Kadavra donorları haqqında miflər

Dr. Kamran Beydullayev, ümumi və transplant cərrah, 

orqan transplantasiyası
 Orqan donorluğu dedikdə orqanın və ya toxumanın bir şəxsdən cərrahi yolla çıxarılaraq digər şəxsə (resipientə) köçürülməsinə (transplantasiya olunması) deyilir.  Transplantasiya o kəslərə edilir ki, onların hansısa orqanı xəstəlikdən öz funksiyasını yerinə yetirə bilmir.
Orqan transplantasiyası müasir təbabətin çox böyük bir nəaliyyətidir. Təəsüf ki, orqan donorlarına ehtiyac icra edilən əməliyyatlardan çoxdur.  ABŞ da 120 min adam 2019 cı ilin statistikasına görə orqan gözləyir.
Hansı orqanlar və toxumalar transplantasiya oluna bilər?
Qaraciyər
Böyrək
Pankreas
Ürək
Ağciyər
Bağırsaq
Kornea
Orta qulaq
Dəri
Sümük
Sümük iliyi
Ürək qapaqları
Birləşdirici toxuma
Donorluq haqqında cəmiyyətdə bəzi miflər də dolaşır. İnsanlarda yanlış fikirlər də dolaşır. Bunlara aşağıdakılar aid ola bilər.
 1. Əgər donor olsam reanimasiya şöbəsində tibb işçiləri mənə yetərincə uyğun yardım göstərməyəcəklər.                                                                                                                                                      Siz xəstə olan zaman tibb işçiləri sizin sağlamlığınız üzərində fokuslanır və başqa neç nə haqqında düşünülmür.  Həm də sizin müalicənizlə məşğul olan adamların orqan transplantasiyası ilə heç bir əlaqəsi yoxdur. 
 2. Mən ölüm sertifikatı verərkən mən həqiqətən də ölmüş olmaram. Yəni həkimlər beyin ölümü diaqnozunu səhv qoya bilərlər.                                                                                           Bu diaqnozu qoymaq üçün bir neçə ekspertdən ibarət komanda bir neçə ayrı epizodda birgə işləyir. Orqan donorluğu kartı olan adamlarda bu daha diqqətlə edilir. Bu ekspertlərin də transplantasiya komandasının üzvləri olması yasaqdır.
 3. Orqan donorluğu mənim dinimlə uyğun gəlməyir.                                                                    Əslində donorluq bütün böyük dinlərin ideologiyasına zidd deyil və çox təriqətlər bu işə öz xeyir duasını verib.
 4.     18 yaşından aşağı insanlar donorluğa qərar verə bilməzlər.                                             Əslində çox ölkələrdə uşaqların da bu cür qərarlar vermilməsində iştirak etməsi təmin edilir. Burda söhbət kadavra donorluğundan gedir. Uşaqlar da ölərkən orqanlarından istifadə edilir. Həm də bəzən uşaqlara böyük adamların orqanları yaramır.
 5. Orqan donorluğu zamanı donorun bədəni eybəcər hala salınır.                                         Orqanların çıxarılması bir cərrahi əməliyyatdır və orqanlar çıxarılan zaman yaralar əməliyyatda olduğu kimi səliqə ilə tikilir.
 5. Donor olmaq üçün çox qocayam.                                                                                                           Donorun yaşı deyil, orqanın sağlamlığı daha önəmlidir. Əməliyyatdan öncə donor lazım olan bütün müayinələrdən keçir və orqanın yararlığı yoxlanılır.
 6. Səhhətim donor olmaq üçün yararlı deyil.                                                                                   Orqanlar donorluqdan əvvəl yoxlanılır
 7. Varlı və imkanlı adamlar gözləmə siyahısında önə keçəcəklər.                                             Orqan transplantasiyası zamanı bu cür insanlara prioritet verilmir. Bu insanların əməliyyatları zamanı da çoxsaylı media yazıları bunu nəzarətdə saxlamağa imkan verir. Həm də gözləmə siyahısı komisiya tərəfindən nəzarətdə saxlanılır.
 8. Mən donor olsam ailəm donor müayinələri və əməliyyatı üçün pul ödəyəcək. Donorluq zamanı bütün maliyyə məsələləri dövlət tərəfindən qarşılanır.
Dünya üzrə təqribən 145 000 000  adam orqan donorluğu üçün qeydiyyatdan keçmişdir. Amma 1000 nəfər qeydiyyatdan keçmiş adamdan yalnız 3 nəfəri orqan donorları ola bilirlər.
Bəzi orqanlar yalnız meyitdən götürülə bildiyi halda bir qism orqanlar canlı donorlardan da alına bilər.
Qeydiyyatdan keçmiş donorlarla orqan gözləyən xəstələr arasında böyük fərq var və bu fərq artmaqdadır.
Canlı donordan orqan transplantasiyası ilk dəfə 1954 Lee Herrik tərəfindən ekiz qardaşlar arasında böyrək transplantasiyası ilə baş tutmuşdur. Ən gənc donor anensefaliya ilə doğulmuş və cəmi saat yarım yaşamış uşaq olmuşdur. Ən yaşlı donor Sotlandiyada 107 yaşlı qadın öldükdən sonra korneaları istifadə edilmişdir. Ən yaşlı daxili orqan donoru isə 92 yaşlı Texas sakini olmuşdur. Ən yaşlı alturistik donor 85 yaşında Britaniyalı olur.
 Bunları da oxumaq maraqlı ola bilər
1.Beyin ölümü olan donorun müayinəsi
2.Beyin ölümünün patofiziologiyası
3. Kadavradan orqan çıxarılması və bu prosesin koordinasiyası
4. Beyin ölümü nədir və necə təyin edilir?
5. Laparoskopik donor əməliyyatı
6. Reportaj MİR TV
7. Ürək əməliyyatı və qaraciyər transplantasiyası eyni vaxtda

 

 

 

 

6.

Kadavradan orqanın çıxarılması və bu prosesin koordinasiyası

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Dr. Kamran Beydullayev
Op. Dr. Kamran Beydullayev

Kadavradan orqanın çıxarılması və bu prosesin koordinasiyası.
1-ci mərhələ: Donorun aşkar edilmsi
Potensial orqan donorunun aşkar edilməsi və diaqnozunun qoyulması. Reanimasiya şöbələrində müalicə həkimi, reanimatoloq, neyro cərrah və ya nevroloq tərəfindən edilir.
2-ci mərhələ: Məlumatın verilməsi
Beyin ölümü aşkar edildikdən sonra və diaqnoz qoyulduqdan sonra Respublika Transplant Mərkəzinə məlumat verilir. Koordinator xəstə haqqında tam informasiya toplayır. Potensial donorun orqanlarının yararlığı nəzərdən keçirilir. Xəstənin yaxınlarının kontaktları və telefon nömrələri qeyd edilir.
3-cü mərhələ: Ailə ilə birinci söhbət
Reanimatoloq xəstənin adamların xəstənin vəziyyəti barədə məlumatlandırmalıdır. Bu zaman məlumat aydın olmalıdır, xəstənin adamları xəstədə geri dönməyən beyin zədələnməsinin olmasınıbilməlidirlər. Xəstəyə beyin ölümü diaqnozu qoyulması bildirilməlidir. Xəstəliyin başqa yerdə müalicə oluna biləcəyi kimi yalançı ümüdlər verilməməlidir, xəstənin adamlarını çaşdıran sözlər ( məsələn ciddi şəkildə xəstədir) işlədilməməlidir. Bu məlumatı verən həkim qəti şəkildə donorluq haqqında söhbət açmır və donorluq üçün razılıq alınmasında iştirak etmir.
4-cü mərhələ: Sənədlərin təkrar yoxlanması
Respublika Transplantasiya Mərkəzinin kordinatoru bütün sənədləri təkrar yoxlayır və toplanrıda müzakirəyə çıxarır.

orqan bağışlamaq
Orqan bağışı

5- ci mərhələ: Ailə ilə ikinci söhbət
Beyin ölümü və potensial donor olmaq şansı dəyərləndirildikdən sonra xəstə yaxınlarının əlaqə telefonu və ünvanı administrativ kordinatora ötürülür. Administrativ koordinator ailə ilə kontakt yaradır və xəstəxana kordinatoru bu işdə ona kömək edir. Görüş üçün xüsusi otaq olmalıdır, reanimasiya şöbəsi bu məqsəd üçün uyğun yer deyil. Razılıq alındıqdan sonra bu yazılı şəkildə təsbit olunur.
6-cı mərhələ: Orqanın çıxarılması və çatdırılması
Razılıq əldə edildikdən sonra tibbi koordinator xəstənin məlumatlarının transplant mərkəzlərə göndərir. Onlar bu məlumatlara nəzər yetirib əlavə müayinələr və ya edilmiş müayinənin təkrarlanmasını istəyə bilərlər. Orqanlar transplant komandalar tərəfindən çıxarılandan sonra uyğun mərkəzlərə göndərilir.
7 –ci mərhələ:
Bütün proses sənədləşdirilib Respublika Transplantasiya Mərkəzinin komputer sisteminə daxil edilir. Xəstənin qohumlarına təhvil verilməsinə və ailəyə sosial dəstək verilməsinə nəzarət edilir.

Bunlar da maraqlı ola bilər

  1. Beyin ölümü nədir və necə təyin edilir?
  2. Qaraciyər donoru- qaraciyər bərpa olurmu?
  3. Böyrək Transplantasiyası məlumat sessiyası
  4. Böyrək donorları (1-ci hissə)
  5. Böyrək donorları (2-ci hissə)
  6. Kimlərə böyrək köçürülməlidir? Son dönəm böyrək xəstəliyinin səbəbləri
  7. Böyrək Transplantasiyası, yoxsa dializ

 

Beyin ölümü nədir və necə təyin edilir.

Ümumi cərrah, cərrah transplantoloq
Op. Dr. Kamran Beydullayev

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Beyin ölümü diaqnozu necə qoyulur?
Beyin ölümü beyin kötüyü daxil olmaqla beyinin bütün funksiyalarının geridönməz şəkildə dayanmasıdır.
Beyin ölümü diaqnozu qoyulması üçün ilkin şərtlər
Beyin ölümü diaqnozu qoyulması üçün aşağıdakı şərtlər olmalıdır.
1. Pasient komada olmalıdır və komanın səbəbi bəlli olmalıdır.
2. Pasientdə spontan tənəffüs olmamalıdır və süni tənəffüs aparatına qoşulu olmalıdır
3. Xəstənin ölümünə səbəb olan hadisə ən azı 6 saat əvvəl olmalıdır və səbəb aydın şəkildə göstərilməlidir. ( kəllə beyin travması, beyindaxili qanaxma)
4. Pasient kardiovaskulyar şokda olmamalıdır.
5. Aydın endokrin və metabolik kənaraçıxmalar korreksiya edilməlidir
İstisnalar
1. Pasient hipotermik olmamalıdır. Bədən temperaturu ən azı 35.5 C dən aşağı olmamalıdır, aşağı olduqda normal hala gətirilməlidir.
2. Pasient heç bir sedativ, əzələ relaksantları, antikonvulsantlar, hipnotik, narkotik və antidepressant qəbul etməməlidir. Əgər xəstə əvvəllər belə bir dərman qəbul edibsə bu dərmanın qanda səviyyəsi sıfır olmalıdır.
3. Yol qəza hadisəsində, dərman zəhərlənməsində, səbəbi məlum olmayan komalarda toksikoloji müayinə aparılmalıdır. Bu cür müayinə imkanı olmadığı zaman beyin ölümü diaqnozu qoymaq üçün 5 gün gözləmək lazımdır.
4. Komanın metabolik və endokrinoloji səbəbləri istisna edilməlidir.
5. Pasientdə beyin aktivliyinin heç bir əlaməti olmamalıdır.
Beyin ölümü diaqnozunu kimlər qoymalıdır?
1. Beyin ölümü olan pasientlərin müayinə olunmasında təcrübəsi olan nyrocərrah, nevroloq, reanimatoloq və anestezioloq, daxili xəstəliklər üzrə mütəxəssis və pediatr beyin ölümü diaqnozunun qoyulmasına cəlb edilə bilər.
2. Nefroloq və ya transplantasiya komandasının hər hansı bir üzvü bu prosesdə iştirak etməməlidir.
Beyin ölümü diaqnozu necə qoyulur?
1. İlkin kliniki müayinə. Pasientin komada olduğunu təsdiqləməli, hər hansı qıcolma aktivliyi, dekortikasiya və deserebrasiya hərəkətlərinin olmamasını aydınlaşdırmaq lazımdır. Frontal sinusların üzərinə basmaqla üzün qırışdırılmasına fikir verilir və motor reaksiyası yoxlanılır. Ağrı stimuluna olan motor reaksiyası mənfi olmalıdır.
2. Beyin kötüyü refleksləri.
• Göz bəbəyinin işığa reaksiyası göz bəbəklərini işıqlandırmaqla qeyd edilir.
• Korneal reflekslər pambıqla buynuzlu qişaya toxunulur və göz qırpmasının olmaması qeyd edilir.
• Okulo-sefalik refleks . Pasientin başı neytral vəziyyətdə saxlanılır, sonra iki əllə tutulub sağa və sola hərəkət etdirilir. Normal halda göz almaları əks istiqamətdə hərəkət edir. Beyin ölümü olan xəstələrdə göz almaları başla eyni istiqamətd hərəkət edir.
• Vestibular – okular refleks. Xarici qulaq keçəcəyinə 50ml buz kimi soyuq su tökülür. 20-30 saniyədən sonra gözlərin hərəkəti müşahidə edilir. Göz hərəkətinin olmaması beyin ölümündən xəbər verir.
• Yuxarı və aşağı hava yollarının stimulyasiyası ( gag refleks). Sorucu kateter udlağa və traxeyaya toxundurulur və ögümə refleksi alınır. Beyin ölümü zamanı bu müşahidə edilmir.
3. Müayinələr arasındakı fərq büyüklər üçün 6 saat olacaq.
4. Bütün beyin kötüyü reflekslərinin itmiş olduğu yoxlandıqdan sonra təsdiqləyici test icra edilir. Təsdiqləyici test elektroensefaloqram və angiogram ola bilər.
5. Apnea testi. Apnea testi 6 saat fasilə ilə aparılmış 2 müayinədən sonra edilən ən axırıncı tesdir. Bu test bir dəfə aparılır və spontan tənəffüsün olmamasını göstərir. Pa Co2 nin səviyyəsinin qanda kritik səviyyəyə ( 50-60 mm Hg) çatmasına əmin olmaq lazımdır. Xəstəyə əvvəlcə 100% 02 on dəqiqə müddətinə verilir, sonra ventilyator saxlanılır. Bu müddətdə oksigen verilməsi davam edir. Xəstə süni tənəffüs aparatından ayrıldığı müddətcə heç bir respirator hərəkət olmadıqca apnea test pozitiv sayılır.

 

Bunlar da maraqlı ola bilər.

  1. Qaraciyər donoru- qaraciyər bərpa olurmu?
  2. Böyrək Transplantasiyasının ağırlaşmaları
  3. Böyrək Transplantasiyası məlumat sessiyası
  4. Böyrək Transplantasiyası, yoxsa dializ