Böyrək Transplantasiyası üçün məlumat sessiyası

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Böyrək Transplantasiyası məlumat sessiyası

Bütün böyrək transplantasiyalarına namizəd olan xəstələr məlumat sessiyalarına qatılmaq üçün həvəsləndirilməlidirlər. Daha yaxşı olar ki, onlar bu sessiyalara öz yaxın qohumları ilə və ya dostları ilə qatılsınlar. Bu görüşlərdə əməliyyata barədə ətraflı məlumat verilir, onun riskləri izah edilir, əməliyyatdan sonra xəstələrin qəbul etdikləri immunosupressor dərmanların əlavə təsirləri haqqında məlumat verilir. Əməliyyat prosesi  və onun ağırlaşmaları ayrılıqda izah edilir. Canlı donordan böyrək transplantasiyası və bunun kadavra transplantasiyasından üstünlüyü barədə danışılmalıdır. Ümumilikdə böyrək transplantasiyasının dializdən daha çox üstünlüklərinin olması nəzərə çatdırılmalıdır. Qreftin (donordan alınan böyrək) yaşama müddətini və resipientin morbidliyini ( ölmək ehtimalı) əks etdirən statistika xəstəyə və xəstə adamlarına deyilməlidir və onlarla birlikdə müzakirə edilməlidir. Orqanın orqanizm tərəfindən rədd olması prosesi  (receksiya, recekt olması) xəstəyə və ailə üzvlərinə izah edilməli və eləcə də onlar infeksiya tutma, şiş xəstəlikləri əmələ gəlmə riskləri barədə məlumatlandırılmalıdırlar.

Xəstə bilməlidir ki, hətta uğurlu transplantasiyadan sonra da bu sona qədər getməyə  bilər və xəstə nə zamansa yenə də dializə qayıda bilər. Burada xəstələrin dializ və diet məhdudiyyətlərini transplantasiya əməliyyatı ilə və immunosupressiv dərmanların qəbulu ilə müqayisə etməsinə kömək etmək lazım gələ bilər. Uşaq dünyaya gətirmək istəyən qadınlarla transplantasiyadan sonra bunun mümkün olması müzakirə edilməlidir.

Əməliyyatın riskləri və faydaları xəstələrə onlar müayinələrə başlamazdan öncə izah edilməlidir. Çünki bu informasiya sesiyaları zamanı xəstələr əməliyyat olunmaqdan imtina edə bilərlər və bu da onları bahalı əməliyyatönü müayinələrə pul vəsaiti xərcləməkdən azad edə bilər.

böyrək transplantasiyası
Böyrək transplantasiyası

 

 

 

 

 

 

 

 

Kimlərə transplantasiya əməliyyatı etmək olmaz?

  • Son dövrlərdə keçirdiyi və ya yayılmış bədxassəli şiş xəstəliyi
  • Hal hazırda davam edən kəskin infeksiya
  • Bir neçə ədəd böyrəkdən kənar müalicə edilə bilməyən xəstəliyi
  • Müalicəyə əməl etməyəcəyini göstərən əlamətlər və ya psixi xəstəlik
  • Narkotik asılılıq
  • Təkrar olunan nativ böyrək xəstəliyi

Yuxarıda göstərilən şərtlər əməliyyat üçün major əks göstərişlərdir. Bundan başqa bir xeyli nisbi əks göstərişlər vardır ki, bu şərtlər olan xəstələrin də əməliyyat olunması yerli xəstəxanadaxili protokollardan və təcrübədən asılıdır. Bunlara çox artıq çəkisi olan xəstələr və deyilməsinə baxmayaraq siqaret çəkməyi davam edən xəstələr aid ola bilər.

Transplantasiya haqqında hər hansı sualı olan xəstələrə mərkəzimizdə pulsuz böyrək transplantasiyası məlumat sessiyalarına qatılmaları məsləhətdir.

 

Bunlar da maraqlı ola bilər