Hepatit C haqqında sual cavab

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Hepatit C xəstəliyi nədir?
Hepatit C xəstəliyi hepatotrop virus olan hepatit C virusu tərəfindən törədilən qaraciyərin iltihabi xəstəliyidir.
Hepatit A, hepatit B və hepatit C arasında fərq nədir?
Bunların hər bir qaraciyərdə infeksion xəstəlik yarada bilən müxtəlif viruslardır. Onların eyni əlamətlər yarada bilsə də onların yoluxma yolları və qaraciyərə təsiri müxtəlifdir.
Hepatit C nə qədər davam edir?
Hepatit C xəstəliyi 1 neçə ay davam edən yüngül xəstəlik kimi də, həyat boyu davam edən və ciddi fəsadları olan xəstəlik kimi də təzahür edə bilər. Hepatit C adətən kəskin ( təzə başlamış xəstəlik) və xroniki (həyat boyu davam edən) ola bilrir.
Kəskin hepatit C virusla kontaktda olduqdan sonra 6 ay müddətində əmələ gəlir. Kəskin hepatit C qısa müddətli xəstəlik də ola bilər, lakin əksər insanlar üçün bu xroniki xəstəliyə keçir.
Xroniki hepatit C xəstəliyi həyat boyu davam edir. Müalicə edilmədikdə qaraciyər sirrozu, qaraciyər xərcəngi yarada bilər.
Kəskin hepatit C nin xroniki hepatit C yə keçmək şansı nə qədərdir?
Hepatit C yə yoluxmuş insanların 75-85 % də xroniki hepatit C xəstəliyi yaranacaqdır.
Orqanizmin hepatit C virusunu özündən təmizləmək şansı varmı?
Bəli. 15-25% xəstələr heç bir müalicə olmadan hepatit C virusundan azad ola bilirlər.
Azərbaycanda hepatit C nə qədər çox yayılıb?
Dəqiq informasiya yoxdur. Hesab edilir ki, bu rəqəm əhalinin 2-7 %-i arasındadır.
Hepatit C necə yayılır?
Hepatit C ilə yoluxmuş xəstənin qanı hələ infeksiyalaşmamış adamın bədəninə daxil olduqda yoluxma baş verir. Hal hazırda ən çox yoluxma dərman yeridilən zaman eyni iynənin və avadanlığın ürtaq istifadəsi səbəbindən baş verir. 1992-ci ildən əvvəl qanda hələ bu virus təyin edilə bilmədiyindən onun yoluxması qan köçürülməsi və orqan transplantasiyası zamanı da baş verirdi. Aşağıdakı hallarda yoluxma baş verə bilər:
• Eyni iynəni, şprisi bölüşən zaman
• Tibb işçilərinə infeksiyalı iynənin batması nəticəsində
• Hepatit C li xəstəliyi olan anadan doğulan zaman uşaq
• Diş şotkası və ülgüclərin ortaq istifadəsi zamanı
• Cinsi əlaqə zamanı
• Piersing qoyulan zamanı və ya tatoo doyülən zamanı
Göstərilən son 3 səbəb az ehtimallıdır. Hepatit C xəstəliyi yemək qablarının bölüşməsi ilə, süd əmizdirməklə, qucaqlaşmaqla, öpüşməklə, özkürəklə və asqırmaqla keçmir. Bu həm də qida və su ilə yayılmır.
Əgər bir kəs hepatit C xəstəliyi keçirib və sağalıbsa onun yenə də hepatit C xəstəliyinə yoluxmaq ehtimalı varmı?
Bəli. Hepatit B dən fərqli olaraq hepatit C dən xilas olmuş şəxs ikinci dəfə də bu virusa yoluxa bilər.
Hepatit C virusu cinsi əlaqə ilə yayıla bilirmi?
Bəli. Lakin onun cinsi əlaqə ilə yayılmaq riskinin çox aşağı olması müəyyən edilib.
Hepatit C xəstəliyinin məişətdə bir evdə yaşayan adamlar arasında yayılması mümkündürmü?
Bəli, amma bu çox da tez tez baş vermir. Adətən o zaman baş verir ki, kimsə xəstənin qanı ilə birbaşa təmasda olsun.
Hamilə qadının doğuş zamanı xəstəliyi uşağa keçirməsi riski nə qədərdir?
100 hepatit C xəstəsi olan hamilə qadından doğuş zamanı yalnız 6 uşaq hepatit C xəstəliyinə yoluxur.
Hepatit C xəstəliyi nə qədər ciddidir və fəsadların yaranması ehtimalı nə qədərdir?
Hepatit C xəstəliyinə yoluxanların 75-85 % də xroniki qaraciyər xəstəliyi əmələ gəlir.
Xroniki hepatit C xəstəliyi olanların 20 il ərzində təqribən 20% də sirroz inkişaf edə bilir.
Hepatit C yə bağlı Sirrozu olan 100 xəstənin hər il 3-6 nəfərində qaraciyər çatışmazlığı və 1-5 nəfərində ilə qaraciyər xərcəngi inkişaf edir.
Hepatit C ilə xəstə olan ana uşağa süd vermədən çəkinməlidirmi?
Hal hazırda hesab edilir ki, xeyr. Bu yalnız o halda edilir ki, döş giləsində açıq yara var və ya qanlı ifrazat var.
Hepatit C virusu ilə kontaktda olandan neçə müddət sonra yoluxma baş verdiyini bilmək olar?
Virusla yoluxduqdan təqribən 4-10 həftə sonra qanda anticisimlər əmələ gəlir. 95% adamda yoluxmadan yalnız 6 ay sonra bunu analizlərlə təyin etmək olur. PCR müayinəsi ilə yoluxmadan 2-3 həftə sonra bunu bilmək olar.
Xroniki hepatit C necə müalicə olunur?
Bütün hepatit Cxəstələrinin müalicəyə ehtiyacı yoxdur. Kimin müalicəyə ehtiyacı olmasını müalicə həkimi uyğun müayinələrdən sonra təyin edir. Hal hazırki müalicə adətən 3 ay müddətinə təyin edilir və 90% effektlidir.

Bunlar da maraqlı ola bilər

 

Hepatit B haqqında ən çox soruşulan suallar

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Op. Dr. Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Hepatit nədir?
Qaraciyərin iltihabına hepatit deyilir. Hər hansı səbəbdən qaraciyər iltihablaşanda onun funksiyaları pozulur. Qaraciyərin iltihabına səbəb ola bilən xəstəliklər alkoqolizm, zəhərlənmə, dərmanların əlavə təsiri və s. ola bilər. Ən çox yayılmış səbəb isə viruslardır. Ən çox yayılmış hepatit virusları hepatit A, B və C viruslarıdır.
Hepatit A, hepatit B və hepatit C xəstəlikləri arasında nə fərq var?
Bunların hər biri müxtəlif viruslar tərəfindən törədilən qaraciyərin iltihabi xəstəliyidir. Onlar eyni əlamətlərlə üzə çıxsa da müxtəlif yollarla yayılar və qaraciyəri müxtəlif cür zədələyir. Hepatit A qısa müddətli infeksiyadır və xəstələrdə uzun müddət qalmır. Hepatit B və C də qısa müddətli infeksiya kimi başlayır, amma əksər xəstələrdə xroniki vəziyyətə keçir. Hepatit A və hepatit B üçün vaksinlər mövcuddur. Lakin hepatit C nin qarşısını almaq üçün vaksin yoxdur.
Hepatit B nədir?
Hepatit B xəstəliyi hepatit B virusu tərəfindən törədilmiş qaraciyərin infeksion xəstəliyidir.
Kəskin hepatit B. Hepatit B virusu ilə qarşılaşmış orqanizmdə adətən 6 müddətində davam edən qısa müddətli xəstəlikdir. Xəstəlik yüngül formadan ağır formaya qədər müxtəlif kəskinliklə keçə bilər. Bəzi insanlar bu virusu müalicəsiz özündən kənarlaşdıra bilir. Virusu özündən kənarlaşdıra bilən adamlar bu xəstəliyə qarşı immunitet əldə edir və bir də bu virusa yoluxmur. Bəzi hallarda isə kəskin infeksiya xroniki infeksiyaya keçir.
Xroniki hepatit B xəstəliyi isə həyat boyu davam edən, zaman keçdikcə qaraciyər sirrozu, qaraciyər xərçəngi kimi ciddi sağlamlıq problemi yarada bilən xəstəlikdir.
Kəskin hepatitin xroniki hepatitə keçməsi ehtimalı nə qədərdir?
Bu rəqəm xəstənin yaşından asılıdır. 1 yaşına qədər yoluxan uşaqların 90% də xroniki infeksiya əmələ gələcəkdir. 1-5 yaş arasında yoluxanların 25-50% də xəstəliyin xronikiləşməsi ehtimal edilir. Yetkin insanlarda isə əksəriyyət, hətta bəzi məlumatlara görə 95% virusu orqanizmdən təmizləyə bilir.
Hepatit B xəstəliyi ilə yoluxanların sayı ildən ilə necə dəyişir?
Hepatit B vaksinlərinin proqramlı şəkildə vurulması ilə əlaqədar olaraq hepatit B xəstəliyi ildən ilə azalmaqdadır.
Azərbaycanda xroniki hepatit B xəstələrinin sayı nə qədərdir?
Konkret bir statistika yoxdur. Lakin xəstəliyin yayılmasına görə ölkələr əhalinin 2% in altında, 2-7%, və 7% -dən yuxarı olan ölkələrə bölünür. Azərbaycanda əhalinin 2-7%-nin bu xəstəliklə yoluxması hesab edilir.
Dünya üzrə bu rəqəm neçədir?
Hesab edilir ki, dünyada 260 milyon adam xronik hepatit B xəstəliyi ilə xəstədir.
Hepatit B necə yayılır?
Hepatit B virusu ilə infektə olan qan, sperma və digər mədən mayeləri əvvəllər bu infeksiyaya yoluxmamış insanın bədəninə daxil olduqda yoluxma baş verə bilər.
• Doğuş zamanı infeksiyalı anadan uşağa keçə bilər
• İnfeksiyalaşmış partnyorla cinsi əlaqə zamanı
• İynə, şpris və digər alətlərin ortaq istifadəsi zamanı
• Diş şotkası, ülgüc və tibbi avadanlığın ortaq istifadəsi zamanı
• İnfeksiyalı xəstənin qanı ilə və ya açıq yarası ilə birbaşa kontakt zamanı
• Tibb işçiləri infeksiyalı xəstənin qanına bulaşmış iynə ilə və ya digər iti alətlərlə zədə aldıqda
Hepatit B yeməklə, su ilə, süd vermə ilə, qucaqlaşmaqla, öpüşməklə, əl sıxmaqla, asqırmaq və öskürməklə keçmir. Hepatit B ilə xəstə olan xeyli insan xəstəliklərindən xəbərdar deyil və xəstəlik yaya bilirlər.
Hepatit B virusu cinsi əlaqə ilə yayıla bilərmi?
Bəli. Xəstə insanın bütün bədən mayeləri, o cümlədən sperma viruslu olur və yoluxmaya səbəb ola bilər.
Kimin daha çox hepatit B xəstəliyinə yoluxmaq ehtimalı var?
• İnfeksiyalı anadan doğuş zamanı uşaq
• Narkotik istifadəçiləri iynə və şprisləri bölüşən zaman
• Hepatit B li xəstənin seks partnyoru
• Hepatit B ilə bir evdə yaşayan insanlar
• Tibb işçiləri
• Hemodializ xəstələri
Əgər kimsə hepatit virusu ilə kontakta olubsa və hepatitə yoluxmaq ehtimalı olduğunu düşünürsə nə etməlidir?
Bu vəziyyət adətən xəstə qanına bulaşmış iynələrlə zədə alan tibb işçilərinin başına gəlir. Risk altında olan analiz verməlidir və hepatit B yə qarşı immun vəziyyəti qiymətləndirilməlidir. Əvvəllər hepatit B keçirmiş və ya vaksinasiya olunmuş insanlarda analizdən sonra heç nəyə ehtiyacı olmaya bilər. Amma qanda immuniteti olmayan risk altında olanlara hepatit B immunoqlobulin inyeksiyası olunmalıdır.
Hepatit B virusu orqanizmdən kənarda nə qədər müddətə yaşayır?
Orqanizmdən kənarda virus 7 gün yaşaya bilər. Bu müddətdə hələ onun infeksiyalaşdırmaq imkanı var.
Əgər mən əvvəllər hepatit B ilə xəstələnmişəmsə mənim yenə də bu xəstəliyə yoluxmaq şansım varmı?
Əgər siz əvvəllər yoluxmusunuzsa və orqanizminiz bu virusu bədəndən təmizləyibsə sizin yenidən yoluxmaq şansınız yoxdur.
Hepatit B xəstəliyi olan qan və ya orqan donoru ola bilərmi?
Xeyr
Hepatit B-nin qarşısı alına bilərmi?
Bəli. Peyvənd olunmaqla hepatit B-nin qarşısını almaq olar. Peyvənd təhlükəsizdir, effektlidir.
Hepatit B vaksini necə təsir göstərir?
Hepatit B vaksini orqanizmin immun sistemini stimulyasiya edir, orqanizmdə virusa qarşı anticisimlər əmələ gəlir və hepatit B virusları ilə kontaktda olduqda bu anticisimlər virusu zərərsizləşdirir.
Kimlərə vaksin olunur?
• Bütün uşaqlar
• 19 yaşına çatmamış və əvvəllər vaksinasiya olunmamış hər kəs
• Seks partnyoru hepatit B xəstəsi olanlar
• Infeksiyalı qanla təmasda olan insanlar
• Hepatit C virusu olan və digər qaraciyər xəstəliyi olanlar
• HİV virusu daşıyıcıları
• Hepatit B xəstəliyindən qorunmaq istəyən hər bir kəs
Hepatit B vaksini təhlükəsizdirmi?
Bəli. Hepatit B vaksinindən sonra ciddi problem yaranması üçün çox az risk var.
Hepatit B immunoqlobulini nədir?
Hepatit B immunoqlobulini hepatit B virusuna qarşı hazır anticisimlərdir. Onlar qısa zaman ərzində xəstədə immunitet yaratmaq üçündür. Adətən müəyyən dövr üçün və tez immunitet yaratmaq üçün vurulur. Hepatit B xəstəsi olan anadan doğuş zamanı uşağa, hepatit B li seks partnyoru olanlara, hepatit B xəstəsinin qanı ilə kontaktda olmuş tibb işçiləri və s.
Hepatit B xəstəliyinin əlamətləri hansılardır?
Yoluxanların yalnız 30-50% də əlamətlər olur. Kiçik uşaqların əksəriyyətində əlamətlər olmur. Hepatit B xəstəliyinin kəskin dövründə əlamətlər qrip virusuna yoluxan zaman olan ümumi əlamətlərdir. Bunlardan başqa qaraciyərin zədələnməsini göstərən sarılıq, sidiyin tündləşməsi kimi digər əlamətlər də yarana bilər. Əlamətlər virus ilə kontaktda olandan 3 ay sonra yaranır və bəzən 6 aya qədər davam edə bilər. Xronik hepatit B xəstəliyinin çox vaxt heç bir əlaməti olmur. Xroniki xəstəlik arada kəskinləşdikdə kəskin infeksion xəstəlik əlamətləri ilə, uzun xəstəlikdən sonra isə qaraciyərin irəliləmiş xəstəliyi əlamətləri ilə təzahür edə bilir. Xəstəlik 10 illərlə əlamətsiz qala bilər.
Hepatit B virusu həyati təhlükə yaradırmı?
Bəli. Düzgün müalicə etmədikdə, xəstəliyi kontrol etmədikdə kəskin qaraciyər çatışmazlığına, qaraciyər xərcənginə və qaraciyər sirrozuna gətirib çıxara bilər. Lakin bu vəziyyətə 18 yaşdan sonra yoluxanların yalnız 15 %-i, 18 yaşdan əvvəl yoluxanların isə 25 % i gəlib çıxır.
Hepatit B xəstəliyi müalicə olunurmu?
Kəskin dövrdə hepatit B xəstəliyin müalicəsi sadəcə dəstəkverici tədbirlərdən ibarətdir.
Xroniki hepatit B xəstəliyi zamanı isə virusa qarşı müxtəlif dərmanlardan istifadə edilir. Bilmək lazımdır ki, bütün Hepatit B xəstələrinin müalicəyə ehtiyacı yoxdur. Kimin müalicəyə və hansı müalicəyə ehtiyac olmasını həkim təyin edir. Müalicə başlanılan xəstə adətən ömrü boyu bu dərmanı qəbul edir.
Xəstələr özləri qaraciyərlərini necə qorumalıdırlar?
Alkoqoldan uzaq durmaları lazımdır. Müxtəlif dərman maddələri, qida əlavələri və s. qəbulu zamanı müalicə həkiminizlə məsləhətləşməlisiniz. Mütəmadi müayinələr olunmalısınız.

Bunlar da maraqlı ola bilər.

 

 

Sirroz nədir?

Dr. Rəna Əliyeva, Hepatoloq( Mərkəzi Neftçilər Xəstəxanası Orqan Transplantasiya şöbəsi)

Dr. Rəna Əliyeva
Dr. Rəna Əliyeva

Sirroz nədir?

Qaraciyər bir çox zədələnməyə qarşı çox stereotipik nekroz (hüceyrələrin ölməsi) və regenerasiya ilə cavab verir. Ancaq çox zaman meydana gələn memarlıq işləri anormal olur və bağ toxumasının artması səbəbilə qaraciyər nodullara (düyünlərə) ayrılmış olur. Sirroz-(yunan dilində narıncı rəngli anlamına gəlir və xəstə qaraciyərin görüntüsünü tərif edir) qaraciyər toxumasının bu düyünlü görüntüsünə və diffuz fibrozisinə verilən patoloji termindir və təəəssüf ki, bir çox qaraciyər xəstəliyinin son ortaq nöqtəsidir. Düyünlər 3mm-dən kiçik olarsa, mikronodulyar sirroz, 3mm-dən böyük isə makronodulyar sirroz deyilir. Amerika Birləşmiş Ştatlarında sirroz ən çox Hepatit C və alkoqola bağlı meydana çıxır və ölüm səbəbləri arasında 12-ci yerdədir, ildə isə təqribən 25.000 insanın ölümünə səbəbdir. Qaraciyər toxumasında baş verən patoloji degenerasiya  hepatosellülyar yetməzlik(qaraciyər hüceyrəsi yetməzliyi) və portal hipertenziyaya gətirib çıxarır. Qaraciyər toxumasının yetərsizliyi sarılıq, koaqulopatiya(qanın laxtalanma sisteminin pozulması) və ensefalopatiya ilə nəticələnir. Sirroza bağlı portal hipertenziya gastroezofaqeal varislərə, assitə və hipersplenizmə yol açır. Sirroz, qaraciyər yetməzliyi və portal hipertenziyanın klinik olaraq görünən nəticələri bunlardır:

-Palmar eritem ( qırmızı ovuc)

-Arterial hörümçək –Spider naevi (damarların dəridə tor şəkillənməsi)

-Flapping tremor ( çırparaq titrəmə)

-Fetor hepatikus (pis iy gəlməsi)

-Ginekomastiya (kişilərdə  süd vəzilərinin patoloji böyüməsi)

-Testikulyar atrofiya ( testislərin kiçilməsi)

-Sarılıq

-Maye toplanması

-Assit

-Splenomeqaliya (dalağın böyüməsi)

-Ensefalopatiya ( huşun pozulması)

-Qastroezofaqeal varislər (mədə-qida borusu damarlarının genişlənməsi)

Sirroz  hepatosellülyar yetməzliyin varlığı və ya yoxluğuna görə kompensasiya olmuş və kompensasiya olmamış(dekompensə) olaraq klassifikasiya olunur. Kompensə xəstələr özlərini yaxşı hiss edə bilirlər, laboratoriya analizlərinin nəticələri normal ola bilir. Bu xəstələrin  bəzilərində sirrozlu qaraciyər tamamən təsadüfən bir UZİ, kompüter-tomoqrafiya müayinəsində və ya başqa bir səbəblə laporatomiya edildiyi zaman aşkarlana bilir.

Dekompensasiya isə sarılıq və assitlə ortaya çıxır. Dekompensasiyaya səbəb olan faktorlar bunlardır:

-Özbaşına bitkisəl və ya dərman müalicəsi

-İnfeksiyalar

-Qastrointestinal qanama

-Qaraciyər xəstəliyinin irəliləməsi.

Assit qaraciyər xəstəliyinin ən çox rast gəlinən ağırlaşmasıdır və həyata neqativ təsir edərək, nəinki varlığı qarında rahatsızlığa səbəb olur, həmçinin ciddi şəkildə ağciyər problemlərinə, təkrarlayan infeksiyalara, böyrək yetməzliyinə, yırtıqların əmələ gəlməsinə yol açır. Ümumən, uzun sürədə sağqalmanın pessimist xəbərvericilərindən biridir.

Bunlar da maraqlı ola bilər

 

 

 

Kimlərdə Hepatit C xəstəliyi olması ehtimalı daha yüksəkdir?

Dr. Rəna Əliyeva, Hepatoloq, Cərrahiyyə və Orqan Transplantasiya şöbəsi, 0502622929

 

 

Xroniki viral Hepatit C infeksiyası baxımından araşdırılması lazım olan əsas insan qrupları bunlardır:

Riskli davranış sərgiləyənlər

  • IV dərman və maddə istifadəçiləri
  • IV olmayan maddə asılıığı olanlar
  • Riskli cinsi davranış keçmişi olanlar
  1. Homoseksuallar
  2. Çox sayda partnyoru olanlar

Riskli təmaslar

Hemodializ xəstələri

Məslək qrupları (xəstəxana işçiləri, bərbərlər, gözəllik mərkəzləri çalışanları və b.)

Anti HCV müsbət olan anaların uşaqları

Döymə, pirsinq, kütləvi sünnət olunanlar

“Fərdi gigiyenik əşyanı” ortaq işlətmiş insanlar

Dişlərin müalicəsi və ya hər hansı bir tibbi müdaxiləyə məruz qalmış insanlar

Ailədə təmas riski olanlar

Orqan nəqli olmuş insanlar

1996-cı ildən əvvəl qan və ya qan komponentləri köçürülən insanlar

Ortaq qapalı şəraitdə yaşayanlar (həbsxana, baxça, qocalar evi, əsgərlik və s.)

Digər vəziyyətlər

Əlavə infeksiya varlığı-koinfeksiya(HBV, HİV),

İmmunosupressiv və kimyəvi terapiya alan xəstələr,

Açıqlana bilinməyən qaraciyər xəstəliyi və açıqlana bilinməyən ALT yüksəkliyi olanlar.

Bəs insanlar bu risk qrupuna daxil olduqlarını bildikdən sonra nə etməlidirlər?

Dəyərləndirilməsi gərəkənlər

a)Riskli davranıış qrupunda yer alan insanlara:

1.Altı ayda bir dəfə Anti-HCV testi edilməlidir

2.AntiHCV müsbət olanlarda HCV RNA baxılmalıdır

b)Riskli təması olan insan qruplarına 

1. Anti HCV baxılır, müsbət isə HCV RNA baxılır

2.Məruz qalma ehtimalı olan hallarda 6 ay içində Anti HCV müsbət olmazsa, HCV RNA  və ya 3 ayda bir Anti HCV təqib edilir.

3.İmmunosupressiv xəstəlrdə (hemodializ xəstələri, immunosupressiv dərman istifadəçiləri və b.) Anti HCV mənfi olsa belə, 6 ayda bir dəfə HCV RNA baxılmalıdır.