Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Yırtıq əməliyyatı cərrahların dünyada ən çox icra etdiyi əməliyyatlardandır. Təkcə Amerika Birləşmiş Ştatlarında hər il 1 mln dan çox yırtıq əməliyyatı aparılır. Yırtıq diaqnozu qoyulmuş xəstələrin tez tez belə bir sual verir.
Yırtıq əməliyyatına görə mütləq əməliyyat olunmalıyam, yoxsa əməliyyatsız da keçinmək olar?
Burada iki variant var.
1 ci seçim – simptomların olub olmamasından asılı olmayaraq əməliyyat olunmaq
2 ci seçim – yırtıq sizi incitmədiyi üçün gözləyib müşahidə etmək
Bunlardan birini seçə bilərsiniz, amma bu seçim uşaqlara aid deyil. Onlar bütün hallarda əməliyyat olunmalıdırlar. Seçim edərkən aşağıdakıları nəzərə almaq lazımdır.

- Yırtıqlar heç vaxt öz özünə yox olmayacaq. Onlar yalnız cərrahi əməliyyat vasitəsi ilə ləğv edilə bilər.
- Yırtıq olan xəstələrin çox böyük bir qismi əməliyyatı aylar və hətta illər geciktirə bilər. Hətta bəzi kiçik ölçülü yırtığı olan xəstələrin heç vaxt əməliyyata ehtiyacı olmaya bilər. Əgər yırtıq kiçikdirsə və sizin heç bir şikayətiniz yoxdursa və yaxud yırtığın əlamətləri sizi çox da narahat etmirsə siz onu əməliyyat etdirməyə bilərsiniz və baxıb gözləmək olar.
- Əksər həkimlər sizə əməliyyat təklif edəcəkdir. Çünki yırtıqların boğulmaq riski vardır ki, bu da çox təhlükəli , hətta həyati təhlükəli bir vəziyyətdir. Bu zaman daxili orqanlar yırtıq həlqəsindən çolə çıxır və geri qayıda bilmir, yırtıq həlqəsi isə sıxaraq orqanın qan dövranını pozur.
- Əməliyyat olunmamağı qərar verən xəstələr əgər bandajlar və korsetlər gəzdirmək istəyirsə bunu həkimi ilə məsləhətləşdirməlidir. Çünki bunlar yırtığı sağaltmır və hətta ona ziyan vurur.
- Yırtıq əməliyyatları çox icra edilir və əməliyyat ətrafı ağırlaşmalar olma riskləri çox azdır.
- Əməliyyadan sonra 10 nəfərdən birində əməliyyat nahiyəsində xroniki ağrılar ola bilər.
- Qadınlarda qasıq nahiyəsində şişkinlik zamanı bud yırtığı olması ehtimalı da yüksəkdir və bud yırtığı qasıq yırtığından fərqli olaraq ağırlaşmalara daha çox meyillidir. Ona görə də qadınlarda yırtıq zamanı gözlə və bax xətti çox da məsləhət görülmür.
Həmişə iki cür xəstələrə rast gəlinir. Bir qrup xəstələr hətta ağrılar olmadıqda belə şişkinliyin yaranmasını çox ağır qəbul edirlər və ondan çox tezliklə can qurtarmağa çalışır, bir qism xəstələr isə mütləq ehtiyac olmadıqca heç bir əməliyyata getməyə çalışmırlar.
Bunlar da maraqlı ola bilər.