Qasıq yırtığı əməliyyatının tarixçəsi.

Op. Dr. Kamran Beydullayev, MRCS İngiltərə, Ümumi və Transplant Cərrah, 0504063853

Qasıq yırtığı
Yırtıq əməliyyatı

Qasıq yırtığı təmiri əməliyyatı dünya üzrə cərrahların ən çox  icra etdiyi ənəməliyyatlardan biridir. Bizim eradan 1500 il əvvəl qədim Misirlilər hələ yırtıqları təsvir etmişdilər və onarın müxtəlif müalicə metodları haqqında yazmışdılar. Merneptah və Ramzes fironlarının  mumlaşdırılmış meyidlərinin müayinəsi də onların hər ikisində qasıq yırtığı olduğu və müalicə olunduqlarını ehtimal etməyə əsas verir. Yırtığın çox istifadə edilən hernia ifadəsi Yunanların ,,hernios,, sözündən gəlmişdir və tumurcuq mənasını verir.

Yüzillər boyu yırtıqlar üçün müxtəlif operativ və konservativ müalicə üsulları təklif edilmişdir. Bu cərrahi üsullara xəstələrin axtalanması kimi əməliyyatlar da aid idi. Konservativ üsullara isə qanalma, tütünlə imalə və s. göstərilə bilər. Maraqlıdır ki, yırtıq nahiyəsinə qoyulan bandajlar indiyə kimi gəlib çıxmışdır və istifadə edilməkdədir.

Yalnız 1700 ci illərdən başlayaraq anatomiya ilə məşğul olan alimlər qasıq kanalının anatomiyasının mürəkkəbliyini qeyd etməyə başladılar. Növbəti əsrdə isə qasıq kanalı anatomiyasına əsaslanan müxtəli yırtıq təmirləri icra edilməyə başlandı.

Yalnız təbabətdə baş verən iki vacib hadisədən sonra yırtıq əməliyyatı da digər əməliyyatlar kimi məhşurlaşmağa başladı. Bu hadisələr aseptika və anesteziya idi. Oliver Vendell və Semmelveys əməliyyatdan öncə əl yumanın infeksiya göstəricisini azaltdığını müşahidə etdiyi zamanda bakteriyalar hələ tapılmamışdı. Jozef Lister ilk dəfə aseptik texnikanı təsvir edib və tətbiq edib. Effekli anesteziya ilə isə ilk dəfə sulfur efiri istifadə edilməklə 1846 cı ildə Vilyam Tomas tərəfindən boyunda törəmə xaric edilmişdir. Bunlardan sonra müasir təbabət anadan oldu.

Qasıq yırtığının müxtəlif şəkildə təmirini tətbiq edən bir çox məşhur cərrahlar meydana çıxdı. Bunlardan Eduard Bassini bu istiqamətdə daha çox işlər görmüşdü.  1844-1924 ci ildə yaşamış bu İtalian cərrah nəinki qasıq yırtığının təmirini anatomik olaraq təsvir etmişdir, həm də bu istiqamətdə tədqiqatlar aparmışdı. O 5 il ərzində 297 xəstədə aparılan qasıq yırtığı əməliyyatının nəticələrini dərc etmişdi.

Növbəti 10 illiklərdə digər məhşur cərrahlar tərəfindən də qasıq yırtığı plastikasının fərqli üsulları göstərilməyə başlandı. Bunlardan ən çox yayılanı Şouldis üsulu oldu. Şouldis klinikası 1945 ci ildə Torontoda açıldı. Qasıq yırtığının plastikasında Bassininin tətbiq etdiyi üsula yaxınlığı ilə seçilən üsulu onlar Şouldisin adı ilə adlandırdılar və tədqiqatlarda bu cür plastikadan sonra yırtığın təkrarolma riskinin 1% dən az olduğunu göstərdilər.

1900 cu ildən başlayaraq həm də yırtıqların əməliyyatında müxtəlif sintetik materiallardan istifadə etməyə çalışılırdı. 1935 ci ildə sintetik polimerlərin yaranmasından sonra yırtıq əməliyyatlarında plastik era başladı. İlk dəfə 1940 ci ildən başlayaraq polimerlər istifadə edilməyə başladı. 1987 ci ildə İrvin Lixtenşteyn  6000 dən çox xəstədə polipropilen tor istifadə etməklə etdiyi əməliyyatın nəticələrini araşdırdı və yırtığın təkrarolma riskinin 0.7% dən az olduğunu göstərdi. Bu üsul onun adını daşıdı və gərginlikdən azad üsul adlandırıldı. Hal hazırda bu qasıq yırtığının təmirində istifadə edilən əsas üsuldur.

Yırtıqların təmiri üçün ilk laparoskopik cəhd isə 1979 cu ildə olunmuşdur. Bu əməliyyatlarda tor implantların tətbiqi isə 1989 cu ilə təsadüf edir. Növbəti 10 illərdə TAPP və TEP adlanan iki çox yayılan laparoskopik texnika işləndi. Bu əməliyyatlarda da yırtığın təkrarolma riski 0.4% dir.

Bir adamın ömürboyu yırtıq əmələ gəlmə şansı 10% dir. USA də bir il ərzində 1mln-dan yırtıq əməliyyatı aparılır. Onların da 75% qasıq yırtığıdır.

Bunlar da maraqlı ola bilər