyhinə dərmanlardan istifadə edilir.
Kəskin qaraciyər çatışmazlığı dərmanlar vasitəsi ilə müalicə edilə bilmədikdə qaraciyər transplantasiyası yeganə yol olur. Bu xəstələrin transplant komandasına vaxtında tanıdılması transplantasiya əməliyyatı üçün donor hazırlığına vaxt itirməməyə səbəb olar.
Ümumilikdə isə müalicə beyin ödeminin yaranmaması üçün, infeksiyanın qarşısını almaq üçün, kəskin qanaxmaların olmaması üçün aparılan profilaktik dəstəkverici tədbirlərdən ibarətdir.
Sizə bunlar da maraqlı ola bilər.
Qaraciyər zədələnmələrində dərəcələnmə sistemi http://virtualklinika365.com/?p=227
Öd yollarının zədələnmələri, öd qaçaqları zamanı müalicə taktikası http://virtualklinika365.com/?p=246
Xolangiokarsinoma nədir? http://virtualklinika365.com/?p=208
Öd yollarının xoşxassəli strikturası və müalicəsi http://virtualklinika365.com/?p=304
Yatrogenik öd yolları zədələnmələri və müalicəsi http://virtualklinika365.com/?p=258