Op.Dr.Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, Əlaqə nömrəsi 0504063853

































Op.Dr.Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, Əlaqə nömrəsi 0504063853
Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853
Sirroz xəstəliyinin müalicəsi dedikdə onun əlamətlərinin aradan qaldırılması üçün və ağırlaşmalarının qarşısının alınması üçün görülən tədbirlər nəzərdə tutulur. Məqsəd sirrozun getdikcə daha da pisləşməsi prosesinin sürətini azaltmaqdır. Sirroz xəstəliyi isə müalicə edilib sağaldıla bilən xəstəlik deyil. Sirrotik qaraciyərdən xilas olmanın yeganə yolu qaraciyər transplantasiyasıdır.
Aşağıdakı tədbirlər sirrozun səbəbini aradan qaldıra bilər, onun pisləşməsi zürətini zəiflədə bilər və ağırlaşmalarını profilaktika edə bilər.
Həyat tərzi
1. Sirrozlu xəstələr alkohol qəbulundan tam imtina etməlidirlər.
2. Əgər çəki artıqlığı varsa mümkün qədər çəki itirmək lazımdır.
3. Mütəmadi fiziki hərəkətlər etmək lazımdır ki, əzələ kütləsinin azalmasına yol verilməsin.
4. Yüksək səviyyədə gigiyena qaydalarına əməl etmək lazımdır.
5. Bəzi hepatit viruslarına və periodik qrip viruslarına qarşı peyvənd edilməsinə ehtiyac ola bilər.
6. Lazımsız dərmanların istifadəsindən qaçmaq lazımdır.
Diet dəyişiklikləri
Balanslı qidalanma faydalıdır. Sirrozlu xəstələrə lazım olan bürün qida məhsullarını almalıdırlar. Zəifləmiş qidalanma sirroz xəstələrində tez tez rast gəlinən haldır.
Qidada yemək duzlarının miqdarının azaldılması ödemin əmələ gəlməsinin və orqanizmdə artıq maye toplanmasının qarşısını alır.
Qidada əlavə protein olması məsləhətdir. Sirrotik qaraciyrin qlikogen ehtiyatı azalır. Bu o deməkdir ki, qida qəbul olunduqdan bir müddət sonra qanda energi üçün istifadə edilməsi gərəkən maddələr olmur. Bu səbəbdən də orqanizm əzələ toxumasından istifadə edir ki, bu da əzələ kütləsinin azalmasına səbəb olur. Ona görə də qida ilə əlavə protein qəbul etməyə ehtiyac duyulur.
Qida qəbulunun sayını artırıb miqdarını azaltmaq daha faydalıdır.
Dərmanlar.
Xəstəlik törədən səbəbə qarşı dərman preparatlarından istifadə edilə bilər. Hepatit viruslarının müalicəsi effektli ola bilər.
Xəstəliyin əlamətlərin aradan qaldırmaq üçün istifadə edilən dərmanlara sidik qovucular, venoz sistemdə təzyiqi azaldan dərmanlar, qaşınmanın qarşısını alan kremlər aiddir.
Ağırlaşmaların qarşısını alan tədbirlər görülə bilər. Bunlara sirrotik xəstələrdə qanaxma riski yaradan varikoz genişlənmiş qida borusu venalarının endoskopik yolla bağlanması aiddir. Varikoz venalara band atılması müəyyən müddət üçün qanaxmanın qarşısını alır.
Ətraflarda ödem və qarında assit toplanması zamanı az duzlu yeməklər, sidik qovucular kömək edə bilər. Bəzi hallarda isə mayenin boşaldılmasına ehtiyac ola bilər.
Sirrozu olan xəstələrin bəzilərində beyinin funksiyasının pozulması baş verə bilir. Bu hal ensefalopatiya adlanır. Hepatik ensefalopatiyanın qarşısını alan əsas dərman laktulozadır.
Qanın laxtalanma sisteminin pozulması sirroz xəstələri üçün xarakterikdir. Bu zaman K vitamininin qəbulu və ya xəstəyə plazma köçürülməsi faydalı ola bilər.
Qaraciyər transplantasiyası sirrozun yeganə radikal müalicəsidir.
Bunlar da maraqlı ola bilər
Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, əlaqə nömrəsi 0504063853
Hepatit nədir?
Qaraciyərin iltihabına hepatit deyilir. Hər hansı səbəbdən qaraciyər iltihablaşanda onun funksiyaları pozulur. Qaraciyərin iltihabına səbəb ola bilən xəstəliklər alkoqolizm, zəhərlənmə, dərmanların əlavə təsiri və s. ola bilər. Ən çox yayılmış səbəb isə viruslardır. Ən çox yayılmış hepatit virusları hepatit A, B və C viruslarıdır.
Hepatit A, hepatit B və hepatit C xəstəlikləri arasında nə fərq var?
Bunların hər biri müxtəlif viruslar tərəfindən törədilən qaraciyərin iltihabi xəstəliyidir. Onlar eyni əlamətlərlə üzə çıxsa da müxtəlif yollarla yayılar və qaraciyəri müxtəlif cür zədələyir. Hepatit A qısa müddətli infeksiyadır və xəstələrdə uzun müddət qalmır. Hepatit B və C də qısa müddətli infeksiya kimi başlayır, amma əksər xəstələrdə xroniki vəziyyətə keçir. Hepatit A və hepatit B üçün vaksinlər mövcuddur. Lakin hepatit C nin qarşısını almaq üçün vaksin yoxdur.
Hepatit B nədir?
Hepatit B xəstəliyi hepatit B virusu tərəfindən törədilmiş qaraciyərin infeksion xəstəliyidir.
Kəskin hepatit B. Hepatit B virusu ilə qarşılaşmış orqanizmdə adətən 6 müddətində davam edən qısa müddətli xəstəlikdir. Xəstəlik yüngül formadan ağır formaya qədər müxtəlif kəskinliklə keçə bilər. Bəzi insanlar bu virusu müalicəsiz özündən kənarlaşdıra bilir. Virusu özündən kənarlaşdıra bilən adamlar bu xəstəliyə qarşı immunitet əldə edir və bir də bu virusa yoluxmur. Bəzi hallarda isə kəskin infeksiya xroniki infeksiyaya keçir.
Xroniki hepatit B xəstəliyi isə həyat boyu davam edən, zaman keçdikcə qaraciyər sirrozu, qaraciyər xərçəngi kimi ciddi sağlamlıq problemi yarada bilən xəstəlikdir.
Kəskin hepatitin xroniki hepatitə keçməsi ehtimalı nə qədərdir?
Bu rəqəm xəstənin yaşından asılıdır. 1 yaşına qədər yoluxan uşaqların 90% də xroniki infeksiya əmələ gələcəkdir. 1-5 yaş arasında yoluxanların 25-50% də xəstəliyin xronikiləşməsi ehtimal edilir. Yetkin insanlarda isə əksəriyyət, hətta bəzi məlumatlara görə 95% virusu orqanizmdən təmizləyə bilir.
Hepatit B xəstəliyi ilə yoluxanların sayı ildən ilə necə dəyişir?
Hepatit B vaksinlərinin proqramlı şəkildə vurulması ilə əlaqədar olaraq hepatit B xəstəliyi ildən ilə azalmaqdadır.
Azərbaycanda xroniki hepatit B xəstələrinin sayı nə qədərdir?
Konkret bir statistika yoxdur. Lakin xəstəliyin yayılmasına görə ölkələr əhalinin 2% in altında, 2-7%, və 7% -dən yuxarı olan ölkələrə bölünür. Azərbaycanda əhalinin 2-7%-nin bu xəstəliklə yoluxması hesab edilir.
Dünya üzrə bu rəqəm neçədir?
Hesab edilir ki, dünyada 260 milyon adam xronik hepatit B xəstəliyi ilə xəstədir.
Hepatit B necə yayılır?
Hepatit B virusu ilə infektə olan qan, sperma və digər mədən mayeləri əvvəllər bu infeksiyaya yoluxmamış insanın bədəninə daxil olduqda yoluxma baş verə bilər.
• Doğuş zamanı infeksiyalı anadan uşağa keçə bilər
• İnfeksiyalaşmış partnyorla cinsi əlaqə zamanı
• İynə, şpris və digər alətlərin ortaq istifadəsi zamanı
• Diş şotkası, ülgüc və tibbi avadanlığın ortaq istifadəsi zamanı
• İnfeksiyalı xəstənin qanı ilə və ya açıq yarası ilə birbaşa kontakt zamanı
• Tibb işçiləri infeksiyalı xəstənin qanına bulaşmış iynə ilə və ya digər iti alətlərlə zədə aldıqda
Hepatit B yeməklə, su ilə, süd vermə ilə, qucaqlaşmaqla, öpüşməklə, əl sıxmaqla, asqırmaq və öskürməklə keçmir. Hepatit B ilə xəstə olan xeyli insan xəstəliklərindən xəbərdar deyil və xəstəlik yaya bilirlər.
Hepatit B virusu cinsi əlaqə ilə yayıla bilərmi?
Bəli. Xəstə insanın bütün bədən mayeləri, o cümlədən sperma viruslu olur və yoluxmaya səbəb ola bilər.
Kimin daha çox hepatit B xəstəliyinə yoluxmaq ehtimalı var?
• İnfeksiyalı anadan doğuş zamanı uşaq
• Narkotik istifadəçiləri iynə və şprisləri bölüşən zaman
• Hepatit B li xəstənin seks partnyoru
• Hepatit B ilə bir evdə yaşayan insanlar
• Tibb işçiləri
• Hemodializ xəstələri
Əgər kimsə hepatit virusu ilə kontakta olubsa və hepatitə yoluxmaq ehtimalı olduğunu düşünürsə nə etməlidir?
Bu vəziyyət adətən xəstə qanına bulaşmış iynələrlə zədə alan tibb işçilərinin başına gəlir. Risk altında olan analiz verməlidir və hepatit B yə qarşı immun vəziyyəti qiymətləndirilməlidir. Əvvəllər hepatit B keçirmiş və ya vaksinasiya olunmuş insanlarda analizdən sonra heç nəyə ehtiyacı olmaya bilər. Amma qanda immuniteti olmayan risk altında olanlara hepatit B immunoqlobulin inyeksiyası olunmalıdır.
Hepatit B virusu orqanizmdən kənarda nə qədər müddətə yaşayır?
Orqanizmdən kənarda virus 7 gün yaşaya bilər. Bu müddətdə hələ onun infeksiyalaşdırmaq imkanı var.
Əgər mən əvvəllər hepatit B ilə xəstələnmişəmsə mənim yenə də bu xəstəliyə yoluxmaq şansım varmı?
Əgər siz əvvəllər yoluxmusunuzsa və orqanizminiz bu virusu bədəndən təmizləyibsə sizin yenidən yoluxmaq şansınız yoxdur.
Hepatit B xəstəliyi olan qan və ya orqan donoru ola bilərmi?
Xeyr
Hepatit B-nin qarşısı alına bilərmi?
Bəli. Peyvənd olunmaqla hepatit B-nin qarşısını almaq olar. Peyvənd təhlükəsizdir, effektlidir.
Hepatit B vaksini necə təsir göstərir?
Hepatit B vaksini orqanizmin immun sistemini stimulyasiya edir, orqanizmdə virusa qarşı anticisimlər əmələ gəlir və hepatit B virusları ilə kontaktda olduqda bu anticisimlər virusu zərərsizləşdirir.
Kimlərə vaksin olunur?
• Bütün uşaqlar
• 19 yaşına çatmamış və əvvəllər vaksinasiya olunmamış hər kəs
• Seks partnyoru hepatit B xəstəsi olanlar
• Infeksiyalı qanla təmasda olan insanlar
• Hepatit C virusu olan və digər qaraciyər xəstəliyi olanlar
• HİV virusu daşıyıcıları
• Hepatit B xəstəliyindən qorunmaq istəyən hər bir kəs
Hepatit B vaksini təhlükəsizdirmi?
Bəli. Hepatit B vaksinindən sonra ciddi problem yaranması üçün çox az risk var.
Hepatit B immunoqlobulini nədir?
Hepatit B immunoqlobulini hepatit B virusuna qarşı hazır anticisimlərdir. Onlar qısa zaman ərzində xəstədə immunitet yaratmaq üçündür. Adətən müəyyən dövr üçün və tez immunitet yaratmaq üçün vurulur. Hepatit B xəstəsi olan anadan doğuş zamanı uşağa, hepatit B li seks partnyoru olanlara, hepatit B xəstəsinin qanı ilə kontaktda olmuş tibb işçiləri və s.
Hepatit B xəstəliyinin əlamətləri hansılardır?
Yoluxanların yalnız 30-50% də əlamətlər olur. Kiçik uşaqların əksəriyyətində əlamətlər olmur. Hepatit B xəstəliyinin kəskin dövründə əlamətlər qrip virusuna yoluxan zaman olan ümumi əlamətlərdir. Bunlardan başqa qaraciyərin zədələnməsini göstərən sarılıq, sidiyin tündləşməsi kimi digər əlamətlər də yarana bilər. Əlamətlər virus ilə kontaktda olandan 3 ay sonra yaranır və bəzən 6 aya qədər davam edə bilər. Xronik hepatit B xəstəliyinin çox vaxt heç bir əlaməti olmur. Xroniki xəstəlik arada kəskinləşdikdə kəskin infeksion xəstəlik əlamətləri ilə, uzun xəstəlikdən sonra isə qaraciyərin irəliləmiş xəstəliyi əlamətləri ilə təzahür edə bilir. Xəstəlik 10 illərlə əlamətsiz qala bilər.
Hepatit B virusu həyati təhlükə yaradırmı?
Bəli. Düzgün müalicə etmədikdə, xəstəliyi kontrol etmədikdə kəskin qaraciyər çatışmazlığına, qaraciyər xərcənginə və qaraciyər sirrozuna gətirib çıxara bilər. Lakin bu vəziyyətə 18 yaşdan sonra yoluxanların yalnız 15 %-i, 18 yaşdan əvvəl yoluxanların isə 25 % i gəlib çıxır.
Hepatit B xəstəliyi müalicə olunurmu?
Kəskin dövrdə hepatit B xəstəliyin müalicəsi sadəcə dəstəkverici tədbirlərdən ibarətdir.
Xroniki hepatit B xəstəliyi zamanı isə virusa qarşı müxtəlif dərmanlardan istifadə edilir. Bilmək lazımdır ki, bütün Hepatit B xəstələrinin müalicəyə ehtiyacı yoxdur. Kimin müalicəyə və hansı müalicəyə ehtiyac olmasını həkim təyin edir. Müalicə başlanılan xəstə adətən ömrü boyu bu dərmanı qəbul edir.
Xəstələr özləri qaraciyərlərini necə qorumalıdırlar?
Alkoqoldan uzaq durmaları lazımdır. Müxtəlif dərman maddələri, qida əlavələri və s. qəbulu zamanı müalicə həkiminizlə məsləhətləşməlisiniz. Mütəmadi müayinələr olunmalısınız.
Bunlar da maraqlı ola bilər.
Son dönəm qaraciyər xəstələrində mədə-bağırsaq qanaxması
Qaraciyər sirrozunda qaraciyərin toxuması bərkiyir. Bu səbəbdən də bədənin qanı qaraciyərə daxil ola bilmir, çünki ciddi dirənclə qarşılaşır və portal venada təzyiq artaraq, əlavə damarların genişlənməsinə səbəb olur. Bu damarlardan gələcəkdə ağırlaşma yarada bilməsi baxımından ən çox diqqət edilməsi gərəkən qida borusu-mədə varikoz genişlənmiş damarlardır. İncə divarlı bu damarlar asanlıqla partlaya bilir və dramatik qanaxmalara səbəb olurlar. Kəskin varikoz qanaxmalar sirroza bağlı ölümlərin 1/3-nü təşkil edirlər.
Varis qanaxmasında 2 mərhələ mövcuddur:
I kəskin mərhələ- Qanaxmaların 50%-i özbaşına dayanır.
II Gec mərhələ- 3 yüksək təkrar qanama riski daşıyır və yüksək riskli periodlar bunlardır: İlk 3 gün, ilk 10 gün, ilk 6 həftə.
Xəstə yaşının 60-dan çox olması, böyrək yetməzliyinin olması, çox genişlənmiş böyük damarların olması, ilk qanaxmanın ağır keçməsi təkrar qanaxma üçün risk faktorlarıdır.
Qısa not: Bəzi xəstələrdə yayqın şəkildə(diffuz) mədə-bağırsaq qanaxması, digərlərində Mallory-Weiss yırtığı, başqa bir qrupunda portal hipertenziyaya bağlı qastropatiya(yayqın olaraq mədə divarlarından qansızmalar) və ya mədə xorası qanaxması səbəbləri də ola bilər.
Müalicəsi
3 addımda həyata keçirilir:
Həyata qaytarmaq üçün aqressiv şəkildə maye və qan köçürülməlidir.
Ağırlaşmalar aspirasiya (qan və mədə möytəviyyatının nəfəs yoluna düşməsi), infeksiya, ensefalopatiya(huşun itməsi), böyrək yetməzliyidir. Bu ağırlaşmaların qarşısını almaq üçün gərəkərsə xəstə intubasiya (xəstənin suni tənəffüs aparatına qoşulması) edilir, mədəyə burundan zond (nazoqastral zond) qoyulur.
90% hallarda qanaxma endoskopik bantlama (və ya skleroterapiya) ilə dayandırıla bilir. Qanama davam edir və qastroenteroloq endoskopiya etmək istəmirsə, o zaman nazoqastral zonddan mədə yuyulur və Blackmore zondu yerləşdirilir.
Başqa bir seçenək isə TİPSS-dir.
Qaraciyər nəqli sirrozun portal hipertenziya və varikoz damarların
qanaxmasınının birdəfəlik müalicəsinə səbəb olur.
Bunlar da maraqlı ola bilər.
Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853
Qarın boşluğunda maye toplanmasına assit deyilir. Assit mayesinin müxtəlif səbəbləri ola bilər.
Bunlar da maraqlı ola bilər.
Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853
Portal vena trombozu portal venanın trombla (qan laxtası) tutulmasına deyilir. Portal vena həyati əhəmiyyətli venadır, bu vena qaraciyərə gedən qanın 75 -80% ni daşıyır. Portal vena trombozu həm uşaqlarda, həm də böyüklərdə ola bilər. Xroniki və kəskin portal vena trombozu eyni xəstəliyin müxtəlif mərhələləri ola bilsə də iki ayrı ayrı vəziyyətlərdir. Həm də tromboz nəticəsində postal venanın mənfəsinin bağlanması tam və ya hissəvi ola bilər.
Səbəbləri ümumi olaraq Virxov Triadasındakı kimi göstərmək olar: qanlaxtalanmanın yüksəlməsi, damardaxili durğunluq, damarın zədələnməsi.
Ən çox yayılmış səbəbləri
Portal vena trombozunun risk faktorlarına həmçinin hamiləlik və cərrahi əməliyyat da daxildir.
Çox hallarda portal vena trombozu heç bir əlamət vermir və ya çox minimal əlamətlərlə keçir. Ən çox yayılmış əlamətləri qarında ağrı, qarında şişkinlik (maye toplanması ilə bağlı) və hüksəlmiş hərarətdir. Daha ağır hallarda portal vena trombozu portal hipertenziyaya ( portal sistemdə yüksək təzyiqə) səbəb ola bilər. Bu da dalağın böyüməsinə (splenomeqaliya) səbəb olur. Splenomeqaliya öz növbəsində hipersplenizm törədir ki, bu da qan hüceyrələrinin azalmasına və infeksiya və qanaxma riskinin artmasına səbəb olur. Portal hipertenziya eləcə də qida borusu və mədədə varikoz venaların əmələ gəlməsinə gətirib çıxarır ki, bunlardan da çox güclü qanaxmalar ola bilər. Kəskin portal vena trombozu üçün ağrı, hərarət, ürəkbulanma və qusma əsas əlamətlər olduğu halda, xroniki vəziyyət üçün portal hipertenziya əlamətləri (varikoz venalar, splenomeqaliya, assit) daha xarakterikdir.
Necə diaqnoz qoymaq olar?
Müalicə
Ümumi bir müalicə protokolu yoxdur.
Ən çox istifadə edilən dərman antikoaqulyantlardır. Əgər antikoaqulyantların istifadəsi üçün əks göstəriş yoxdursa müalicə adətən standart heparinlə başlanılır, üzun müddətli ambulator təyinat üçün isə varfarin və aşağı molekulyar kütləli heparindən istifadə edilir. Xroniki portal vena trombozlarında antikoaqulyasiya müalicəsindən əvvəl xəstələr varikoz venalar üçün endoskopik müayinə olunmalıdır. Antikoaqulyantlar trombun böyüməsinin qarşısını alır və onun rekanalizasiya prosesini sürətləndirir.
Müalicə adətən 3-6 ay davam etdirilir. Bu müddətdən sonra adətən xəstələrin 45% ə qədərində rekanalizasiya müşahidə edilir. Müalicə qəbul edənlərin yalnız 10% dən azında trombun böyüməsi müşahidə edilir. Onu da həmişə yadda saxlamaq lazımdır ki, müalicə dayandırıldıqdan sonra 40% xəstələrdə hadisə təkrarlana bilər.
Sirrozla bağlı portal vena trombozunda adətən aşağı molekulyar kütləli heparinlər təyin edilir. Bu müalicə transplantasiyaya qədər ( əgər nəzərdə tutulursa) aparılmalıdır.
Bağırsaq infarktı, divertikul perforasiyası və ya kəskin xolesistit hallarında təcili əməliyyat nəzərdən keçiriliə bilər.
Bunlar da maraqlı ola bilər
Op.Dr. Kamran Beydullayev, MRCS İngiltərə, 0504063853
Yatrogen öd yolları zədələnmələri mədə bağırsaq cərrahiyəsinin ciddi problemlərindən biri olaraq qalır. Onların baş verməsinin ən çox rast gəlinən səbəbi dünyada ən çox icra edilən laparoskopik xolesistektomiya (http://virtualklinika365.com/?p=223 ) əməliyyatlarıdır. Erkən və dəqiq diaqnoz bu zədələnmələrdə cərrahlar üçün çox vacibdir, çünki erkən diqnoz qoyulub tədbir görülmədikdə ağırlaşmalar kifayət qədər ciddi olur. Bu ağırlaşmalara qaraciyər sirrozu, qaraciyər çatışmazlığı və ölüm aiddir. Öd yollarının zədələnmələri üçün uyğun müalicə metodunun seçilməsi çox əhəmiyyətlidir, çünki bu ciddi ağırlaşmaların qarşısını alır və xəstənin həyat keyfiyyətini yaxşılaşdırır. Lakin yatrogen öd yolları zədələnmələrində hansı müalicə üsulunun seçilməsi hələ müzakirə olunmaqdadır. İlkin olaraq endoskopik üsulun seçilməsi məsləhət görülür, bu üsul fayda vermədikdə isə müxtəlif cərrahi proseduralar təklif edilir. Əməliyytların məqsədi ödün həzm traktına axınını təmin etməkdir.
İlk dəfə yatrogen öd yolları zədələnməsini Sprengel 1891 ci ildə təsvir etmişdir. O həm də ilk dəfə xoledoxoduodenostomiya əməliyyatını həyata keçirmişdir. Bu dövrdə bundan başqa xoledoxoxoledoxostomiya, xoledoxoenterostomiya (xoledoxun kolona anastomoz edilməsi) əməliyytaları təsvir edilmişdir. Birinci Roux en Y hepatikoyeyunostomiya 1908 ci ildə icra edilmişdir.
Öd yollarının xoşxassəli strikturasının (daralmasının) 95% nin səbəbi öd yolları zədələnmələridir. Öd yollarının yatrogen zədələnmələrini iki qrupa bölmək olar. Birinci qrupa öd yollarında və öd kisəsində aparılan əməliyyatlar zamanı baş verən zədələnmələr, digərinə isə başqa orqanlarda aparılan əməliyyatlar zamanı baş verən zədələnmələr ( hemihepatektomi, mədənin rezeksiyası, Vipple prosedurası və s.) aiddir. Ən çox isə öd kisəsi əməliyyatlarında rast gəlinir. Son dövrlərdə yatrogenik öd yolları zədələnmələri 2 dəfə artmışdır. Bunun da elə səbəbi laparoskopik xolesistektomiyaların geniş yaylmasıdır.
Bəzi faktorlar var ki, bunlar öd yollarının yatrogen zədələnmələri riskini artırır. Bunlara öd kisəsinin və hepatoduodenal bağın kəskin və iltihabi xəstəliyi, artıq çəki, yağlı hepatoduodenal bağ, əməliyyat zamanı aydın olmayan görünüş, kişi cinsli xəstələr, əməliyyat zamanı qanaxma epizodları, və xolesistektomiyadan öncə uzun müddət ağrıların olması aiddir. Öd yollarının və hepatik arteriyaların anatomik variasiyaları öd yolları zədələnmələri riskini əhəmiyyətli dərəcədə artırır. Bu hallarda öd yolları zədələnmələrinin əsas səbəbi adətən ümumi qaraciyər axarının öd kisəsi axarı kimi qəbul edilərək manipulyasiyaya məruz qalması olur. Öd yollarının həddən artıq disseksiyası onların strikturasına səbəb ola bilər. Bu ona gələn qan damarlarının zədələnməsi ilə bağlı olur.
Yatrogen öd yolları zədələnmələri ən çox hansı əlamətlərlə üzə çıxır?
Ən çox rast gəlinən əlamətlər sarılıq, yüksək hərarət, üşütmə və epiqastral ağrıdır. Zədələnmənin tipindən asılı olaraq iki əlamətlər iki şəkildə üzə çıxır. Əgər qaraciyərltı nahiyyə yaxşı drenaj olunubsa o zaman drenajdan əhəmiyyətli miqdarda öd gəlməsi ilə müşahidə olunur. Əgər drenaj yoxdursa o zaman bilioma əmələ gəlir, abses formalaşır, xəstədə üşütmə, qızdırma və ağrılar əmələ gəlir. Bu qrup xəstələrdə sarılıq əmələ gəlmir. Digər qrup xəstələrdə isə biliar striktura əmələ gəlir və sarılıq əsas əlamət kimi üzə çıxır.
Yatrogen öd yolları zədələnmələrinə diaqnoz qoymaq üçün radioloji və laborator müayinələrdən istifadə edilir. Radioloji müayinələrə USM, ERXP, KT, MRXP aiddir. Ümumilikdə zədələrin 85% i ilkin cərrahi əməliyyat zamanı aşkar olunmur.
Bismut şkalası bu zədələnmələri klassifikasiya etmək üçün ən sadə və faydalısıdır. Bu klassifikasiya proqnoz üçün çox faydalıdır.
Yatrogen öd yolları zədələnmələrinin terapevtik və cərrahi müalicə üsulları var. Terapevtik üsullara radioloji və endoskopik yolla müalicələr daxildir. Terapevtik yol ilkin seçim üsulu kimi qəbul olunmuşdur. Bu yolla müalicə effektli olmadıqda cərrahi üsulla müalicəyə cəhd olunur. Tədqiqatlara görə radioloji üsulla zədələnmiş öd yollarına stentin qoyulması 40-85% hallarda effektli olur. Radioloji üsulun ağırlaşmaları qanaxma, öd qaçağı, xolangit ola bilər. Bundan başqa pnevmotoraks, bilioplevral fistula, yaxınlıqdakı qarındaxili orqanların zədələnməsinə də rast gəlinir. Ümumilikdə radioloji müalicə metodu cərrahiyədən daha çox ağırlaşmalara səbəb olur. Adətən bu üsul çox yüksək səviyyədə olan öd yolu darlığında və ya çox kiçik ölçülü öd yolları olduqda məsləhət görülür.
ERXP (endoskopik retroqrad xolangioqrafiya) isə ən çox istifadə edilən qeyri cərrahi müalicə üsuludur. (http://virtualklinika365.com/?p=246 ) Tədqiqatlar bu üsulun effektivliyinin 72% ə qədər ola biləcəyini göstərir. Bu ən effektli üsul olan cərrahiyyə ilə (83%) müqayisə oluna bilər. Endoskopik müalicə taktikası ERXP vasitəsi ilə genişləndirilmiş öd yoluna protez stentlərin qoyulmasından ibarətdir. Bu üsulun ağırlaşmaları da cərrahi üsulla müqayisə oluna bilər (35 vs 26 %). Ən çox rast gəlinən ağırlaşmaları xolangit, pankreatit, protezin mənfəzinin tutulması, protezin yerini dəyişməsi, öd axarının perforasiyasıdır. Bu üsul xoşxassəli strikturalarda və cərrahi üsul qarantili olmadıqda istifadə edilir.
Cərrahi üsulun əsas məqsədi öd yollarını rekonstruksiya etmək və ödün həzm traktına axınını bərpa etməkdir. Bu istiqamətdə müxtəlif üsullar təklif edilmişdir. Roux en Y, uc uca biliar anastomoz və s. . Əgər laparoskopik xolesistektomiya zamanı cərrah öd yolunu zədələdiyini hiss edərsə o zaman gecikdirmədən əməliyyatdaxili xolangioqrafiya çəkilməli və əməliyyat açıq üsula çevrilməlidir. Zədələnmənin bərpası təcrübəli hepatobiliar cərrah tərəfindən icra edilməlidir. Əgər belə mütəxəssis ( http://virtualklinika365.com/?page_id=110 ) klinikada yoxdursa, o zaman qarın boşluğu adekvat drenaj edilib xəstə uyğun mərkəzə köçürülməlidir. Əsas öd yoluna açılmayan 2-3mm dən kiçik öd yolları bağlanmalıdır ki, sonralar öd qaçağı olmasın. Bundan böyük ölçülü öd yolları isə anastomoz edilməlidir. Çünki onlar böyük bir seqmenti drenaj edir. Ümumi qaraciyər axarının və xoledoxun kəsilməsi uc uca sorulan saplarla birincili anastomoz oluna bilər, bir şərtlə ki, anastomoz tozumaların gərginliyi altında qoyulmasın. Bu zaman T şəkilli borudan istifadə etmək də olar, etməmək də. Ədəbiyyata əsaslansaq T şəkilli boruların qoyulması daha çox faizlə strikturaların əmələ gəlməsinə səbəb olur. Əgər öd axarının bir hissəsi rezeksiya edilibsə gərginlik altında anastomoz qoyulmasına ehtiyac yoxdur. Bu zaman Roux en Y metodu ilə hepatikoyeyunal anastomoz qoyulmalıdır. Anastomoz üçün tələb olunan şərtlər anastomoz kənarlarının sağlam, iltihabdan, fibros prosesindən, işemiyadan kənar olmasıdır. Anastomoz tək qatla sorulan saplarla qoyulur. Roux en Y üsulu ile hepatikoyeyunostomiya hal hazırda ən çox istifadə edilən rekonstruksiya üsuludur.
Sizin üçün maraqlı ola bilər
Öd yollarının zədələnmələri, öd qaçaqları zamanı müalicə taktikası http://virtualklinika365.com/?p=246
Öd yollarının xoşxassəli strikturası və müalicəsi http://virtualklinika365.com/?p=304
Qaraciyər zədələnmələrində dərəcələnmə sistemi http://virtualklinika365.com/?p=227