Beyin ölümü donorlarının müayinəsi

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853

Həkim Kamran Beydullayev
Dr. Kamran Beydullayev

Tibbi koordinatorun əsas funksiyalarından biri donora lazım olan düzgün müayinələrin təyin edilməsidir. Burada əsas məqsəd donorun kliniki vəziyyətinin onun orqanlarının transplantasiya üçün yararsız hala gətirməməsindən əmin olmaq və donordan resipientə əlavə xəstəlik keçirməməsinə əmin olmaqdır.
Əvvəlcə orqan orqan deyil, ümumi müayinələr edilməlidir. Bundan ötrü
1. Ölümün səbəbi müəyyən edilməlidir. Ölümün səbəbi müəyyən edilən zaman aktiv və kontrol olunmayan infeksion və neoplanstik xəstəliklər inkar edilməlidir.
2. Xəstəliyin kliniki gedişi təkrar nəzərdən keçirilməlidir. Pasientin əvvəlki xəstəlikləri, pis vərdişləri, aldığı müalicələr gözdən keçirilir və orqanların funksiyasını poza bilən xəstəliklər aşkarlanır.
3. Pasientin perfuziya və oksigenasiya veziyyəti qiymətləndirilir. Xəstənin hemodinamik və tənəffüs statusuna baxılır və bu vəziyyətdən orqanın zədə almaması aydınlaşdırılır.
Mütləq əks göstərişlər
1. HİV pozitiv
2. Virus, bakteriya və ya göbələk mənşəli kontrol olunmayan sepsis
3. Aktiv bədxassəli şiş xəstəliyi. Bura yalnız mərkəzi sisir sisteminin şişləri, bazosellular karsinoma, və uşaqlığın ,,in situ,, karsinomaları aid edilmir. Bəzi ölkələr bəxsassəli şiş olan donorları kornea üçün əks göstəriş hesab etmir.
Nisbi əks göstərişlər
Bəzi pasientlər donorluq üçün ideal olurlar. Digər bir qismi isə bir az riskli donorlar olurlar. Buna aşağıdakılar səbəb ola bilər.
• Kliniki – yaş, əvvəlki xəstəlikləri
• Hemodinamiki – 4-8 saatdan çox müddətdə aşağı təzyiqlə olmaq, inotroplara resistant olmaq, kardiak arest epizodlarının olması
• Biokimyəvi – Qaraciyər enzimlərinin 2 dəfədən artıq yüksək olması, kreatinin 2mg% dən yüksək olması, hemoqlobinin 8 dən aşağı olması, oksigenin parsial təzyiqinin 65-70 mmHg dən aşağı olması və s.
• Farmakoloji – inotrop dərmanların qəbulu, yüksək dozada vazopressin və hepatotoksik dərmanların qəbulu
Morfoloji – qaraciyərin ultrasəs müayinədə yağlı olması, exokardioqrafiyada abnormallıq və s.

Bunlar da maraqlı ola bilər

  1. Kadavradan orqan çıxarılması və bu prosesin koordinasiyası
  2. Beyin ölümü nədir və necə təyin edilir?
  3. Böyrək donorları (1-ci hissə)
  4. Böyrək donorları (2-ci hissə)

Qaraciyər donoru – qaraciyər bərpa olurmu?

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, telefon 050 406 38 53

Kamran Beydullayev
Kamran Beydullayev

Canlı qaraciyər donorlarının əməliyyatdan öncə ən çox soruşduqları  suallardan biri belədir.

,,Həkim mənim qaraciyərim nə vaxt yerinə gələcək? ,,

Adətən qaraciyər donoru olmaq istəyənlər klinikamıza vizit etməzdən öncə ətraf adamlardan əməliyyat haqqında  müəyyən məlumatları alırlar. Bu məlumatlardan biri həmişə qaraciyərin parçasının əməliyyatda kəsilib çıxarılmasından sonra onun bərpa olunmasıdır.

Əslində qaraciyərin bərpa olunması canlı qaraciyər donorlarının motivasiyasının dəstəkləyən bir amildir. Bu faktı qaraciyər donoru olmaq istəyən şəxslərə söyləmək çox xoşdur. Bu həqiqətən də belədir. Qaraciyərin parçası kəsilib çıxarıldıqdan sonra həcm etibari ilə o əvvəlki vəziyyətini yenidən bərpa edir.

Ümumiyyətlə orqanizmdə olan toxumalar regenerasiya (zədələndikdən sonra bərpa olmaq) qabiliyyətinə görə 3 qrupa bölünür: daimi hüceyrələr, stabil hüceyrələr və labil hüceyrələr. Daimi hüceyrələr heç vaxt regenerasiya etmirlər. Onlar anadan olandan ölənə qədər necədirlərsə elə də qalırlar. Onlar zədələndikdə yerlərini birləşdirici toxuma elementləri doldurur. Bu hüceyrələrə sinir və əzələ hüceyrələri aiddir. Əzələ hüceyrələri hipertrofiya edir (yəni həcm etibari ilə böyüyür, amma sayı artmır), lakin hiperplaziya etmir.  Labil hüceyrələrə isə bağırsağın epitel hüceyrələrini misal göstərmək olar. Onlar demək olar ki, hər saniyə məhv olurlar və yeniləri ilə əvəz edilirlər. Hər gün bağırsaqda minlərlə hüceyrə ölür və regenerasiya olur. Stabil hüceyrələr isə orta mövqe turmaqdadır. Onlar labil hüceyrələr kimi çox sürətlə regenerasiya etməsələr də daimi hüceyrələr də deyillər. Onlar yavaş sürətlə amma stabil şəkildə regenerasiya edirlər. Qaraciyər hüceyrələri bu qrupa daxildir.

Qaraciyər donorlarının əməliyyatları da fərqli olur. Resipientin çəkisindən asılı olaraq canlı donorun qaraciyərinin sol lateral sektoru (xəstələr uşaq olduqda), sol payı (aşağı çəkisi olan resipientdə) və ya sağ payı (uşaq olmayan  resipientlər üçün ən çox istifadə edilən əməliyyat ) kəsilib çıxarıla bilər. Bu zaman donorlar  müxtəlif həcmdə qaraciyər parçası  itirir. Sol lateral sektor çıxdıqda 20%, sol pay çıxdıqda 30-40 %, sağ pay çıxdıqda isə 60-70% qaraciyər hissəsi çıxarılır. Ümumilikdə insanın funksiyalarını saxlamaq üçün 20% qaraciyər parçası yeterlidir. Lakin xəstənin özünə qalan qaraciyər hissəsi komputer tomoqrafiya hesablamasında 30% dən az olduqda donorluğu qəbul etmirik. Donorun sağlamlığının saxlaya biləcək 20% qaraciyər parçası yetərli olsa da bu rəqəm 30% in altında olduqda donor diskvalifikasiya edilir, çünki əməliyyat zamanın gözlənilməz hadisələr donorun həyatını riskə ata bilər. Ona görə də donorun verə biləcəyi maksimum qaraciyər parçası 70% dir. Bir faktı qarışdırmaq lazım deyil ki, tutaq ki, sağ payı çıxardan zaman qaraciyərin neçə faizini çıxartmağı cərrah müəyyən etmir.  Qaraciyərin yapısında sağ pay neçə faizdirsə o da çıxır. Cərrah sadəcə sağ paymı, sol paymı və ya sol lateral paymı çıxacaq qərarını verir. Bunu da o resipientin və donorun göstəricilərini nəzərə alaraq qərar verir. Amma qaraciyərin sağ payının neçə faiz olması orqanizmin anadangəlmə xüsusiyyətidir.

Qaraciyər donoru
Qaraciyər transplantasiyası

Qaraciyərin parçası çıxarılıqdan sonra qaraciyər regenerasiya etməyə başlayır, ilk dövrdə daha sürətlə, sonra daha yavaş regenerasiya edərək 1 il müddətində əməliyyatdan əvvəlki həcminin 90-100% ni bərpa edir. Tutaq ki, ən çox icra edilən sağ tərəfli donor hepatektomiyasından sonra qaraciyər əvvəlki həcminin 60-70 % ni birinci həftə ərzində bərpa edir, 1 ilə qədər də regenerasiya davam edir və bu rəqəm 100% ə qədər çata bilər. Yadda saxlamaq lazımdır ki, qaraciyərin sağ payı yerinə gəlmir, yəni sağ payın portal venası, arteriyası , öd yolları yerinə gəlmir. Sadəcə sol pay öz damarları üzərində hipertrofiya və hiperplaziya edərək əvvəlki həcmi almağa çalışır. Bu səbəbdən də qaraciyər donorları bərpa olduqdansonra ikinci dəfə donor ola bilməzlər.

Bunlar da maraqlı ola bilər